Zamanəmizin bəlası olan REPETİTORLUQ - Kasıb ailələr nə etsin?
Son illərdə məktəblərdə müəllim yanına hazırlığa getmək sanki bir növ dəb və məcburi hala çevrilib. Bir neçə il əvvəl əgər 9-11-ci siniflər hazırlığa gedirdilərsə, bu gün artıq 1-2-ci siniflər hazırlığa getməli olurlar, çünki çox vaxt müəllimlər belə istəyir. Elə ailə var ki, onun buna imkanı çatmır. Bir ailədə 2 uşaq varsa və ailənin imkanı çox aşağıdırsa, bu o deməkdir ki, uşaq normal təhsil ala bilməyəcək. Bununla bağlı bir çox valideynlər redaksiyamıza şikayət ünvanlayırlar. Bəs məktəblərdə pulsuz hazırlıqlar yaratmaq olmazmı?
Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, repetitorluq aradan qaldırılmalıdır:
"Biz bununla mübarizə aparmalıyıq. Bu hal məktəblərə "paralel təhsil" anlayışı gətirir. Əslində uşaqlar məktəbə gedir və orada dərs keçirlər. Əvvəlki dövrdə yalnız yuxarı siniflər hazırlığa gedirdilərsə, bu gün artıq, sizin də dediyiniz kimi, 1-2-ci sinifdən getməli olurlar. Biz bunu yığışdırmalıyıq. Bunun üçün məktəblərdə təhsilin keyfiyyəti artmalıdır.
Azərbaycanda repetitorlar artıq bir bəlaya çevrilib. Qeyd etdiyiniz kimi, elə valideyn var ki, imkanı var və uşağı hazırlığa gedə bilir, amma elə valideyn də var ki, övladını müəllim yanına göndərməyə imkanı yoxdur. Ona görə də belə halların qarşısını almaq üçün insanlar bu yanaşmanı dəyişməlidirlər.
Müəllimlərin də valideynlərdən belə bir tələb irəli sürməsi, əlavə müəllim yanına getməsi təkidi yolverilməzdir, qeyri-qanunidir və qəbuledilməzdir.
Təkrar vurğulayıram: biz çalışmalıyıq ki, məktəblərdə dərslərin keyfiyyəti qalxsın, şagirdlərə yüksək təhsil verilsin. Əgər müəllim bir fənni keçirsə, yüksək səviyyədə keçsin ki, əlavə müəllim yanına getməyə ehtiyac olmasın.
Biz bu istiqamətdə fəaliyyətə başlasaq, əlavə dərnəklər yaratsaq, bu bizim üçün müəyyən problemlər və çətinliklər yarada bilər. Sizin dediyiniz məsələ təhsilin əlavə gücləndirilməsi kimi nəzərdən keçirilə bilər.
Dünya təcrübəsində də var ki, günün birinci hissəsində məktəbdə dərs oxuyurlar, ikinci hissəsində isə keçdiklərini təkrarlayıb öyrənirlər. Bu model Azərbaycanın da bəzi özəl məktəblərində var.
Bu gün Azərbaycan cəmiyyətində, demək olar ki, hamı repetitorluqdan narazıdır. Biz bunun ümumiyyətlə ləğv edilməsinə nail olmalıyıq ki, dərslərin keyfiyyəti yaxşılaşsın, valideynlərin də vəsaiti belə məsələlərə getməsin.
Təsəvvür edin, bir ailədə 2, 3, hətta 4 övlad varsa, onlar müxtəlif fənlərdən müəllim yanına gedirlərsə, görün bir valideyn üçün bu nə dərəcə çətinlik yaradır?! O baxımdan dönə-dönə vurğulayıram ki, məktəblərdə təhsilin keyfiyyəti artmalıdır ki, biz bu problemlərdən xilas ola bilək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 833 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
09.11.2026 195 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
09.11.2026 194 Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu
Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir
09.11.2026 142 Azərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
09.11.2026 209 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
09.11.2026 182 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 214 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
09.11.2026 217 Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
09.11.2026 195 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 187