Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən ŞOK İFADƏLƏR

Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən ŞOK İFADƏLƏRBakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

31 yaşlı Şəhriyarın hansı səbəbdən 23 yaşlı arvadı Ləman Ələsgərovanı öldürdüyü ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işinin materiallarını əldə edib.

İttihama görə, hadisə ötən il noyabrın 29-u saat 13 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı qonşuluqda yaşayan şəxslə qucaqlaşdığını görərək onu öldürmək qərarına gəlib. Bu səbəbdən Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı mətbəx bıçağı ilə qətlə yetirib və meyitini evin həyətinə atıb. Hüquq-mühafizə orqanları tərəfindən Şəhriyar Ələsgərov tutularaq istintaq təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Məhkəmədə Şəhriyar Ələsgərov özünü təqsirli bilib. O deyib ki, Ləmanla 2014-cü ildə ailə həyatı qurublar:

"Birgə nikahdan 3 qız övladımız olub. Usta kimi işləyib ailəmi saxlamışam. Ailə qurduqdan sonra Ləmanla münasibətlərimiz yaxşı olub, lakin 2019-cu ildən etibarən ailə münaqişələri baş verməyə başlayıb. Belə ki, arvadımın anası və atası bizim ailə işlərimizə qarışırdılar. Bu səbəbdən evdə söz-söhbət olurdu. Mən səhər çıxıb, axşam gəlirdim. Ləmanın yaxınlıqda yaşayan Könül adlı qadının evinə gedib-gəldiyini qızımdan eşitdim. Mən ondan Könülgilə hansı səbəbdən getdiyini soruşdum, lakin o mənə yalandan dedi ki, Könülgilə getmir. Ləman mənim evdə olmadığım zamanlar artıq hər gün marketə və digər yerlərə getmək adı ilə evdən çıxması məndə şübhələr yaratmışdı. Onun başqa bir kişi ilə görüşdüyünü güman edirdim. Bu səbəbdən Könülgilə getdim və ondan bildiklərini deməsini xahiş elədim. Könül mənə dedi ki, Ləman narkotik vasitədən istifadə edir və Taleh adlı şəxslə görüşür. Mən evə gələrək Ləmandan Taleh barəsində soruşdum. O, mənə heç kimlə münasibət saxlamadığını dedi. Onunla aramızda ciddi münaqişə yarandı. O, polisə zəng edərək yalandan dedi ki, ərim məni döyür".

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə aralarında olan mübahisələrin birində Ləmanın əsassız şikayəti əsasında inzibati qaydada həbs olunub:

"Artıq Ləmanın mənə xəyanət etdiyinə əmin idim. Bir dəfə onun Talehlə görüşməklərinə şahid olmuşam. Talehin idarə etdiyi gümüşü rəngli "Chevrolet Niva" markalı avtomobilin arxa sərnişin oturacağında Ləmanı gördüm. Ləman isə məni görüb həyəcanlı şəkildə oradan uzaqlaşdı. Evə gəldim, aramızda dava oldu. Ondan tələb etdim ki, video çəkiliş qarşısında mənə xəyanət elədiyini etiraf etsin. O çəkiliş qarşısında mənə 5 dəfə xəyanət etdiyini dedi. Lakin əməlindən peşman olduğunu və övladlarına görə bir daha belə bir halın baş verməyəcəyinə söz verdi. Bundan sonra 3 qız övladıma görə Ləmanı bağışladım".

Şəhriyar Ələsgərov bildirib ki, arvadı Ləman söz verməsinə baxmayaraq, əməllərindən əl çəkməyib:

"Sentyabrın 27-də evə gələndə gördüm ki, Ləman uşaqları atıb qaçıb. Onun itkin düşməsi ilə bağlı polisə məlumat verdim. Bir neçə gün sonra polis Ləmanı tapdı. O, polisə verdiyi ərizədə itkin düşmədiyini və öz xoşu ilə evdən getdiyini bildirmişdi. Bu hərəkətlərindən sonra Ləmandan boşanmaq üçün iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Lakin hadisədən 10 gün qabaq Ləman zəng edib mənimlə barışmaq istədiyini bildirdi. Ləmanla görüşüb onun kirayə qaldığı evə getdim. O ev Mehriban adlı qadının idi. Ləman onu Könül vasitəsilə tapmışdı. Ləmana sonuncu dəfə inanıb onunla yenidən yaşamağa qərar verdim. Hadisədən 1-2 gün qabaq onun yenidən gizli olaraq kiminləsə görüşdüyündən şübhələndim. Bir gün ev sahibi Mehribanın qardaşı Əlibala ilə Ləmanın birlikdə narkotik çəkdiklərini gördüm. Dava düşdü, mübahisə yarandı. Hətta Ləman uşaqları götürüb evdən çıxmaq istəyəndə Mehriban qoymamışdı".

Sonra təqsirləndirilən şəxs qətl hadisəsinin baş verdiyi günündən danışıb. Qeyd edib ki, söhbət etmək üçün Ləmanla Pirşağı çimərliyi istiqamətinə gedib:

"Ləman mənə tövbə etdiyini, bir daha belə bir hərəkət etməyəcəyini bildirdi. Bu söhbətdən sonra Mehribangilin evinə qayıtdıq. Ləman Mehribanın yanına getdi. Mən gizlincə onların danışığını eşitmək üçün pəncərənin yanına keçdim. Onlar mənim barəmdə nalayiq sözlər danışırdılar. Bundan sonra Mehriban evdən çıxıb harasa getdi. Təxminən bir neçə dəqiqədən sonra Ləmanın oturduğu həmin otağa Mehribanın qardaşı Əlibalanın gəldiyini eşitdim.

Pəncərənin yanından əyilib otağa baxanda gördüm ki, Ləmanla Əlibala qucaqlaşaraq öpüşürlər. Mən gəlib evin qapısını döydüm. Onlar qapını açanda donub qaldılar. Ləmanı marketə getmək adı ilə çölə çıxartmaq istədim. Lakin gəlmədi, mübahisəmiz yarandı. Bu vaxtda Əlibala evdən çıxıb getdi. Mən Ləmanı yenə çölə çıxartmaq istədim, dedim uşaqların yanında mübahisə eləməyək. Yataq otağına keçəndə stolun üstündə "patı" adlanan narkotik vasitəni gördüm. Ləmana heç nə demədim, otaqdan bıçağı götürüb, gödəkcəmin cibinə qoydum. Ləmanla evdən çıxıb market tərəfə getdik. Yolda ona hər şeyi gördüyümü, evə gedəndə bu barədə danışacağımı dedim. O isə evə qayıtmayacağını dedi. Yol boyu yüksək səslə danışırdı ki, insanların arasında məni pis vəziyyətə salsın. Onu zorla tutub, evin həyətinə saldım. Darvazadan içəri girən kimi bıçaqla onu vurdum. O yenə məni söyməyə başladı. Məni özümdən çıxartdı, onu öldürmək niyyətim yox idi. Lakin söyməyə davam elədi, bıçaqla ona yenidən zərbələr vurmağa davam elədim. Bu zaman Əlibaba evdən çıxıb üstümə gəldi. Ona yaxın gəlməməyi dedim. O da sakitcə evə qayıtdı. Ləman yerdən qalxıb yaralı vəziyyətdə qonşu tərəfə getdi. Mən də evə girib uşaqları götürdüm, taksi sifariş verdim. Qonşunun evinin qarşısına baxanda Ləmanın can verdiyini gördüm. Qonşudan polisə və təcili yardıma məlumat verməyini xahiş elədim. Uşaqları valideynlərimin yanına apardım, onlarla halallaşdım. Daha sonra polisə gedib təslim oldum".

Məhkəmə prosesində adı keçən Əlibala şəxsin istintaqa ifadəsi elan olunub. O da ifadəsində bacısı Mehribanın evində Ləman Ələsgərovanı gördüyünü və bir neçə gün sonra isti münasibətləri yarandığını etiraf edib. O, Ləman Ələsgərova ilə cinsi münasibətdə olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Ələsgərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1810   Tarix: 19 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 209
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 198
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.