Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Pərdə və plyonkadan istifadə ləğv edilib? - VİDEO

Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Pərdə və plyonkadan istifadə ləğv edilib? - VİDEOAvtomobillərdə pərdə və plyonkadan istifadə qadağasının ləğv edilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olsa da, bununla bağlı standart müəyyən edilməyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı "Xəzər" TV sujet hazırlayıb.

Bildirilib ki, əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, ötən il Milli Məclisin plenar iclasında pərdə və plyonka qadağasının ləğv edilməsi ilə bağlı müvafiq qərar verilib. Bunun standartını müəyyən etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Amma həmin tarixdən indiyədək standart qəbul edilməyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır.

Sürücülər isə deyirlər ki, mövcud vəziyyət onlarda çaşqınlıq yaradıb. Çünki adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq edilmir, amma avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsi tələb edilir.

Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi isə məlum deyil.

Daha ətraflı videomaterialı təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1758   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizm

13:12 243
.

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi

Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə

14:16 340
.

Övladınız "Sən mənim həyatımı məhv etdin" deyirsə, belə cavab verin

Yetkin övladdan "sən mənim həyatımı məhv etdin" sözlərini eşitmək valideyn üçün olduqca ağır ola bilər. Belə vəziyyətdə valideynlər çox vaxt ya özlərini müdafiə etməyə, ya üzr istəməyə, ya da qəzəblə cavab verməyə başlayırlar. Psixoloqlar isə başqa yanaşma təklif edirlər. xarici mediaya istinadə

20:00 147
.

İsrail və Yunanıstandan 3 milyard avroluq hərbi saziş - Şərqi Aralıq dənizində nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrail və Yunanıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi başlayıb. İki ölkə arasında təxminən 3 milyard avro dəyərində "Aşil Qalxanı" adlı böyük müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı nəzərdə tutulan çoxqatlı hava hücumundan müdafi

16:32 369
.

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR

Bakıda 58 yaşlı qadın "AZZA" şirniyyat şəbəkəsinin mağazasından alınan şirniyyatdan zəhərlənib. xəbər verir ki, bu barədə zərərçəkmişin oğlu Miri Tağıyev "Unikal"a məlumat verib. Onun sözlərinə görə, avqustun 30-da tort və şirniyyatları "AZZA" şirniyyat şəbəkəsinin Sabunç

20:30 176
.

ABŞ-da rahat yaşamaq üçün nə qədər qazanmaq lazımdır? - Ştatlar üzrə MƏBLƏĞLƏR

Yeni araşdırma ABŞ-ın müxtəlif ştatlarında xərcləri qarşılamaq, pul yığmaq və ciddi maliyyə məhdudiyyətləri olmadan yaşamaq üçün nə qədər gəlirə ehtiyac olduğunu müəyyənləşdirib. xarici mediaya istinadən xəbər verir ki, "SmartAsset" maliyyə texnologiyaları şirkətinin araşdırmasına əsasən, ABŞ-d

19:15 172
.

6 min il əvvəl Səhrada göllər, çaylar və begemotlar var idi: Hər şey necə yox oldu?

Bu gün ucsuz-bucaqsız Sahara qumlarının yayıldığı ərazilərdə 6 min il əvvəl sular axır, begemotlar yaşayır, maldarlar isə çiçəklənən savannada sürülərini otarırdılar. Qaynarinfo xəbər verir ki, bu barədə "Science Blog" yazır. Bu barədə göl çöküntüləri, qədim DNT-nin analizi və 15 mindən ço

23:15 1
.

Sentyabrın ilk günü də yağış yağacaq

Sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı

12:52 226
.

"Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib" - MEDİA

"Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir". "Qafqazinfo"

20:49 121
.