"E-KÖŞK" layihəsi təqdim olunub - FOTOLAR
5 may tarixində Medianın İnkişafı Agentliyində "E-KÖŞK" qəzet və jurnalların elektron yayım platformasının təqdimatı olub.
Çap mediası subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlanan "E-köşk" portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Vurğulanıb ki, plaformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsi, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaratması nəzərdə tutulur. Qeyd olunub ki, "E-köşk" portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.
Baş redaktorlar bu platformanın ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması, iqtisadi dayanıqlılığının artırılması və informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi istiqamətində innovativ addım olduğunu qeyd ediblər. Sonra layihə ətrafında səsləndirilən təkliflər nəzərə alınmaqla, "E- köşk" layihəsinin yekun variantının hazırlanaraq ictimaiyyətə təqdim olunması ilə bağlı qərar qəbul olunub.
Tədbirdə həmçinin Medianın İnkişafı Agentliyi tərəfindən media subyektləri üçün hazırlanan "Redaksiya siyasəti və peşə etikası qaydaları" ilə bağlı müzakirələr keçirilib. Bildirilib ki, hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydalarının təsdiq olunması prosesinə başlanıb. Qeyd olunub ki, bu qaydaların tətbiq olunması, hər bir media subyektində müəlliflik hüquqlarının qorunmasına və ümumilikdə media sahəsində peşə etikasına ciddi riayət olunması prosesinə təkan verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 767 Tarix: 05 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail Yunanıstanla 3,5 milyard dollarlıq hava hücumundan müdafiə müqaviləsi imzalayıb
İsrail və Yunanıstan bazar ertəsi günü 3 milyard avro (3,5 milyard dollar) dəyərində müdafiə müqaviləsi imzalayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu müqaviləyə əsasən, İsrail Afinanın daha geniş hərbi modernləşdirmə proqramını davam etdirdiyi bir vaxtda Yunanıstan üçün çoxqatlı hava hücumunda
15:19 243 Qızıl ucuzlaşdı
Comex birjasında qızıl fyuçersinin qiyməti avqustun 19-dan bəri ilk dəfə bir troya unsiyası üçün 4 450 dollardan aşağı düşüb. xəbər verir ki, bunu birja məlumatları göstərir. Bakı vaxtı ilə saat 06:48-ə olan vəziyyətə görə, qızılın qiyməti 1,86% ucuzlaşaraq bir troya unsiyası üçün $4 445,6 təşkil edib
20:45 80 Məşhur aktyor bacısının toyuna niyə getmədi?
Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü
18:15 213 İran İordaniyadakı ABŞ bazalarına zərbələr endirdiyini açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) zərbələrdən sonra İordaniyadakı ABŞ hərbi bazalarının infrastrukturunun məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İİKK-nın bəyanatında bildirilir ki, "ABŞ-ın iki bazasında texniki xidmət infrastrukturu və qırıcı təyyarələri
11:31 187 Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovu
11:57 350 Azərbaycanın Avrasiya siyasətində yeni mərhələ: ŞƏT platforması və Bakı
"Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfəri Avrasiya geosiyasi məkanında baş verən dəyişikliklər fonunda Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır. Səfər Azərbaycanı
14:04 222 Azərbaycanın ŞƏT-də artan rolu: Bakı Avrasiyanın mühüm bağlantı nöqtəsinə çevrilir
Avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammiti keçiriləcək. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da daxil olmaqla bir sıra ölkələrin liderləri iştirak edəcəklər
13:55 184 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi
Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə
14:16 334 Paşinyan Bişkekdə Modi ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan və Hindistanın Baş naziri Narendra Modi arasında Bişkekdə görüş keçirilib. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, liderlər iqtisadiyyat, texnologiya, səhiyyə və əczaçılıq, təhsil, infrastruktur, investisiya və turizm sahələrind
21:45 57