Məktəb direktorundan şagirdin intiharı ilə bağlı AÇIQLAMA
Aprelin 21-də axşam saatlarında Ağdam rayonunun Üçoğlan kəndində 11-ci sinif şagirdi olan 2005-ci il təvəllüdlü A.Əliyevanın (şərti) intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
A.Əliyevanın təhsil aldığı Ağdam rayon Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbinin direktoru Vaqif Quliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qız sonuncu dəfə aprelin 18-də dərsdə iştirak edib: "A.Əliyeva məktəbimizin üzdə olan, tədbirlərdə iştirak edən, orta qiymətlərlə oxuyan şagirdlərindən biri idi. Pandemiya və daha sonra müharibə ilə əlaqədar tədris prosesində müəyyən dəyişikliklər edilmişdi, son aylarda isə pandemiya ilə bağlı tələblər nəzərə alınmaqla əyani rejimdə dərslər keçirilir.
Davamiyyəti normal olub. Bildiyimə görə, aprelin 12-də şagirdin anası məktəblə əlaqə saxlayaraq qızı ilə danışmaq istəyib və onu həkimə aparacağını bildirərək dərsdən bir qədər tez çıxmasını xahiş edib. Bundan sonra isə bir neçə gün dərsə gəlməyib. Son olaraq aprelin 18-də məktəbə gəlmişdi və şəxsən özüm şagirdlə rastlaşanda onunla söhbət etdim, səhhəti ilə maraqlandım. Mənə hər şeyin normal olduğunu, müalicə aldığını və dərslərdə iştirak edəcəyini dedi. Aprelin 21-də isə belə bir xəbər aldıq. Onun konkret olaraq probleminin nədən ibarət olması barədə dəqiq məlumata malik deyiləm".
Qeyd edək ki, 2005-ci il təvəllüdlü şagird yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1228 Tarix: 25 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizm
31.08.2026 252 KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı
Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd vəzifəsindən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Kliniki Tibbi Mərkəzlə ("Semaşko") yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimi
31.08.2026 183 Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə
Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir. Qaynarinfo xəbər verir ki, "YourTango"nu
31.08.2026 117 Bakı-Moskva münasibətlərində yeni sınaq: Söz artıq Rusiyanındır
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi insidenti kəskin şəkildə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlam
31.08.2026 263 "Leobank" şikayət:" Kreditimi bağlamışam, amma tətbiqdən silinmir"
Şikayətim "Leobank"dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:. "Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdıla
31.08.2026 179 Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovu
31.08.2026 367 Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər
Çin 2025-ci ildə öz ərazisində təxminən 30 milyon ton həcmində nəhəng uran yatağı aşkarlayıb. Yataq Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Ordos səhrasında müəyyən edilib. Qaynarinfo xəbər verir ki, hazırda Çində eyni vaxtda 11 yeni nüvə reaktoru inşa edilir. Bu səbəbdən ölkənin öz uran ehtiyatlar
31.08.2026 148 İsrail və Yunanıstandan 3 milyard avroluq hərbi saziş - Şərqi Aralıq dənizində nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA
İsrail və Yunanıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi başlayıb. İki ölkə arasında təxminən 3 milyard avro dəyərində "Aşil Qalxanı" adlı böyük müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı nəzərdə tutulan çoxqatlı hava hücumundan müdafi
31.08.2026 385 Amazonda çayın 6 kilometrlik hissəsi 86 dərəcəyə qədər qızır: Səbəb yerin altındadır
Peru Amazonunda suyu çaya düşən kiçik heyvanları belə bişirə biləcək qədər isti olan çay axır. Altı kilometr uzunluğundakı hissədə suyun temperaturu 86 dərəcəyə çatır. Yerli sakinlər bu çayı Şanay-Timpişka adlandırırlar. Adı "günəşin istisindən qaynayan" mənasını verir. Qaynarinfo xəbər veri
31.08.2026 122