Siqaret çəkən, söyüş söyən, öpüşən yeniyetmələr: Gələcəyi uçuruma aparan səbəb nədir? - VİDEO

Siqaret çəkən, söyüş söyən, öpüşən yeniyetmələr: Gələcəyi uçuruma aparan səbəb nədir? - VİDEONiyə siqaret çəkirsən?

- Dərddən-sərdən. Siqaret çəkəndə dərdim azalmır, amma başım qarışır.

Bu gün 13 yaşlı uşaqlar da siqaret çəkirlər. Siqaretin azyaşlılara satılması cinayət sayılsa da, Azərbaycanda əlində siqaret olan uşaqların sayı az deyil. Küncdə-bucaqda gizləndiklərindən çox gözə çarpmasalar da, sayları getdikcə artır. Bəziləri də küçədə tanış ailənin uşağını əlində siqaret görəndə "əşi, cavan uşaqdır, çəkir, çəkir də" deyib yanından ötüb gedirlər.

Belələrindən soruşanda ki "niyə çəkindirmirsiniz?", deyirlər ki, "biz də cavan olmuşuq". Ay qardaş, indi siz, biz cavan olub, bu səhvi etmişiksə, gərək elə bütün gənclik də belə davam edə? Məsələnin bu tərəfinə daha sonra gələcəyik.

Sosial platformalarda yetkinlik yaşına çatmayan qız və oğlanların damağına siqaret qoyaraq canlı yayım açması dəhşətdir. Hələ kişi söyüşü söyən, bu yaşda oğlanlarla öpüşmə səhnələrinin videosunu paylaşan yeniyetmə qızları demirəm.

Bu kimin günahıdır - cəmiyyətin, yoxsa ailənin?

Uşaqlara tərbiyə verən ata-ana və nənə-babaların, iki nəslin yaşadığı dövrlə paralellər aparsaq, təxminən 40 il əvvəl ilə bu gün arasındakı "inkişaf"ın, daha dəqiq desək, uçurumun səbəbi nədir?

Böyük marketlər şəbəkələri istisna olmaqla, köşklərdə, kiçik mağazalarda azyaşlılara sərbəst şəkildə siqaret satışı ilə mübarizə aparılır deyilsə də, öz gözümün şahidiyəm, rahat-rahat da satılır.

Biri deyir, "dədəm göndərib", biri deyir, "babam göndərib", mağaza sahibi də dədənin-babanın dostu, qonşusu çıxırsa, vəssalam, yaşıl işıqdır. Mağaza sahibləri inzibati məsuliyyətə cəlb edilmir, cərimə olunmurlar.

Psixoloq Aytən Ələkbərova Oxu.Az-la söhbətində deyir ki, yetkinlik yaşına çatmayanlar arasında siqaret çəkən, alqokollu içki içən və hətta əxlaqsız hərəkətlərə yol verən oğlan və qızların sayının artmasının ilkin səbəbi ailələrdə olan nizamsızlıqdır.

Özlərini zəngin həyat tərzi sürürmüş kimi təqdim edirlər…

"Digər tərəfdən, sosial şəbəkə bunun üçün ən uyğun yerdir. Bəzən sosial şəbəkədə özünü zəngin kimi göstərməyə çalışan şəxslərin əksəriyyəti kirayə mənzillərdə qalır, heç öz avtomobilləri yoxdur, olanlar isə lizinqdədir. Onları izləyənlər isə bu cür həyat tərzinə meyil etdiklərindən, həyat tərzlərini korlayaraq onların sıralarına qoşulurlar.

Bir uşağın hər dediyini edən valideynlər də görürük. Bu, birbaşa özbaşınalığa icazə verməkdir, güvənmək deyil. Bu cür davranış uşağın şüursuz addımlar atmasına səbəb ola bilər.

Belə uşaqlara 7-11-ci siniflərdə oxuyan məktəblilər arasında daha çox rast gəlinir. Hər bir işin başında ailə dayanır, ailə övladına dost olarsa, planlı şəkildə hər şeyi idarə edərsə, gələcəkdə biz bu cür hərəkətlərə yol verən yeniyetmələrlə qarşılaşmarıq".

Uşaqlar "Tik-Tok"da yaşca özlərindən böyük insanlarla "oyun" oynayırlar

Psixoloq yeniyetmələrin sosial şəbəkələrdən təyinatı üzrə istifadə etmədiklərinə diqqət çəkərək bildirib ki, onlar yaşca böyük insanların etdiklərini təkrarlamağa çalışırlar:

"Bu kimi davranışlar əslində doğru deyil. Onlar müxtəlif oyunlar oynayırlar, "uduş" məbləği üçün, hədiyyələr üçün xoşagəlməz davranışlara yol verirlər. Yeniyetmələr, gənclər həmin şəxsləri örnək götürürlərsə, bunu xaotik edirlər. Hətta deyərdim ki, özlərini o insanlara bənzədən yeniyetmələr fərqinə varmadan bunu edirlər və buna şüursuz hərəkət deyirik".

Qeyd edək ki, müxtəlif dövrlərdə lentə alınan videogörüntülər sosial şəbəkələrdən götürülüb. Şəxslərin yetkinlik yaşına çatmadıqları nəzərə alınaraq üzləri blur edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2279   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.