DİN Böyük Britaniya səfirliyini səhvini etiraf etməyə ÇAĞIRIR

DİN Böyük Britaniya səfirliyini səhvini etiraf etməyə ÇAĞIRIRAzərbaycan Daxili İşlər Nazirliyi (DİN) Böyük Britaniya səfirliyinə cavab verib.

DİN-dən verilən məlumata görə, 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı"nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib:

"Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə, iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib.

Aksiya zamanı hər-hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb. Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycan Respublikasının daxili işlərinə əsassız müdaxilədir.

Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq".

"Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkinəcəkdir", - deyə qeyd edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 949   Tarix: 17 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kubada xərçəng xəstəliklərinin müalicəsi üçün yeni preparat hazırlandı

Kubalı alimlər ölkəyə qarşı ABŞ-ın sərtləşdirdiyi ticarət-iqtisadi və enerji blokadası şəraitində onkoloji xəstəliklərin müalicəsində istifadə olunması nəzərdə tutulan yeni preparat hazırlayıblar. xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib. Nazir X sosial şəbəkəsind

30.08.2026 235
.

Nepalda möcüzə: Altı yaşlı qız üç gün sonra dağıntılar altından xilas edildi

Nepalda baş verən şiddətli daşqından sonra altı yaşlı qız dağıntılar altından xilas edilib. "India Today"ə istinadən xəbər verir ki, uşaq üç gün ərzində dağıntılar altında qalıb. O, xəstəxanaya çatdırılıb. Qəfil daşqın avqustun 26-da Nepalın şimalında, Çinlə sərhəddə yerləşən Rasuva dairəsind

30.08.2026 254
.

Azərbaycanlı iş adamları üçün Türk dünyasında yeni investisiya imkanları - Qırğızıstan ön planda

"Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər şirkətləri yalnız daxili bazarla kifayətlənməməyə, yeni bazarlara çıxmağa və investisiya coğrafiyasını genişləndirməyə vadar edir. Azərbaycanlı iş adamları üçün bu baxımdan Türk dünyası ölkələri xüsusi əhəmiyyət daşıyır. Ortaq tarixi və mədəni bağlarl

12:45 89
.

İran İordaniyadakı ABŞ bazalarına zərbələr endirdiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) zərbələrdən sonra İordaniyadakı ABŞ hərbi bazalarının infrastrukturunun məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İİKK-nın bəyanatında bildirilir ki, "ABŞ-ın iki bazasında texniki xidmət infrastrukturu və qırıcı təyyarələri

11:31 129
.

7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizm

13:12 60
.

"İnsanın keçmişini ona qarşı silaha çevirmək hüquq müdafiəçiliyinə sığmır" - David Seliverstovla MÜSAHİBƏ

"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov son günlər haqqında mediada yayılan məlumatlarla bağlı -ın suallarını cavablandırıb. - David bəy, son günlər sizinlə bağlı mediada müxtəlif ittiham və iddialar səsləndirilir. Siz is

10:15 152
.

Bişkekdə İlham Əliyev və Nikol Paşinyanın görüşü keçirilir - VİDEO

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 12:48. Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanı

13:07 91
.

Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb. "İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında "Qafqaz" federa

30.08.2026 290
.

Rusiya ordusu Sumıda iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının bölmələri Ukraynanın Sumı vilayətində iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri Sumı vilayətində Velikiy Prikol və Sadki yaşayış məntəqələrin

30.08.2026 269
.