Fazil Mustafa Rəşad Dağlının görüntülərindən danışdı: "Allahsan, ya peyğəmbərsən?!" - VİDEO

Fazil Mustafa Rəşad Dağlının görüntülərindən danışdı: "Allahsan, ya peyğəmbərsən?!" - VİDEO"Azərbaycanda dindarlarla dinçilər tamam fərqli kateqoriyadır. Dinçilər artıq bir ideologiya olaraq dini həm terrorçu kimi, həm də basqı vasitəsi kimi istifadə edirlər və cəhalətin, xurafatın yayılmasına təkan verirlər..."

Bu sözləri Yenisabah.az-a açıqlamasında meyxanaçı Rəşad Dağlının Xomeyninin ünvanına səsləndirdiyi sözlərə görə üzr istəməsinə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, meyxanaçıdan qafiyədə kiminsə adını çəkdiyinə görə üzr tələb etmək absurddur:

"Azərbaycanda dinçilər böyük çoxluq təşkil edirlər. Ölkədə ağıllı, savadlı, dini zərərli həyat tərzi kimi yaşamayan 10 faiz insan var. Əsas olan onların rəyidir. Hansısa dinçidən üzr istəmək ərdəmli hərəkət deyil, əksinə, hansısa şəkildə kimisə təhqir etmirsənsə, burada problem yoxdur. Bizdə bu tez-tez baş verir.

Dinlə bağlı film çəkilir, dinçilər deyir ki, burada mənim dinimi təhqir edirsiniz. Sən kimsən axı? Dinin sahibisən, Allahsan, ya peyğəmbərsən?! Hamı özünü qoyub Allah yerinə, tələb edir ki, dinimi təhqir etmisən, üzr istə. Kimsiniz axı?! Ayrı-ayrı şəxslər haqda fikir söyləmək artıq Azərbaycanda konkret təhlükəyə çevrilib. İstənilən adam tənqid edilə bilər, istənilən adamın meyxanada adı səslənə bilər. Burada nə var ki?! Meyxanada kimisə təhqir edəcək, incidəcək bir söz deyilmir. Onlar adları müqəddəsləşdiriblər, deyirlər ki, filan adı çəkmək olmaz. Niyə?! Siz kimsiniz?! Bu qədər insanı qətlə yetirənləri eləmisiniz dinin öncülləri. Belə şey olar?!"

Deputat Rəşad Dağlının buna görə üzr istəməsini gərəksiz hesab edib:

"Görünür, meyxanaçının dünyagörüşü, düşüncəsi yetərli səviyyədə olmadığına görə çıxıb üzr istəyib. Niyə üzr istəmisən? Kimdən istəmisən? Allahın dininə görə kimdənsə üzr istəmək olmaz ki. Belə bir şey yoxdur.

Dinə xələl gətirən hansısa davranış sərgiləsən başa düşmək olar, bu zaman dindarları incitmiş olursan, amma dində adı səslənən 5-10 nəfərdən birinin adını qafiyədə çəkmisən deyə üzr istəməyə dəyməz. Azərbaycan dünyəvi dövlətdir, kimisə buna məcbur etmək sadəcə anormallıqdır. Ona görə də bu məsələdə meyxanaçının hərəkəti heç bir halda anlaşılan deyil. Niyə üzr istəməlisən? Allahı söyməmisən, peyğəmbəri təhqir etməmisən, Qurana həqarət sayılan söz söyləməmisən. Deməli, sən dini də bilmirsən. Dini bilmədiyinə görə elə bilirsən kiminsə haqqında söz söylədinsə, bu dinə aiddir. Elə şey olar?"

Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda ayrı-ayrı dini şəxslərin adını müqəddəsləşdirirlər:

"Bizdə elə fikirləşirlər ki, seyid, Xomeyni, Sistani adı çəkdinsə, bu dinin simvoludur. Elə şey yoxdur. Şəxslər dinin simvolu ola bilməz. Dinin simvolu Qurani-Kərimdir. Hətta peyğəmbəri də tənqid ediblər, peyğəmbər özü o vaxt onu təhqir edənlərə qarşı bu kini bəsləməmişdi.

Necə olur ki, peyğəmbərin yolunu gedən müsəlman bu kini bəsləyir, kimisə bağışlamır? Belə primitiv, absurd məsələ ancaq Azərbaycanda ola bilər, çünki bu dini savadsızlıq, cəhalətdən yaranan bir şeydir. Ona görə, kiminsə tələbi üzrə çıxıb üzr istəmək lazım deyil.

Bir vaxtlar bizdə bəzi axmaqlar var idi, bir fikir söyləyən kimi çıxıb deyirdilər ki, "Xalqdan üzr istə!". Adama deyərlər sən kimsən, xalqın nəyisən? İndi vəzifədə olan adam var ki, boşanıb, evindən 3 dəfə gedib, amma çıxıb tələb edir ki, çıx üzr istə. Özün evdən getdiyinə görə qayınatandan, ailəndən üzr istəmisən heç?!

Müəyyən məsələlərə fikir bildirəndə, tənqid edəndə bizdən tələb edirdilər ki, xalqdan üzr istə. Sən kimsən ki, xalqın adından nəsə tələb edirsən?!

Dindarlarda da məsələ təqribən belədir. Siz kimsiniz axı üzr tələb edəsiniz?! Hərə bir şeyxi, mollanı özünə rəhbər seçirsə, bunun mənə nə dəxli? Mən azərbaycanlıyam, dünyəvi dövlətdə yaşayıram. Meyxanadır, burada kiminsə haqqında söz demək olar. İranda da Xomeynini tənqid edirlər, nə olsun? Orada hamı çıxıb üzr istəyir? Kimliyindən asılı olmayaraq heç kəsi təhqir etmək olmaz, lakin tənqid edirsə, meyxanada kiminsə adını çəkirsə, nəyə görə üzr istəməlidir?"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2020   Tarix: 17 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 194
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

09.11.2026 177
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.