"Vasif Məhərrəmli 25 manata görə əlini masaya vurub bizi təhqir etdi" - Müğənni ilə restoran arasında QALMAQAL

"Vasif Məhərrəmli 25 manata görə əlini masaya vurub bizi təhqir etdi" - Müğənni ilə restoran arasında QALMAQALXəbər verdiyimiz kimi, Vasif Məhərrəmli "Qurd qapısı" restoranını quldurluq etməkdə ittiham edərək bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

Oxu.Az məsələ ilə bağlı adıçəkilən restoranın inzibatçısı Orxan Abdullayevlə əlaqə saxlayıb.

Saytımıza açıqlama verən restoran nümayəndəsi qeyd edib ki, onları təhqir edərək işgüzar nüfuzlarına zərər vuran müğənni ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəklər:

"Vasif Məhərrəmli hesab üstündə şər atır. Müxbirlərlə gəlib çəkiliş etməyə. Onlara qulluq olunub, xidmət göstərilib. Axırda 110 manat hesabı görəndə dedi ki, "25 manat çay dəstgahının pulunu çıxın, içməmişik". Dedik ki, bunu əvvəlcədən demək lazım idi, siz artıq durub gedirsiniz, indi deyirsiniz. Ofisiantın maaşı var orada. Dedi ki, yox, çayın pulunu vermirəm. Təkid etdik ki, siz verməsəniz, həmin pul ofisiantın maaşından çıxılacaq. Başladı bizi təhqir etməyə, əlini vurdu masaya, xanımların yanında bizə dedi ki, "siz kişi deyilsiniz".

Ona nə əl atdıq, nə də ağır söz dedik. Gedib üstümüzə şər atır. Bu gün adamları gəldilər, üzrxahlıq etdilər onun adından, dedilər, özü səhvini başa düşüb, sözünü geri götürür, gələcək. "Instagram"dan da silib paylaşımı. Silsə də, həmin görüntü digər sosial şəbəkələrdə və saytlarda sürətlə paylaşılıb. Mən adamlarına da dedim, aidiyyəti qurumlara şikayət edəcəm. Tapşırsın bütün adamlarına, sosial şəbəkələrdən sildirsin xəbəri, bizim adımızı qaralayıb".

Oxu.Az-a açıqlama verən Vasif Məhərrəmli isə mötəbər yerlərdən gələn zənglərə və xahişlərə görə paylaşımını sildiyini bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1681   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizm

13:12 243
.

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi

Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə

14:16 340
.

Övladınız "Sən mənim həyatımı məhv etdin" deyirsə, belə cavab verin

Yetkin övladdan "sən mənim həyatımı məhv etdin" sözlərini eşitmək valideyn üçün olduqca ağır ola bilər. Belə vəziyyətdə valideynlər çox vaxt ya özlərini müdafiə etməyə, ya üzr istəməyə, ya da qəzəblə cavab verməyə başlayırlar. Psixoloqlar isə başqa yanaşma təklif edirlər. xarici mediaya istinadə

20:00 147
.

İsrail və Yunanıstandan 3 milyard avroluq hərbi saziş - Şərqi Aralıq dənizində nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrail və Yunanıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi başlayıb. İki ölkə arasında təxminən 3 milyard avro dəyərində "Aşil Qalxanı" adlı böyük müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı nəzərdə tutulan çoxqatlı hava hücumundan müdafi

16:32 369
.

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR

Bakıda 58 yaşlı qadın "AZZA" şirniyyat şəbəkəsinin mağazasından alınan şirniyyatdan zəhərlənib. xəbər verir ki, bu barədə zərərçəkmişin oğlu Miri Tağıyev "Unikal"a məlumat verib. Onun sözlərinə görə, avqustun 30-da tort və şirniyyatları "AZZA" şirniyyat şəbəkəsinin Sabunç

20:30 176
.

ABŞ-da rahat yaşamaq üçün nə qədər qazanmaq lazımdır? - Ştatlar üzrə MƏBLƏĞLƏR

Yeni araşdırma ABŞ-ın müxtəlif ştatlarında xərcləri qarşılamaq, pul yığmaq və ciddi maliyyə məhdudiyyətləri olmadan yaşamaq üçün nə qədər gəlirə ehtiyac olduğunu müəyyənləşdirib. xarici mediaya istinadən xəbər verir ki, "SmartAsset" maliyyə texnologiyaları şirkətinin araşdırmasına əsasən, ABŞ-d

19:15 172
.

6 min il əvvəl Səhrada göllər, çaylar və begemotlar var idi: Hər şey necə yox oldu?

Bu gün ucsuz-bucaqsız Sahara qumlarının yayıldığı ərazilərdə 6 min il əvvəl sular axır, begemotlar yaşayır, maldarlar isə çiçəklənən savannada sürülərini otarırdılar. Qaynarinfo xəbər verir ki, bu barədə "Science Blog" yazır. Bu barədə göl çöküntüləri, qədim DNT-nin analizi və 15 mindən ço

23:15 1
.

Sentyabrın ilk günü də yağış yağacaq

Sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı

12:52 226
.

"Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib" - MEDİA

"Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir". "Qafqazinfo"

20:49 121
.