Çin Yer kürəsini asteroidlərdən qorumağı planlaşdırır

Çin Yer kürəsini asteroidlərdən qorumağı planlaşdırırÇin Milli Kosmik İdarəsi (ÇMKİ) yaxın bir neçə ildə Yer kürəsi üçün təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi layihəsini həyata keçirməyə başlayacaq.

"Report" Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bu barədə idarənin sədr müavini Vu Yanhua bildirib.

"Biz 14-cü Beşilliyin (2021-2025) sonuna qədər və ya 2025-2026-cı illərdə Yer üçün təhlükə yaradan hər hansı asteroidin yaxın məsafədən müşahidəsi texnologiyalarını sınaqdan keçirməyə çalışacağıq. Onların köməyi ilə biz toqquşma həyata keçirəcəyik, bunun nəticəsində bu göy cismi öz orbitindən kənarlaşdırılacaq", - o, Çin Mərkəzi Televiziyasına deyib.

ÇMKİ rəhbərinin müavininin sözlərinə görə, Çin planet üçün təhlükə yaradan obyektlər barədə əvvəlcədən məlumat verəcək effektiv yer və kosmos sistemi yaratmağa hazırlaşır. Eyni zamanda çinli mütəxəssislər bu cür göy cisimlərinin yaxınlaşmasının qarşısını ala biləcək texnologiyalar hazırlamağı planlaşdırırlar:

"Beləliklə, Çin bir daha öz töhfəsini verəcək. Bunun vasitəsilə bəşəriyyət asteroidlərin Yer üçün yaratdığı təhlükəyə həqiqətən də qarşı çıxacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 658   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizm

31.08.2026 252
.

KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd vəzifəsindən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Kliniki Tibbi Mərkəzlə ("Semaşko") yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimi

31.08.2026 183
.

Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə

Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir. Qaynarinfo xəbər verir ki, "YourTango"nu

31.08.2026 117
.

Bakı-Moskva münasibətlərində yeni sınaq: Söz artıq Rusiyanındır

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi insidenti kəskin şəkildə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlam

31.08.2026 263
.

"Leobank" şikayət:" Kreditimi bağlamışam, amma tətbiqdən silinmir"

Şikayətim "Leobank"dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:. "Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdıla

31.08.2026 179
.

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovu

31.08.2026 367
.

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Çin 2025-ci ildə öz ərazisində təxminən 30 milyon ton həcmində nəhəng uran yatağı aşkarlayıb. Yataq Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Ordos səhrasında müəyyən edilib. Qaynarinfo xəbər verir ki, hazırda Çində eyni vaxtda 11 yeni nüvə reaktoru inşa edilir. Bu səbəbdən ölkənin öz uran ehtiyatlar

31.08.2026 148
.

İsrail və Yunanıstandan 3 milyard avroluq hərbi saziş - Şərqi Aralıq dənizində nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrail və Yunanıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi başlayıb. İki ölkə arasında təxminən 3 milyard avro dəyərində "Aşil Qalxanı" adlı böyük müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı nəzərdə tutulan çoxqatlı hava hücumundan müdafi

31.08.2026 385
.

Amazonda çayın 6 kilometrlik hissəsi 86 dərəcəyə qədər qızır: Səbəb yerin altındadır

Peru Amazonunda suyu çaya düşən kiçik heyvanları belə bişirə biləcək qədər isti olan çay axır. Altı kilometr uzunluğundakı hissədə suyun temperaturu 86 dərəcəyə çatır. Yerli sakinlər bu çayı Şanay-Timpişka adlandırırlar. Adı "günəşin istisindən qaynayan" mənasını verir. Qaynarinfo xəbər veri

31.08.2026 122
.