Bakıda şagirdlərin yaxasına "Georgi lenti" taxılıb tədbir keçirilməsi ilə bağlı AÇIQLAMA

Bakıda şagirdlərin yaxasına "Georgi lenti" taxılıb tədbir keçirilməsi ilə bağlı AÇIQLAMABakı Şəhəri üzrə Təhsil İdarəsi 164 nömrəli orta məktəbdə 9 May - Qələbə Günü münasibətilə şagirdlərin sinəsinə "Georgi lenti" yapışdırılıb tədbir keçirilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 164 nömrəli tam orta məktəbdə 9 May gününə həsr edilən tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib:

"Dərs zamanı çəkilmiş fotoşəkildə əks olunmuş atributlar bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olub. Qeyd olunan məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan təhlil zamanı müəyyən olunub ki, 9 May gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib.

Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər".

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb.

İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətlə yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik", - deyə qeyd edilib.

Qeyd edək ki, Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Tədbirdə iştirak edən şagirdlərin sinəsinə "Georgi lenti" yapışdırılıb.

Xatırladaq ki, "Georgi lenti" Rusiyanın imperiya simvollarından biri hesab edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1383   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə

17:50 150
.

İstehlak kreditlərinin artmasının əsas səbəbləri nələrdir?

"İstehlak kreditlərinin həcminin artmasının əsas səbəblərindən biri əhalinin gündəlik xərcləri ilə gəlirləri arasında yaranan fərqdir. İnsanların mənzil, avtomobil, məişət texnikası, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılamaq üçün böyük məbləğə ehtiyacı yarandıqda, həmin vəsaiti uzun müddə

12:23 184
.

Azərbaycanın Avrasiya siyasətində yeni mərhələ: ŞƏT platforması və Bakı

"Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfəri Avrasiya geosiyasi məkanında baş verən dəyişikliklər fonunda Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır. Səfər Azərbaycanı

14:04 218
.

Gürcüstan əfv etdiyi Rusiya vətəndaşını üçüncü ölkəyə göndərəcək

Gürcüstanda həbs cəzasına məhkum edilmiş və Prezident Mixeil Kavelaşvili tərəfindən əfv olunan Rusiya vətəndaşı Denis Kulanin üçüncü ölkəyə deportasiya ediləcək. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən, Kulanin deportasiyadan əvvəl 48 saat ərzind

11:23 189
.

"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib" - BƏHRUZ QULİYEV

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti 2026-cı ilin mühüm beynəlxalq siyasi hadisələrindən biri kimi diqqət çəkir. Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtında təşkil olunan görüşdə müxtəlif qitələri və siyasi-iqtisadi mərkəzləri təmsil edən dövlətlərin liderlər

14:46 201
.

Psixoloji rifah və ləyaqətli yaşlanma: Təranə Paşayeva ilə səmimi söhbət

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə geniş müsahibə. Müasir dövrdə insan sağlamlığı anlayışına münasibət əhəmiyyətli dərəcədə dəyişib. Artıq sağlamlıq yalnız fiziki xəstəliklərin olmaması kimi qəbul edilmir. İnsanın emosiona

10:45 223
.

7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizm

13:12 241
.

Hər gün banan yeyin

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankindən daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. Axşam.az xəbər verir ki, bu meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində orqanizmi qidalandırır

11:12 212
.

İran İordaniyadakı ABŞ bazalarına zərbələr endirdiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) zərbələrdən sonra İordaniyadakı ABŞ hərbi bazalarının infrastrukturunun məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İİKK-nın bəyanatında bildirilir ki, "ABŞ-ın iki bazasında texniki xidmət infrastrukturu və qırıcı təyyarələri

11:31 185
.