Kofeni nə zaman içmək lazımdır?
Tibb elmləri namizədi, endokrinoloq Zuxra Pavlova kofe içmək üçün ən uyğun vaxtın nə zaman olduğunu açıqlayıb.
O, öz "Telegram" kanalında bu gümrahlandıran içkini bilinənin əksinə olaraq səhərlər içməyin doğru olmadığını qeyd edib. Belə ki, bu, yuxululuq və enerji itkisinə səbəb ola bilər.
Həkim vurğulayıb ki, səhərə kofe ilə başlamaq düzgün deyil. Onun fikrincə, insan səhərlər özünü yorğun hiss edirsə və bu yorğunluğu kofenin aradan götürə biləcəyinə inanırsa, ilk öncə bu halın hansı xəstəliklə bağlı ola biləcəyini müəyyən etmək lazımdır.
Məsələn, səhərlər tez-tez təkrarlanan yorğunluq halları, ekspertin fikrincə, gündəlik rejimin düzgün nizamlanmaması, xroniki yuxusuzluq və ya gecə həddindən artıq yemək yeyilməsi ilə bağlı ola bilər. Mütəxəssis xəbərdarlıq edib ki, əsas səbəbi müəyyənləşdirmək əvəzinə yuxudan oyandıqdan dərhal sonra kofe içmək endokrin və sinir sistemini çökdürə bilər.
Pavlova bədəni məşqlərlə və ya qısa bir gəzinti ilə canlandırmağı, ətirli kofeni isə günortadan sonra - bədənə əlavə enerji mənbəyi lazım olduqda içməyi tövsiyə edir. (Oxu.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 867 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 524 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 959 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 703 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 537 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 836 Gündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
08.10.2026 1041 Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18.10.2026 919 Gözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10.10.2026 819