"Xəyanətin ən böyük səbəbkarı elə qadınlardır"

"Xəyanətin ən böyük səbəbkarı elə qadınlardır""Heç vaxt efirdən istifadə etmədim. Çünki efir mənim atamın şirkəti, firması deyil. Əfsuslar olsun ki, bu gün bir çox teleaparıcılar efirə o cür baxırlar. Verililişlərinə də həmçinin. Sanki proqram onunla birgə doğulub. Günah onlarda deyil ki? Televiziya rəhbərliyində səhv var ki, aparıcıya səviyyəsinə, bacarığına, biliyinə görə deyil, kimindənsə qorxduğuna görə meydan sulamağa imkan verir. Həmin aparıcı da özünü elə aparır ki, burda mənəm, Bağdadda kor xəlifə. Onlara gözün üstündə qaşın var deyən də yoxdur, istədiyini də ala bilir. Hətta istəmədiyini də işdən çıxara bilir. At oynadır. Sən bir aparıcıya deyirsən ki, gəl kanalımda işlə, 800 manat alacaqsan. Aparıcı da deyir ki, o pulla dolana bilmirəm də. Bilir ki, axı o biri həmkarı 3000 alır. Deyəndə də, intriqalar yaranır. Ver o pulu, amma məndən kəsib vermə".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam "Üzə-düz" verilişində deyib. O, televiziyalardakı durumdan gileylənib:

"Aparıcısı olduğum "Milyonçu" dünya şöhrətli şou idi. Amma o şou mənə xırda populyarlıqdan savayı, heç nə qazandırmadı. Aktyor olur, yaxşı obrazlar ifa edir, sonda da heç bir mükafatını almaz. Bu veriliş də mənimçün belə bir şey oldu. Mənə olan dəyəri, qiyməti versələr, kifayət idi! Yalandan niyə danışım ki?! "Milyonçu" mənə yüksək məşhurluq vermədi, bu gün də kimsə demir ki, Azər Axşam bilirsən kimdir? Dünya şöhrətli "Milyonçu"nun aparıcısıdır. İllər sonra "İctimai" kanalda bu şou yenidən başlayanda çox adam zəng elədi məni təbrik eləməyə. Səbəbini soruşanda dedilər ki, bəs şou başlayır. Hər kəs gözlədi. Dedim, vallah mənə deməyiblər, inanın ki, heç deməyəcəklər. Müraciət də olmayacaq. 49 yaşım var, nə aparıcı, nə də aktyor kimi heç bir telekanaldan təklif gəlib. Azərbaycanda təklif olunmur!".

O, əlavə edib ki, bu gün aparıcılıq ancaq sponsoru olanlar edir:

"Verilişi tanışa, bilişə, sponsor tapana verirlər. Proqramı onun öhdəsindən daha yaxşı gələcək birinə vermirlər. Efir saatlarının bölümü düz deyil. Hər aparıcının bir müddətdən sonra aparacağı saat var. O öz zəhmətiylə axşam efirini qazanıb axı.

Telekanal rəhbəri olmaq istəməzdim. Həmişə deyirəm ki, yaradıcı insan rəhbər ola bilmir, çərçivələri sevmir. Rəhbər olmaq xüsusi istedaddır, o hər adamda olmur. Sadəcə hansısa kanalda bədii rəhbər missiyası daşıya bilərəm. Dəfələrlə təklif eləmişəm ki, "əyləncəli intellektual proqramlar departamenti" açın. Deyə bilərlər ki, bu kimi yeni layihələr var, onlara uyğun kastinq edib, aparıcılar seçin. Bəla budur ki, bu yoxdur, seçim edə bilmirik. Deyirlər, filankəs aparıcı olacaq, vəssalam! Qoy qızlar, oğlanlar gəlsin, yeni sima, yeni üz, Azər seçsin də. Kimsə desin ki, aparıcı olmaqda Azər bəyə təşəkkür edirəm. Bu mənimçün daha böyük mükafatdır. Bütün kastinqləri efirdə edirik, təmizləyirik. Olmaz!".

Xəyanətdən danışan aparıcı "Kişilər sevdiyi xanıma xəyanət edərmi?! Kişilərin ən böyük bəlası odur ki, onlar xəyanət edəndə fikirləşmirlər ki, xəyanət edirlər. Xəyanətin ən böyük səbəbkarı elə qadınlardır. Xəyanət edən insan ilk olaraq özünə, imanına, düzlüyünə xəyanət etmisən. Qadının tam hüququ var ki, ona xəyanət edən kişini tərk edib getsin. Xəyanət edən kişi də xanımının bütün istəklərini həyata keçirməlidir. Deməlidir ki, səhv etdim, məni bağışla. Və deməlidir, sənin məndən istəyin nədir yaralarını bir balaca bağlayacağım? EV, maşın axı nə? Bəlkə qadın o məqamda deyəcək ki, səni itirmək istəmirəm! Orada açılır sənin insanlığın, əsl kişiliyin! Qadın deyə bilər ki, gözəl insandır, səhv edib, şeytana uyub. Onda bağışla. Nə olur-olsun xəyanət düşüncəsi varsa, bu günahdır. Bu olubsa, day bunu heç kimə demə. Tövbə et, həyatını yaşa. Çünki sən qarşı tərəfə doğrunu deməklə, heç nəyi düzəltməyəcəksən. Kişilər 90 faiz sevdiyi qadınlara acıqdan xəyanət edirlər. Xəyanətdə mən tək günahkar deyiləm ki, səndə tapa bilmədiyimi kənarda axtardım. Ona görə yox ki, səni sevmirəm. Qadın xəyanət etməməlidir. Xəyanət bağışlanıla bilməz. Bağışlasa da, o ancaq qadın ola bilər. Amma kişi bağışlaya bilməz. Hətta o qadın da istəməz ki, kişi onu bağışlasın. Çünki o kişi ilə yaşamaq olmaz. Qadının gözündən düşəcək. Qadın istədiyini ucaldıb, istədiyini məhv edə bilər. Qadın böyük qüvvədir. Yuvanı düzəldən qadın olmaq lazımdır, dağıdan yox. Kişi özündə də günah axtarmalıdır, niyə alanda yaxşı qız idi, sonra pis? İki insan boşanıbsa, ikisində də günah var!" sözlərini əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1461   Tarix: 18 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 200
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 209
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.