Prezident FƏRMAN İMZALADI

Prezident FƏRMAN İMZALADIPrezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs yaradılır və "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi" təsdiq edilir.

Sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsə (bundan sonra – İnstitut) çevrilməklə yenidən təşkil edilməlidir.

Müəyyən edilir ki, Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Mərkəzin Nizamnamə Fondu 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1309   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Filippində musson yağışları və qasırğalar 32 insanın ölümünə səbəb olub

Filippində musson yağışları və tropik siklonların yaratdığı daşqınlar, torpaq sürüşmələri son bir ayda azı 32 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, ölü

30.08.2026 281
.

Bakıda yayın son konserti keçirildi - Fotolar

İsti yay axşamlarında paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə istirahət günlərində şəhərin sakinləri və çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan Nərimanov rayonundakı yen

10:48 126
.

"İnsanın keçmişini ona qarşı silaha çevirmək hüquq müdafiəçiliyinə sığmır" - David Seliverstovla MÜSAHİBƏ

"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov son günlər haqqında mediada yayılan məlumatlarla bağlı -ın suallarını cavablandırıb. - David bəy, son günlər sizinlə bağlı mediada müxtəlif ittiham və iddialar səsləndirilir. Siz is

10:15 138
.

Bakının bir hissəsində İŞIQ OLMAYACAQ

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 31-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki

10:00 140
.

Bakının bu ərazilərində QAZ KƏSİLƏCƏK - Ünvanlar AÇIQLANDI

Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırm

30.08.2026 422
.

WSJ Tramp və Venesuelanın neft sövdələşməsinin detallarını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə neftə dair sövdələşməsi Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuel

30.08.2026 257
.

İstehlak kreditlərinin artmasının əsas səbəbləri nələrdir?

"İstehlak kreditlərinin həcminin artmasının əsas səbəblərindən biri əhalinin gündəlik xərcləri ilə gəlirləri arasında yaranan fərqdir. İnsanların mənzil, avtomobil, məişət texnikası, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılamaq üçün böyük məbləğə ehtiyacı yarandıqda, həmin vəsaiti uzun müddə

12:23 34
.

Putindən həbsdəki Köçəryana mesaj: "Mənəvi güc və dözümlülük arzulayıram"

Rusiya Prezidenti Vladimir Putin hazırda məhkəməyəqədər həbsdə olan Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanı təbrik edib. xəbər verir ki, Putinin Köçəryana ünvanladığı teleqramın məzmununu TASS agentliyi yayıb. "Sizə və ailənizə hazırda üzləşdiyiniz sınaqlar qarşısında səmimi qəlbdən cansağlığı

11:09 124
.

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir. xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o bu evliliy

30.08.2026 377
.