Ulu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLAR

Ulu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLAR10 may tarixi Azərbaycan xalqının hər il xüsusi təntənə ilə qeyd etdiyi bir gündür. Ümummilli Lider Heydər Əliyevin doğum günü məhz bu günə təsadüf edir. Bu münasibətlə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının müəllim və şagird heyəti 10 may 2022-ci il tarixində dahi şəxsiyyət, Azərbaycan xalqının taleyində mühüm, əvəzolunmaz rolu olan Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir hazırlamışdır.

Maraqlı çıxışlarla zəngin olan konsert Heydər Əliyev şəxsiyyətini səciyyələndirən video-çarxla başladı və davamı olaraq musiqisi – Sevda Məmmədliyə, sözləri – Mirkazım Seyidova aid "Yaşayır Heydər Ata!"mahnısının klipi nümayiş olundu. Bu füsünkar musiqinin sədaları altında Ulu öndərin həyat yolu dinləyicilərin gözləri önündə bir daha canlandı.

Məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova Ulu öndərin öz vətəninə, millətinə qarşı duyduğu sonsuz sevgisindən bəhs etdi və Ümummilli Liderin bir-birindən maraqlı video çıxışları nümayiş olundu. Xalqının mənafeyini, gələcəyini düşünən Ulu öndər hər zaman dəyərli fikir və məsləhətlərini gənc nəsil ilə bölüşərək, onları doğma vətənə layiqli şəkildə xidmət etməyə çağırırdı. Maraq dairəsinin sərhədsiz olması Ulu öndəri digərlərindən fərqləndirirdi. Qeyd etməliyik ki, onun musiqi və poeziya sahələrinə göstərdiyi diqqət və qayğı hər zaman aktual olaraq qalır.

Ulu öndərin böyük duyğu ilə, ən səmimi hisslərlə ifa etdiyi xalq mahnıları, onun dərin köklü folklorumuza nə qədər ehtiram və sevgi ilə yanaşdığının təsdiqidir. Heydər Əliyevin çox sevdiyi "Küçələrə su səpmişəm" xalq mahnısı konsertin ilk nömrələrindən oldu. Məktəb-studiyanın vokal sinfi üzrə IX sinif şagirdi Gülnarə Salmanova bu mahnını özünəməxsus tərzdə ifa edərək, tamaşaçıların zövqünü oxşadı.
Tədbirdə əsasən ansambl çıxışlar üstünlük təşkil edirdi. Burada Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı Avropa və rus musiqi əsərləri də yer almışdır. Fortepiano ixtisası üzrə VI sinif şagirdləri, Beynəlxalq müsabiqə laureatı Davud Ağalar və violin ixtisası üzrə Beynəlxalq müsabiqə diplomantı Yusuf Məmmədli Con Van Xyuzenin "Polka and moonbeams" pyesini ifa etdilər. Digər 3 fleytanın birgə çıxışı – II sinif şagirdi Nuray Abdullalı, III sinif şagirdi Leyla Mirzəyeva və X sinif şagirdi Xatun Quliyevanın ifa etdikləri fransız bəstəkarı Leo Delibin "Lakme" operasından "Güllərin dueti" əsəri oldu.

Maraq doğuran musiqi nömrələrindən biri ingilis bəstəkarı Ceremayya Klarkın "Marş" pyesi idi. Bu əsər fərqli bir yanaşma ilə sərgilənmişdir. Belə ki, burada orqan və saksofon alətlərinin birgə səslənməsi sanki barokko dövrünün möhtəşəmliyini və müasir zəmanənin azad ruhunu özündə birləşdirərək ecazkar bir lövhə yaratmışdır. Orqanda VI sinif şagirdləri Fatimə Kələntərova, qardaşı İsa Kələntərov isə saksofon alətində ifa edirdilər. Digər çıxış Beynəlxalq müsabiqələr laureatı, VI sinif şagirdi Məhəmmədəli İbrahimov (ksilofon) və VIII sinif şagirdi Ziya Hüseynova (marimba) aid idi. Onların ifasında P.Çaykovskinin "Qu gölü" baletindən Qu quşlarının rəqsi səsləndi. Məktəb-studiyanın fortepiano ixtisası üzrə IX sinif şagirdi Beynəlxalq müsabiqə diplomantı Şəhla Yusibova və Solmaz Əliyeva Arif Məlikov yaradıcılığına müraciət edərək bəstəkarın "İki fortepiano üçün skertso"sunu məharətlə ifa etdilər.

Konsertin davamında Arif Məlikov yaradıclığının tədqiqatçısı, onun haqqında kitabın müəllifi, məktəb-studiyanın elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova öz çıxışında vurğuladı ki, Heydər Əliyevə həsr edilmiş çoxlu sayda sənət əsərləri mövcuddur və onlar azad sənətkar seçiminin bədii məhsulu kimi meydana gəlmişdir. Heydər Əliyevə musiqinin, demək olar, əksər janrlarında əsərlər həsr olunmuşdur: simfonik, kamera-instrumental, xor əsərləri, mahnı və romanslar. Bu əsərlərin məzmununda sənətkar mövqeyinin səmimiyyəti, müəllif ehtiramı aydın duyulur. Ulu öndərə həsr olunan əsərlər siyahısında Arif Məlikovun Səkkizinci "Əbədiyyət" simfoniyasını xüsusilə qeyd etmək lazımdır. Bu simfoniyada bəstəkar "Sarı gəlin" Azərbaycan xalq mahnısının intonasiyalarından istifadə etmişdir.

Bu məqamı nəzərə alaraq Aytən İbrahimova "Sarı gəlin" Azərbaycan xalq mahnsının ansambl (sekstet) üçün işləməsini hazırlamış və şagirdlərlə birgə bu əsəri ilk dəfə tamaşaçıların ixtiyarına vermişdir. Fortepianoda – Aytən İbrahimova və X sinif şagirdi Nurel Kərimova, violində - VI sinif şagirdi Yusuf Məmmədli və Yasəmən Əhədova, fleytada – Xatun Quliyeva, violonçeldə – məktəb-studiyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva çıxış edirdilər.

Növbəti çıxışlardan biri məktəb-studiyanın vokal sinfi üzrə təhsil alan X sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Teymur Kazımovun ifası idi. O, Müslüm Maqomayevin "Odlar yurdu" vətənpərvər mahnısını məharətlə ifa edərək hər kəsi heyrətləndirdi. Bir-birinin ardınca səslənən musiqi nömrələri arasında K.V.Qlyukun "Orfey" operasından məşhur "Melodiya" ifa olundu. Orqanda – IV sinif şagirdi, Beynəlxalq müsabiqə laureatı Maryam Qədimova və fleytada – X sinif şagirdi Xatun Quliyeva bu heyrətamiz musiqinin sehrinə qapılaraq əsəri möhtəşəm ifa etdilər. Konsert Nurel Kərimovanın fortepiano alətində solo ifası ilə davam etdi. O, rus bəstəkarı Sergey Raxmaninovun 4 №-li Etüd-lövhəsini özünəməxsus tərzdə ifa etdi.

Tədbirin sonuna doğru poeziyaya da yer verildi. Məktəb-studiyanın X sinif şagirdi Lalə Rüstəmxanlı, babası, Xalq şairi Sabir Rüstəmxanlının "Millətəm" şeirini pafos dolu duyğularla söylədi.

Sözləri – Qabil Ədalətə, musiqisi – Aytən İbrahimovaya aid Heydər Əliyev dühasını vəsf edən "Ulu bir sərkərdə, ulu bir öndər" adlı kompozisiya konsertə rəngarənglik qatdı. Bu gözəl əsər məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva (vokal), Yusuf Məmmədli (violin), Xatun Quliyeva (fleyta), BMA-nın I kurs tələbəsi Tamirlan Baxşıyev (zərb alətləri) və məktəb-studiyanın xor kollektivinin ifasında möhtəşəm ab-hava yaratdı.

Bütün musiqili nömrələri tamaşaçıların gurultulu alqışına səbəb oldu.

Tədbirin yüksək səviyyədə təşkil olunması, şagirdlərin bir-birindən gözəl ifaları məhz məktəb-studiyanın kollektivinin göstərdikləri hərtərəfli dəstəyin nəticəsidir. Məktəb-studiyanın müəllimləri – Əməkdar müəllim Nərgiz Mansurova, Əməkdar müəllim, dosent Aqil Qafulov, Dilarə Salayeva, Ofeliya Axundova, Firuz Hüseynov, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva, Ayxan Qafarov, Nəzrin Əmirli, Gülnar Rzayeva, konsertmeyster Dilarə Kərimova şagirdlərdə böyük həvəs yaradaraq, onları bu tədbirə hazırlamışdır.

Professor Tərlan Seyidovun rəhbərlik etdiyi BMA-nın məktəb-studiyası hər zaman çoxşaxəli fəaliyyəti ilə önə çıxmışdır. "Xüsusi pedaqoji hazırlıq" kafedrası ilə sıx əməkdaşlıq edən məktəb-studiya tədbirdə BMA-nın tələbələrinə də yer vermişdi. Belə ki, müəllim və şagirdlərlə yanaşı BMA-nın təcrübəçi tələbələri – İnci Rəhimova konsertmeyster qismində və yuxarıda qeyd etdiyimiz kimi, BMA-nın I kurs tələbəsi Tamirlan Baxşıyev (zərb alətləri) də bu tədbirdə iştirak edirdilər. Məktəb-studiyanın təşkil etdiyi bu konsertdə tamaşaçılar Heydər Əliyevin xoş xatirəsini yad etdilər və musiqili proqramdan böyük təəsüratla ayrıldılar.

Professor Tərlan Seyidov konsertlə bağlı fikir və düşüncələrini söyləyərək qeyd etmişdi: "Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert məndə böyük təəssüratlar yaratdı. Heydər Əlirza oğlu Əliyevin unudulmaz siması şagirdlərin, müəllimlərin və təcrübəçi-tələbələrin yaradıcı ruhda tərtib etdikləri konsert proqramı ərzində açıq-aydın canlanırdı. Xüsusilə vurğulamaq istərdim ki, bizim müəllim kollektivimiz özlərini təkcə uğurlu pedaqoq kimi deyil, həm də müxtəlif musiqi sahələrinin (bəstəkarlıq, fortepiano ifaçılığı, solo oxuma) istedadlı bilicisi kimi göstərmişlər. Və nəhayət, görkəmli Öndərin şərəfinə düzənlənmiş Musiqi bayramının hazırlanmasında böyük zəhmət sərf etmiş təşkilatçılar ən xoş sözlərə layiqdirlər".

Vurğulamalıyıq ki, Azərbaycan dövlətçiliyinin qurucusu, daim vətəninin inkişafı yolunda usanmadan çalışmış və çox böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyev öz xalqının qəlbində əbədi yaşayacaq.

Bakı Musiqi Akademiyasının
Orta ixtisas musiqi məktəb-studiyasının
böyük elmi işçisi
Şəfəq Hacıyeva

Ulu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLARUlu Öndərin 99-cu ildönümü ilə bağlı konsert keçirildi - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1564   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.