Manaf Ağayevin "fəxri fərman"ı dillərdə dastan oldu: "Nəyimə lazımdır o quru kağız?" – FOTO/VİDEO
Müğənni Manaf Ağayevin "Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyi tərəfindən fəxri fərmanla təltif olunması və fərmanda "Silahlı Qüvvələr tərəfindən təltif olunur" deyə qeyd edilməsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bu adda təşkilatın qeydiyyata alınmadığını vurğulayıb:
"Hər bir qeydiyyatdan keçmiş, dövlət qeydiyyatına alınmış QHT (qeyri-hökumət təşkilatı) fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq fəxri fərman, diplom, təşəkkürnamə və s. mükafatlar təsis və təqdim edə bilər. Sosial şəbəkədə paylaşılıb ki, "Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyi Manaf Ağayevə belə bir fəxri fərman verib. Ola bilər ki, bu şəxslər ictimai birlik təsis ediblər, ancaq dövlət qeydiyyatına alınmayıblar. Yazılıb ki, "Silahlı Qüvvələr və birlik tərəfindən təltif edilib". Birlik tərəfindən təltif oluna bilər, ancaq QHT-yə kim icazə verir ki, Silahlı Qüvvələr tərəfindən təltif olunduğu yazılsın?! Hesab edirəm ki, hər bir qeyri-hökumət təşkilatı verdiyi təltifdə öz sahəsinə uyğun məsələlərə diqqət yetirsə, yaxşı olar. İnternet üzərindən apardığımız monitorinqlərdə belə bir təşkilat haqqında məlumat yoxdur".
"Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyinin sədri Heydər Quliyev isə ünvanına səslənən ittihamları qəbul etməyib:
"Bizim birlik dövlət qeydiyyatına alınıb, sənədlərim var. Mən qanunla iş görürəm. "Silahlı Qüvvələr" sözünə gəldikdə isə bu, texniki səhvdir. O səhvi düzəltdikdən sonra fəxri fərmanı Manaf bəyə təqdim edəcəyik. Manaf Ağayev qazilərin müalicəsində, şəhid ailələrinin toyunda və s. məsələlərdə onlara köməklik edib. Həmçinin Nadir Bayramlı, Kamil Zeynallı və bir çoxları da yardım ediblər".
H.Quliyev fəxri fərmanda qeyd olunan "Azərbaycan Respublikası Qarabağ və Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə yardım" İctimai Birliyi adının da texniki səhv olduğunu, birliyin adının "Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərinə sosial-mədəni yardım" İctimai Birliyi olduğunu əlavə edib.
Manaf Ağayev isə ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu bildirib.
"Mənim belə bir şeydən xəbərim yoxdur. Kimə nə yardım etmişəm, hamısı göz özündədir. Fəxri fərman da lazım deyil. Nəyimə lazımdır o quru kağız?" - deyə Ağayev vurğulayıb.
Heydər Quliyevin Oxu.Az-a göndərdiyi materialları təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3207 Tarix: 04 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
09.11.2026 211 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
09.11.2026 225 Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu
Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir
09.11.2026 142 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 258 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
09.11.2026 197 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 139 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179