Azərbaycanda ölən şəxslərin pensiyası artırılacaq - AÇIQLAMA
Ailə başçısını itirməyə görə, pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklif olunan dəyişikliklər ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq qeyd etmək istərdik ki, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur. Belə ki, "Əmək Pensiyaları haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsin pensiyasının ailə üzvləri arasında bölüşdürülməsini nəzərdə tutur. Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Yəni dəyişikliklərdən sonra bu reallaşacaq.
BAKU.WS xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sözügedən dəyişikliyi şərh edib:
"Məsələn, ailə başçısı dünyasını dəyişdikdən sonra onun yoldaşı öz 400 manat pensiyasını almaqda davam edir. Yəni, o, dünyasını dəyişmiş yoldaşının pensiyasını seçmir. Bu halda dünyasını dəyişmiş şəxsin yoldaşı öz pensiyasını alacaq və digər 400 manat isə ailə üzvləri arasında aylıq bölüşdürüləcək.
Dünyasını dəyişən ailə başçısının pensiya kapitalı da indeksləşdirilərək artırılacaq
Daha çox sualların ünvanlandığı digər dəyişiklik pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlıdır. Yeni layihə qəbul olunandan sonra dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq. Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.
Məsələn, pensiyaçı dünyasını dəyişən zaman onun əmək pensiyasının sığorta hissəsi 50 min manatdır. Bu halda həmin şəxsin orta pensiya məbləği 347 manatdır (50 min manat/144 ay). Amma onun ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ 7 ildən sonra yaranır. Bu illər ərzində isə indeksasiya faizi 30 il olub.
Bu zaman 50 min manat kapitalın üzərinə 15 min manat əlavə olunacaq. Bu halda dünyasını dəyişən vətəndaşımızın əmək pensiyasının sığorta hissəsi 75 min manata çatdırılacaq ki, bu da ailə üzvü və ya üzvlərinin daha çox vəsait almasına imkan verəcək. Bununla da həmin şəxs üçün orta pensiya məbləği 347 manatdan 421 manatadək yüksələcək. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq.
Dəyişiklik layihəsi Milli Məclisinin 26 Aprel tarixili Plenar İclasında müzakirəyə çıxarılacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1621 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKrit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 194 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 210 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 139 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 196 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
09.11.2026 177 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 123