Mədəniyyət Nazirliyində yeni Aparat rəhbəri təyin olundu

Mədəniyyət Nazirliyində yeni Aparat rəhbəri təyin olunduAzərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Vüqar Məmmədov nazirliyin Aparat rəhbəri təyin olunub.

BiG.AZ-ın məlumatına görə, V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitib.

Əmək fəaliyyətinə özəl sahədə başlayan V.Məmmədov 2009-cu ildən Mədəniyyət və Turizm Nazirliyində işləməyə başlamışdır. Nazirliyin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində 2009-2016-cı illərdə məsləhətçi, aparıcı məsləhətçi, 2016-2018-ci ilərdə Elm, təhsil və gənclərlə iş şöbəsində sektor müdiri vəzifələrində çalışmışdır.

Mədəniyyət Nazirliyində 2018-2020-ci illərdə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsində sektor müdiri, şöbə müdirinin müavini, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək Regional siyasət şöbəsinin müdiri vəzifələrində işləmişdir. Son təyinatınadək Strateji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

V.Məmmədov Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində təsis edilmiş Komissiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Azərbaycan Respublikası Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun katibi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası ilə bağlı yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması üzrə İşçi Qrupunun üzvü olmuşdur.

Hazırda Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində fəaliyyət göstərən bir neçə işçi qrupunun üzvü kimi fəaliyyət göstərir.

İşğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpa konsepsiyaları və digər milli proqramların və layihələrin həyata keçirilməsində müəllif, həmmüəllif, əlaqədəndirici və icraçı kimi iştirak edir.

V.Məmmədov Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclasında və Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumunda Azərbaycan üzrə nümayəndə, "İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu" mövzusunda regional seminarda ekspert, "British Council" dəstəyi ilə "Mədəniyyət sahəsində liderlik" Beynəlxalq Proqramı çərçivəsində keçirilmiş "Mədəniyyət sahəsində menecment" mövzusunda seminarda Mədəniyyət Nazirliyinin nümayəndəsi, çoxsaylı beynəlxalq mədəniyyət və incəsənət festivallarında Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişdir.

Bundan əlavə bir sıra beynəlxalq tədbirlərin keçirilməsində Təşkilat komitələrinin üzvü kimi təmsil olunmuşdur.

Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planının müəllifi və koordinatoru olmuşdur.

Fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, habelə digər fəxri fərman və medallarla təltif edilmişdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 680   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 194
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 210
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

09.11.2026 177
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.