Orxan Fikrətoğlu təyinatından yazdı: "İcazə verin, bütün sahələri salavatlayaq"

Orxan Fikrətoğlu təyinatından yazdı: "İcazə verin, bütün sahələri salavatlayaq"Dünən Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

O, təyinatı ilə bağlı özünün "Facebook" hesabında açıqlama yayıb:

"Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var.

Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.

Beşinci kalona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə "Facebook"da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq"./AZXEBER.COM


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1659   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Psixoloji rifah və ləyaqətli yaşlanma: Təranə Paşayeva ilə səmimi söhbət

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə geniş müsahibə. Müasir dövrdə insan sağlamlığı anlayışına münasibət əhəmiyyətli dərəcədə dəyişib. Artıq sağlamlıq yalnız fiziki xəstəliklərin olmaması kimi qəbul edilmir. İnsanın emosiona

10:45 207
.

"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib" - BƏHRUZ QULİYEV

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti 2026-cı ilin mühüm beynəlxalq siyasi hadisələrindən biri kimi diqqət çəkir. Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtında təşkil olunan görüşdə müxtəlif qitələri və siyasi-iqtisadi mərkəzləri təmsil edən dövlətlərin liderlər

14:46 158
.

İran İordaniyadakı ABŞ bazalarına zərbələr endirdiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) zərbələrdən sonra İordaniyadakı ABŞ hərbi bazalarının infrastrukturunun məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İİKK-nın bəyanatında bildirilir ki, "ABŞ-ın iki bazasında texniki xidmət infrastrukturu və qırıcı təyyarələri

11:31 166
.

Hər gün banan yeyin

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankindən daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. Axşam.az xəbər verir ki, bu meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində orqanizmi qidalandırır

11:12 188
.

İran ABŞ və İsrail rəsmilərinə qarşı sui-qəsdə hazırlaşır? - Təhdidlərin arxasında nə dayanır?

Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında qarşıdurmanın yenidən kəskinləşdiyi bir vaxtda Tehranla əlaqəli olduğu iddia edilən sui-qəsd təhdidləri gündəmin əsas mövzularından birinə çevrilib. İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ABŞ-dan "ciddi təhlükə" səbəbilə təcil

10:52 252
.

Sentyabrda hava necə olacaq?

Sentyabr ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağ

11:34 228
.

Nepalda ölənlərin sayı 1000-ə çatır

Nepalda sel və daşqın nəticəsində ölənlərin və itkin düşənlərin sayı hər saat artır. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, yüzlərlə cəsəd, əksəriyyətinin kimliyi məlum deyil, dayaz məzarlarda basdırılıb. Çərşənbə günü baş verən daşqınlardan sonra rütubətli havada çürüməyə başlayanda bir çoxu te

12:01 192
.

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi

Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə

14:16 240
.

Sentyabrın ilk günü də yağış yağacaq

Sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı

12:52 178
.