Dəhşətli qəzada ölən ər-arvad istirahətdən qayıdırlarmış - TƏFƏRRÜAT

Dəhşətli qəzada ölən ər-arvad istirahətdən qayıdırlarmış - TƏFƏRRÜATKürdəmirdə baş vermiş ağır yol qəzasında vəfat edən ər və arvadının qonaqlıqdan qayıdarkən qəzaya düşməsi məlum olub.

"Qafqazinfo" xəbər verir ki, Bakı-Qazax magistralının 204-cü kilometrliyində "Toyota RAV4" markalı 90 CY 204 dövlət qeydiyyat nişanlı avtomobilin betona çırpılması nəticəsində sürücü 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızının vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Bakı şəhər Yasamal rayon sakini olan ər və arvadı aprelin 21-də istirahət məqsədilə Naftalana gedib. Daha sonra onlar Şəmkirə gedərək oradakı dostları ilə görüşüblər və qonaqlıqda iştirak ediblər. Aprelin 22-də isə Pərviz Qafarov həyat yoldaşı ilə paytaxta qayıdarkən avtomobilin idarəetməsini itirərək qəza törədib.

İlkin araşdırmalar zamanı hadisə vaxtı sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi, bu səbəbdən də qəza nəticəsində aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2156   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran hava məkanını bağladı

İran Mülki Aviasiya Şurası bu gün axşam saatlarına ölkənin qərb istiqamətində hava sahəsinin bağlandığını bəyan edib. xəbər verir ki, Şura mülki təyyarələrin bu bölgədən keçməmək üçün xəbərdarlıq notamı yayıb. Lakin qurum hava sahəsinin bağlanmasının səbəbini açıqlamayıb. "Tasnim" Agentliy

15.06.2026 140
.

Rusiya Kiyevi ballistik raketlərlə vurdu - Ölənlər və yaralılar var

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukrayna paytaxtı Kiyevə və digər böyük şəhərlərə genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. "AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna yerli hakimiyyət orqanları və Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Rəsmi məlumatlar

15.06.2026 196
.

Putin və Si Cinpin bu tarixdə görüşə bilər

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində görüş keçirilə bilər. xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Rusiya Xarici İşlər Nazirliyini

15.06.2026 181
.

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Füzulidə avtomobil piyadanı vurub. APA-ya istinadla bildirir ki, hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib. Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 67 yaşlı Şahmurad Quliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerind

15.06.2026 188
.

"Bu gün Heydər Əliyev artıq siyasət üstü dəyərdir" - millət vəkili Bəhruz Məhərrəmov

"Konstitusiyamızın birinci maddəsinin ilk cümləsində ifadə olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Dövlətçiliyin, suverenliyin və demokratiyanın ehtiva olunduğu bu konseptual cümlənin hər hansı tarixi hadisə, yaxud proses ekvivalentini tapma

15.06.2026 326
.

Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi

Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin "qara rieltorlar" işi çərçivəsində saxlanılıb. xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb. Bildirilib ki, 26 yaşlı Elvin fevral ayından etibarən xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə istinta

15.06.2026 266
.

Aydın Kərimov: "Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək"

"Bu gün Şuşada hər il olduğu kimi, çox möhtəşəm bir tədbirə ev sahibliyi edirik. Belə möhtəşəm bir tədbirin, belə gözəl bir bayram günündə məhz Şuşada keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır və çox qürurvericidir". xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Prezidentin Şuş

15.06.2026 175
.

Cenevrədə baş tutacaq imzalanma mərasiminə Tramp da qatılacaq?

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatlarla müqavilə imzalamaq məqsədilə Cenevrəyə səfər edəcəklər. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti adının çəkilməsini istəməyən iranlı rəsmilərə istinadə

15.06.2026 174
.

ABŞ İranın 12 milyard dollarlıq dondurulmuş aktivlərini qaytarmayacaq

ABŞ administrasiyasının nümayəndələri Vaşinqtonun İrana məxsus 12 milyard dollarlıq dondurulmuş aktivi sərbəst buraxacağı barədə İran mediasında yayılan məlumatları təkzib ediblər. xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat paylaşıb. "B

15.06.2026 186
.

TOP MP3