Bu gün Aşuradır
Bu gün Aşura günüdür.
BiG.AZ xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.
Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.
Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.
Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.
Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı "Təzə Pir" məscidində qanvermə aksiyası olacaq.
Bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.
QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.
Bildirilib ki, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq Məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını QMİ-yə təqdim etməlidirlər.
Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.
Qeyd edək ki, avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 17292 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu gecə ilk Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahı
09.04.2023 15925 "Günahları yuyan yağış", Quranda adı keçən tək ay - Ramazan haqqında maraqlı faktlar
Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət müxtəlif cür izah olunur. xatırladır ki, bir qrup din alimləri bildirirlər ki, Ramazan sözünün kökü yağış mənası verən "ramda" sözündən alınıb. Yəni yağış yer üzünü təmizlədiyi kimi, Ramaza
02.03.2025 8275 Əl-Əqsa məscidində bayram namazı qılınıb - VİDEO
Minlərlə müsəlman Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Əqsa məscidində bayram namazı qılıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, bayram namazında təxminən 120 min insan iştirak edib. Bayram namazından sonra dualar oxunub, ehtiyaclı müsəlmanlara zəkat paylanılıb. ( )
21.04.2023 13452 Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək
İslam dünyasında Ramazan bayramı günü ilə bağlı yenə fikir ayrılığı yaranıb. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən ölkələr aprelin 21-ni orucluğun son günü elan ediblər. Həmin ölkələrdə bayramın ilk günü 22 aprel olaraq təyin olunub. Avstraliya
21.04.2023 15498 Bu qadınlarla evlənmək haramdır - SİYAHI
Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir. Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?
21.03.2022 21327 İftar üçün dadlı reseptlər
Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr
01.05.2022 16917 Ayasofyada Ramazan bayramı namazı qılınıb - VİDEO
Bu gün İstanbulun Ayasofya məscidində Ramazan bayramı namazı qılınıb. Artıq səhər saatlarından etibarən minlərlə Türkiyə vətəndaşı və xarici ölkələrdən gələn turistlər Ayasofya Meydanı ərazisinə doğru axışıb. Bayram namazın ardından Ayasofya məscidinin imamı Bünyamin Topçuoğlu minbərdən xütbə oxuyub
02.05.2022 14779 Oruc tutanlar bunları etməsin
Sobadan yeni çıxmış isti lavaş yemək, orucu buz kimi soyuq su ilə açmaq, bol şirəli şirniyyatlar yemək, iftarı ancaq bir yeməklə açmaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazanda bu cür səhv qidalanan çoxdur. Orucluq yaz mövsümünə təsadüf etdiyindən, aclıq müddətinin uzun olmas
01.03.2025 8170 Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB
İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir. Belə olduqda ortaya maraql
02.05.2022 15790