İnsanın bütün sirri yazılan DNT kodları- Mütəxəssis onları açır

İnsanın bütün sirri yazılan DNT kodları- Mütəxəssis onları açırSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy insan DNT-si haqqında müsahibə verib.

O, DNT haqqında maraqlı məqamları, diaqnostika və terapiyada DNT-dən necə istifadə edilməsindən danışıb.

BiG.AZ Lent.az-ın həmin müsahibəni təqdim edir:

- DNT nədir və onun strukturuna nələr daxildir?

- Dezoksiribonuklein turşusu (DNT) - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsildən-nəsilə ötürülən biopolimerdir. Bəzi viruslar istisna olmaqla, bütün orqanizmlərin DNT molekulu var. O, orqanizmin hüceyrələrində həyata keçən bütün metabolik proseslərin davamlılığını təmin edərək nəzarəti özündə saxlayan, genetik məlumatın nəsildən-nəsilə ötürülməsini təmin edən quruluşdur.

DNT strukturunun müəyyən edilməsi genetika sahəsində böyük bir dönüş nöqtəsi olub. DNT molekulunda adenin, quanin, timin və sitozin adlı dörd növ azotlu əsas var. Molekulun bir zəncirindəki əsaslar digər zəncirlə komplementarlıq prinsipinə uyğun olaraq əlaqə yaradırlar. Belə ki, adenin timin ilə, quanin isə sitozin ilə qoşalaşmış komplekslər əmələ gətirir. Məhz bu xüsusiyyət DNT maddəsininin RNT (Ribonuklein turşusu) polimerinə ötürülməsinə imkan verir. Bu özəlliklər hüceyrə strukturlarının yaradılması və işlədilməsi, eləcə də informasiyanın sonrakı nəslə ötürülməsi kimi vacib proseslərin əsasını təşkil edir.

- Bildiyiniz kimi, aprelin 25-i Beynəlxalq DNT Günüdür. Bu günün mahiyyəti haqqında qısa məlumat verərdiniz.

- Bəşəriyyətin ən vacib və eyni zamanda ən müəmmalı kəşflərindən biri sayılan DNT molekulunun quruluşu haqqındakı məqalə 1953-cü ildə Ceyms Uotson, Frensis Krikin, Moris Uilkins və Rozalind Franklin tərəfindən "Nature" jurnalında nəşr olunub. 2003-cü il aprelin 25-də Beynəlxalq İnsan Genomu Araşdırma İnistitutu (National Human Genome Research Institute, NHGRI) tərəfindən insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox vacib addımdır.

- DNT haqqında ən maraqlı faktlar hansılardır?

- İnsanları bir-birindən ayırmaq qabiliyyətinin mənbəyi DNT-dir. İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün insanlar üçün eynidir. İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün şəxslərdə eynidir.

İnsan genomu olan 3 milyard DNT zənciri məlumat şəklinə salındıqda təxminən 3 GB yer tutur.

Model, həll edilməmiş müxtəlif sualları, genetik məlumatın gələcək nəsillərə necə ötürüləcəyini, kopyalanmasını və ya müvəqqəti olaraq necə bloklanmasına kömək edir. İnsan Genomu Proyekti, həmçinin məlumatların təhlili üçün istifadə olunan avadalıqların inkişaf etdirilməsini təmin etdi.

Dövrümüzdə elm sahəsində irəliləyiş bu kriteriyalar olmadan mümkün deyil. Genetika sahəsində aparılan tədqiqatlar nəticəsində gələcəkdə insan DNT-si üzərində effektiv və dəqiq üsullar hazırlana bilər.

- Diaqnostika və terapiya üçün xüsusi DNT texnologiyalarından istifadə haqqında məlumat verərdiniz.

- Bu gün DNT-nin xəstəliklərin diaqnostikası və müalicəsi, genetik manipulyasiya texnologiyalarının tədqiqat və təkmilləşdirmə fəaliyyətlərində istifadə olunması, geni dəyişdirilmiş orqanizmlərin əldə edilməsi, biomüdafiə, məhkəmə və hüquqi proseslərin həllolunması üçün çox vacibdir.

DNT texnologiyasının prenatal genetik diaqnostikada istifadəsi ilə xəstəliklərin ana bətnində müəyyən edilməsi mümkün olub. Genetik mühəndisliyi sahəsində aparılan tədqiqatların nəticəsi olaraq gələcəkdə insan DNT-si üzərində dəyişikliklər etmək üçün daha təsirli, dəqiq üsul və avadanlıqların inkişaf etdirilməsi nəzərdə tutulub. Bu gün müalicəsi olmayan bir çox xəstəliklərdən insanların şəfa tapması gələcəkdə reallaşa bilər. Buna misal olaraq, genetik mexanizmləri tam bilinməyən bəzi sonsuzluqların müalicəsi, əksər irsi xəstəliklərin nəsildən-nəsilə ötürülməsinin qarşısı alına bilər. Qocalmanın dayandırılması və ya ləngidilməsi kimi ciddi yeniliklərin mümkünlüyü gözlənilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1869   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.