Dəhşətli cinayətin DETALLARI: "Göldə qanını yumağa aparırdım, öldüyünü anlayanda atıb uzaqlaşdım"

Dəhşətli cinayətin DETALLARI: "Göldə qanını yumağa aparırdım, öldüyünü anlayanda atıb uzaqlaşdım"Bakıda tanışını öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində əsas ifadələr məlum olub və ittiham edilən şəxsə hökm oxunub.

Qafqazinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ötən il iyunun 20-si saat 18 radələrində Binəqədi rayonu ərazisində meyiti tapılan 1985-ci il təvəllüdlü Ramil Oruclunun həmin gün tanışının avtomobilində öldürüldüyü bildirilib.

Belə ki, narkotik vasitə istifadəçisi olduğu deyilən bir qrup şəxs həmin gün Ramil Oruclu ilə "Yeganə" şadlıq evinin yaxınlığında görüşüblər. Ramil Mikayıl və Səttar adlı şəxslərlə birgə Zeynal Zeynalova məxsus maşına əyləşib. Bu zaman narkotik almaq üstündə onlar arasında mübahisə yaranıb və 1988-ci il təvəllüdlü Zeynal Zeynalov avtomobil hərəkətdə olarkən bıçaqla qəfil şəkildə Ramilin boğazına xəsarət yetirib. Çoxlu qan itirən Ramil Oruclu bir neçə dəqiqə sonra maşında keçinib.

Hadisəni törədən Z.Zeynalov ifadəsində deyib ki, Ramili 20 ildir ailəsi ilə birgə Xutorda kirayə yaşadığı ərazidən tanıyıb:

"Onunla hadisə baş verən günə kimi dostluq münasibətimiz olub. Həmin gün Səttarla görüşmüşdük. Əcəmi ərazisində olan parkın yanından keçərkən Ramil və Mikayılı gördük. Onlar da maşında əyləşdi. Avtomobilin ön oturacağında mən və Səttar, arxa oturacaqda isə mənim arxamda Mikayıl, Səttarın arxa oturacağında isə Ramil əyləşmişdi".

Məhkəmə araşdırması zamanı məlum olub ki, həmin vasitənin istifadəçisi olan tanışlar avtomobildə narkotik almağa görə pul toplamaq istəyiblər və bu zaman narazılıq yaranıb:

"Hadisə baş verən yerə, yəni Nəsimi rayon DTX-nin inzibati binasının yanına gələnə kimi avtomobili üç dəfə yolun kənarında saxlayıb Ramilin maşından düşməsini bildirdim. Lakin o, nalayiq ifadələr deməsindən əlavə başıma arxa oturacaqdan bir dəfə yumruqla zərbə vurdu. Bu zaman maşının salonunda saxlanc yerində olan bıçağı götürüb oturduğum oturacaqdan qismən arxaya çönüb bıçağı Ramilə doğru yönəltdim. Əgər mənə və ailəmə söyüş söyməyi dayandırmasa, bıçağı ona soxacağımı dedim. Ramil yenə söyüş söydü. Necə olduğunu bilmədən gördüm ki, Ramilin boğazından qan axır. Ramilin boğazına əski parçasını tutaraq qanın qarşısını almaq istədim. Nəsimi rayonu DTX-nin inzibati binasının önündə Səttar və Mikayıl avtomobilin yanından uzaqlaşdılar. Mən maşını 6-cı mikrorayonda "Pitomnik" adlanan əraziyə sürdüm. Biz uşaq olanda həmin ərazidə göl var idi və fikirləşdim ki, orada Ramilin boğazının qanını su ilə yuyum. "Pitomnik" adlanan əraziyə gəlib çatdıqda Ramilin artıq öldüyünü anladım. Ramilin cansız bədənini həmin əraziyə ataraq oradan uzaqlaşdım".

Mərhum R.Oruclunun atası ifadəsində deyib ki, oğlu son dövrlər müalicə alırmış: "Həmin gün Ramilin telefonuna bir neçə dəfə zəng gəldi. Ramil telefona cavab verib gəlməyəcəyini dedi. Zəng edən şəxsin kim olduğu barəsində sualımı cavabsız qoydu. Bir az keçdikdən sonra Ramilin hazırlaşıb getmək istədiyini gördüm, təkidlə ona getməməsini dedim, lakin oğlum dinləməyərək işi olduğunu deyərək getdi. Həmin gün gecə Ramil evə gəlmədi, 19-cu polis bölməsinə gedərək oğlumun bir neçə gündür evə gəlmədiyini və onu tapmağına kömək etmələri barədə müraciət etdim. 20 iyun 2021-ci ildə polis əməkdaşları məlumat verdilər ki, Binəqədi rayonu 6-cı mikrayon, "Pitomnik" adlanan ərazidə meyit aşkar ediblər. Həmin meyit oğlum Ramil idi. Məhkəmədən xahişim budur ki, bu cinayətdə Mikayıl və Səttar adlı şəxslərin də rolu olub, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilsin. Oğlum əvvəllər narkotik vasitələrdən istifadə edib, son dövrlərdə isə müalicə alaraq özündə geridönüş yaratmağa çalışırdı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel tarixli hökmü ilə R.Oruclunu qətlə yetirən Zeynal Zeynnalov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətil adam öldürmə) maddəsi ilə təqsirli bilinərək ona 17 il həbs cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1094   Tarix: 17 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 194
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

09.11.2026 177
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.