Şəhid evində İFTAR
Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq, onlara "siz də iftar açın" deyərək ülvi hisslər oyandırmağa çalışırlar. Amma...
Elə ailələr də var ki, bu gün onların başçıları cismən yanlarında deyil. Bəs onlar iftara oturanda necə?
Şəhidlər ölmürlər. Onlar daim bizimlədir. Odur ki, hər şəhid elə iftar vaxtı yenə süfrəsinin başında olur. Ailəsini ətrafına topayır. Onlarla birgə iftar edir.
Ölməzlik nümunəsi olan şəhidlərimizin ailələrini hər zaman diqqət mərkəzində saxlamaq, onların balalarını öz övladlarımız kimi sevmək mənəvi borcumuzdur. Çünki o övladların ataları, o xanımın həyat yoldaşı bizim rifahımız, balalarımızın azad və firavan yaşaması üçün canını qurban verib, şəhadət məqamına ucalıb.
Yəqin ki, bu ayda çoxlarımız yardımlaşmağı, insanlara kömək etməyi düşünürük. İlk öncə düşünməli olduğumuz, fikrimcə, şəhidlərimizin ailələri olmalıdır. Ona görə yox ki, imkansızdırlar, kasıbdırlar və.s. Şəhid ailələri var ki, kifayət qədər imkanı da var şəraiti də. Burada məsələ maddiyyatdan çıxır. Onların istəyi diqqətdir, qapını açıb halını soruşmaq, içəri girəndə şəhid balasına bir konfet uzatmaq, başına sığal çəkməkdir.
Görəsən, hər gün müxtəlif restoranlarda, kütləvi iftarlar süfrələrində, dəvətlərdə olanda bir dəfə də şəhid ailəsi ilə iftar etməyi düşünürükmü?
Bəlkə də, çoxları elə düşünər ki, bu, şəhid ailəsinə qayğı üçün edilməlidir. Bəli, bu da var. Amma əslində bu iş bizim özümüzə lazımdır.
Şəhid ailəsinin zirvələrdə olan başçısı onsuz da hər gün onların yanındadır, bir süfrədən çörək yeyir...
Orxan Əli
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 18677 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRamazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir
09.05.2021 2237 Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul
02.05.2021 2822 Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)
Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı
12.04.2020 5175 Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?
Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola
11.01.2020 5697 Məscidlər açılır? - Hacı Şahin DANIŞDI
Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v
18.09.2020 3732 Həccə gedə bilməyənlərin pulları qaytarılır
Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü
06.08.2020 2390 Onsuz həyatın mənası yoxdur...
Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm
25.12.2019 3836 Niyə insanın qulağında acı su var?
İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı
02.05.2021 3283 "Təzəpir" məscidində bayram namazı qılındı
"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd
21.07.2021 1701