Virtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEO

Virtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOYaponiyalı Akihiko Kondo virtual müğənni Hatsune Miku ilə evlənib.

BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır.

Hatsune Miku nitq sintezatorunun köməyi ilə oxuyan və holoqram şəklində səhnədə çıxış edən uydurma bir personajdır. Onu dinləyərək depressiyaya qalib gələn Kondo uzun illər Miku ilə sevgi romanı haqqında xəyal qurub.

Virtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEO2017-ci ildə virtual personajlarla ünsiyyət qurmağa imkan yaradan "Gatebox" cihazını 2700 dollara əldə etdikdən sonra Akihikonun Miku ilə münasibətlərində irəliləyiş baş verib. Bu cihazın vasitəsilə o, sevdiyi "qız"a evlilik təklifi edib. Hatsune razılaşıb və "Xahiş edirəm, mənim qayğıma qal" deyə cavab verib.

Virtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEO"Gatebox" istifadəçiləri virtual personajlarla qeyri-rəsmi nigah sertifikatı üçün müraciət edə bildiklərinə görə Kondo bu fürsətdən istifadə edib. "Cütlüyün" toyu 2018-ci ildə baş tutub.

Virtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOHəmin zaman bəyin 25, "gəlin"in isə 16 yaşı olub (istehsalçıların ona verdiyi yaşa uyğun). Kondo həmin mərasimə qohum və həmkarlarını dəvət etsə də, onların heç biri gəlməyib. 39 qonağın əksəriyyəti bəyin internetdə tanış olduqları insanlar olub. Toya Kondo Mikunun oyuncaq formasıyla gəlib. Belə oyuncaqlardan Akihikonun evində bir neçəsi var.

Virtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOLakin "Gatebox"un istifadə müddəti bitdiyi üçün hazırda Kondo "həyat yoldaşı" ilə danışa bilmir. Buna baxmayaraq, onun Mikuya sevgisi azalmayıb.

Kondo ətrafdakı qadınlardan daim mənfi münasibət gördüyü üçün onun həmişə uydurma personajlara qarşı güclü istəyi olub. Yaponiyalı gənc özünü fiktoseksual (yəni mövcud olmayan personajlara qarşı sevgi və ehtiras hissi olan şəxs) hesab edir. Yaponiyada belə insanların sayı getdikcə artır. Bu ölkədə uydurma personajlarla nikahı qeydə alan büro mövcuddur. Cəmi iki həftə açılmasına baxmayaraq, Akihiko bura müraciət etdikdə 3805-ci nəfər olub.

Akihiko Mikuya daim sadiq qalacağını deyir. Gəncin sözlərinə görə, hətta canlı qadın onunla ailə qurmaq istəsə, Kondo imtina edəcək.

Bu "sevgi hekayəsi" barədə daha ətraflı aşağıdakı süjetdə izləyə bilərsiniz:

Virtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEOVirtual personajla evləndi - Fiktoseksualın AĞLASIĞMAZ hekayəsi - FOTO-VİDEONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1680   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 297
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 365
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 625
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 213
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 490
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 581
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 448
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 273
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 214
.