"Neftçi"nin xalis gəlirləri 8 dəfədən çox artıb
"Neftçi Peşəkar Futbol Klubu" MMC 2021-ci ili 1,923 milyon manat xalis mənfəətlə başa vurub.
"Report"un klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 8,2 dəfə çoxdur.
Ötən il "Neftçi"nin əməliyyat gəlirləri əvvəlki ilə nisbətən 47,1% çox - 13,736 milyon manat təşkil edib. O cümlədən, klub sponsorlarını reklam etməklə 9,123 milyon manat (15,2% çox), bilet satmaqla 46 min manat (41,5 dəfə çox), UEFA-nın pul mükafatı və həmrəylik ödənişləri hesabına 3,012 milyon manat (2,15 dəfə çox), sair əməliyyatlar hesabına 1,556 milyon manat (10% çox) gəlir əldə edib.
Hesabat dövründə "Neftçi"nin əməliyyat xərcləri isə illik müqayisədə 24,5% çox – 11,246 milyon manat təşkil edib. O cümlədən Klub əmək haqqı və mükafat ödəmək üçün 7,136 milyon manat (7,4% çox), əsas vəsaitlərin amortizasiyası üçün 358 min manat (təxminən 10% az), qeyri-maddi aktivlərin köhnəlməsi üçün 102 min manat (təxminən 10 dəfə çox),sair əmıliyyatlar üçün isə 3,651 milyon manat (84,6% çox) xərcləyib.
Bundan başqa, il ərzində "Neftçi"nin 14 min manat digər gəlirləri (3,6 dəfə çox), 135 min manat digər xərcləri (16 dəfə çox) olub. Klub həmçinin 446 min manat (6,4 dəfə çox) mənfəət vergisi ödəyib. Bu il yanvarın 1-nə "Neftçi"nin aktivləri 13,462 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,5% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 60,2% artaraq 3,281 milyon manata, balans kapitalı (xalis aktivləri) isə 10,4% artaraq 10,181 milyon manata çatıb.
Qeyd edək, "Neftçi" kommersiya qurumu kimi 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 600 manatdır.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1163 Tarix: 08 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"
25.10.2026 658 U-15 dünya çempionu İspaniya millisi oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki
30.10.2026 503 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 728 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 806 Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
31.10.2026 421 UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. BİG.AZ report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-d
04.11.2026 340 Anar Hacıyev "Qarabağ"dan getdi
"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd
12.10.2026 785 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 567 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 852