Azərbaycanlı alim İranda edam EDİLƏCƏK
İran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına ("Mossad") casusluqda ittiham olunan İran və İsveç vətəndaşı, əslən Azərbaycan türkü Əhmədrza Cəlali mayın 21-dək edam ediləcək.
Qeyd olunub ki, Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyirinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
Bildirilib ki, hökm mayın 21-dək icra olunacaq.
Məlumata görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb.
Onlardan biri İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadədir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İran tərəfi iddia edib ki, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.
Qeyd edək ki, Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı saxlanılıb. O, İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edilib. Daha sonra 2017-ci ildə məhkəmə alimi edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.
Əhmədrza Calali tibb məktəbini bitirdikdən sonra İranda Təbii Fəlakətlər Mərkəzində çalışıb. O, təhsilini davam etdirmək üçün 2009-cu ildə İsveçə köçüb və doktorluq dərəcəsi alıb. Ə.Cəlali professorluğunu İtaliyada Pierre Mento Universitetində bitirdikdən sonra həyat yoldaşı və iki uşağı ilə İsveçə məskunlaşıb. Onun Pierre Mento Universitetindəki layihəsi az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq olub./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2026 Tarix: 04 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail xüsusi təyinatlıları və MOSSAD İranda quru əməliyyatı keçirib
Səudiyyə Ərəbistanının Al-Arabiyya telekanalının mənbəyi göstərilməyən bir xəbərində iddia edilir ki, İsrail xüsusi təyinatlıları, o cümlədən Mossad agentləri gecə ərzində İran ərazisində fəaliyyət göstəriblər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, məlumatda iddia edilən əməliyyatl
12:51 212 İlin ilk Ay tutulması başladı
İlin ilk Ay tutulması başlayıb. Axşam.az xəbər verir ki, tutulma saat 18:23-də bitəcək. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanı
12:59 183 Ermənistan baş naziri İrana dəstək ifadə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan İran İslam Respublikasında baş verən hadisələr nəticəsində rəhbərlik və vətəndaşlar arasında itkilərlə bağlı başsağlığı verib. xarici mediaya istinadən xəbər verir ki, Armenpress agentliyi Paşinyanın İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı teleqramın mətnin
11:52 214 Microsoft üçün siqnal: Oyunçular köhnə sistemə qayıdır
Steam-in aylıq hesabatına görə, Windows 11-in oyunçular arasında payı son ayda nəzərəçarpacaq dərəcədə azalıb. xarici mediaya istinadən xəbər verir ki, fevral ayının statistikasına əsasən, Windows 11 hazırda 56,28 faiz göstərici ilə kompüter oyunçuları arasında ən populyar əməliyyat sistemi olaraq qalır
11:37 166 Daha bir qadın instaqram paylaşımlarına görə - Cəzalandırıldı
Sosial şəbəkədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan foto və videolar paylaşan daha bir qadın inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokurorluq tərəfindən 1996-cı il təvəllüdlü S.Abbasova barəsində protokol tərtib olunub. Baş Prokurorluğu
12:12 442 ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 800-ə çatır
ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 787-yə çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu haqda İranın dövlət mediası xəbər verib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
15:18 178 "Çox vaxt qadınlar aliment almaq üçün boşanırlar"
"Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürəkaçan deyil. Acınacaqlı durum var. 2025-ci ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib
12:35 216 Fast food və qazlı içkilər: Dadın arxasında gizlənən asılılıq təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər fast food məhsulları, paketləşdirilmiş qidalar və qazlı içkilər gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulların tərkibində yüksək miqdarda şəkər, duz, doymuş yağ və müxtəlif dad artırıcılarının olması onların yalnız dad baxımından cəlbedici deyil, həm də psixoloj
16:31 128 Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs olundu
"TikTok"da qeyri-etik paylaşımlara görə 2 qadın həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 2
13:24 296