İftar üçün dadlı reseptlər
Bu gün Ramazan ayının 29-cu günüdür.
BiG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:
Tərəvəzli, makaronlu şorba
Ərzaqlar:
Kök - 1ədəd
Yaşıl bibər - 1 ədəd
Pomidor - 1 ədəd
Kartof - 2 ədəd
Soğan - 1 ədəd
Makaron - 1 armudu stəkan
Yağ - 2 xörək qaşığı
Toyuq filesi - 200 qr.
Keşniş
Hazırlanması:
Soğanı xırda doğrayıb, yağda qovurun. Toyuq filesini xırda doğrayıb soğanın içərisinə atın. Tərəvəzləri doğrayıb, üsütünə əlavə edin. Suyu tökün və qaynayanda makaronu əlavə edin. 5 dəqiqə qaynadıqdan sonra kartofu tökün. Sonda xırda doğranmış keçniş töküb süfrəyə verin.
Şatobrian
Ərzaq:
Sümüksüz dana əti - 400 qr.
Göbələk - 2 ədəd
Pomidor - 2 ədəd
Kərəviz - 5 yarpağ
Kərə yağı - 3 x.q.
Duz, istiot zövqə görə
Sous üçün:
Xırda doğranmış soğan - 3 x.q.
Sirkə - 1 x.q.
Su - 1 x.q.
Yumurta sarısı - 2 ədəd
Ərinmiş kərə yağı - 1 stəkan
Xırda doğranmış kərəviz - 1 x.q.
¼ limonun suyu
Duz, qara istiot zövqə görə
Hazırlanması:
Əti döyün. Üzərinə duz, istiot və yağ sürtün. Tavada 5-6 dəqiqə qızardın. Pomidorları sobada bişirib, göbələyi yağda qızardıb, pomidorları üzərinə əlavə edin. Bişmiş qarışığı ətin üzərinə töküb, doğranmış kərəvizi əlavə edin.
Kənarda xırda doğranmış soğana qara istiot və sirkə töküb, tavada qızardın. Üzərinə limon suyu, yumurta sarısını və duzu əlavə edib, vam odda azca bişirin. Üzərinə ərinmiş kərə yağı və kərəviz töküb, qarışdırın. Qarışıq hazır oolduqdan sonra qızarmış ətin üzərinə tökün.
Kakaolu sadə keks
Ərzaqlar:
Yumurta - 3 ədəd
Şəkər tozu - 1 st.
Yağ - 1 st.
Süd - 1 st.
1 qutu qapartma tozu
Un - 3 st.
Kakao - 2 x.q.
Hazırlanması:
Şəkər tozu və yumurtanı mikserlə yaxşıca qarışdırın. Südü, yağı, vanilini töküb qarışdırmağa davam edin. Sonda un və qabartma tozunu tökün. Qarışıqdan bir stəkan götürüb kənarda üzərinə kakao əlavə edib qarışdırın. Sadə xəmiri yağlanmış keks qabına tökün. Üzərinə kakaolu xəmiri əlavə edin. 180 dərəcə isidilmiş sobada bişirin.
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 16915 Tarix: 01 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu gün Aşuradır
Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs
08.08.2022 17291 Ayasofyada Ramazan bayramı namazı qılınıb - VİDEO
Bu gün İstanbulun Ayasofya məscidində Ramazan bayramı namazı qılınıb. Artıq səhər saatlarından etibarən minlərlə Türkiyə vətəndaşı və xarici ölkələrdən gələn turistlər Ayasofya Meydanı ərazisinə doğru axışıb. Bayram namazın ardından Ayasofya məscidinin imamı Bünyamin Topçuoğlu minbərdən xütbə oxuyub
02.05.2022 14778 54 ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib
Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Qeyd olunub ki, 54 il ərzində 99 milyondan ço
25.06.2023 15103 Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB
İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir. Belə olduqda ortaya maraql
02.05.2022 15789 Mübarək Ramazan ayının ilk gecəsi nələr edilir?
Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Axşamdan müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. BİG.AZ oxucuları bu gecənin əməlləri barədə məlumatlandırmaq istəyir. Niyyət axşamı nə etməli?. Bu gecə müqəddəs Ramaza
01.04.2022 34146 Ramazanda sahura qalxmaq vacibdir?
Bu gün artıq Ramazanın 9-cu günüdür. Ramazanda iftarla yanaşı ən çox diqqər göstərilən məsələrdən biri də məhz sahurla bağlıdır. Sahura qalxmağın nə qədər vacib olduğu müzakirə olunan məsələlərdəndir. -ın məlumatına görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dinimizə görə sahura (obaşdanlıq
09.03.2025 9715 Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor
Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -
12.04.2022 17588 Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər? - CAVAB inanılmaz
Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir
18.06.2022 17980 Bu gecə ilk Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahı
09.04.2023 15924