"Oğlumun Şuşada can verən videosunu görmüşəm" - Xalq artisti

"Oğlumun Şuşada can verən videosunu görmüşəm" - Xalq artistiXalq artisti Əli Nur şəhid oğlu Rövşən Nurzadədən danışıb kövrəlib.

Axşam.az xəbər verir ki, aktyor "Bizimləsən" proqramına qonaq olub. O, Şuşa döyüşlərində şəhid olan oğlunun hər zaman Qarabağ müharibəsinə qatılmağı arzuladığını deyib:

"Çox yüksək sahələrdə çalışdı. Onun hər zaman fikri orduda idi. Mubariz İbrahimov şəhid olanda bütün gün zabitlərlə danışırdı. Çox sarsılmışdı. Polad Həşimov dünyasını dəyişəndə hönkür-hönkür ağlayırdı. Deyirdi, biz bir kursda oxumuşuq, hamımız şəhid olmalıyıq. Getdi döyüşə, vuruşdu. Qubadlıda ayağı zədələnib, əsa ilə gəzib. Daşaltıda yenə yaralanıb, qan içində olub, amma geri qayıtmayıb. Şuşa girişində güllə dəyib, can verəndə videosunu çəkiblər. Oğlumun can verən yerdə çəkilən videosunu görmüşəm, telefonumdadır. Ağrıkəsici iynə vurdurub və döyüşə davam edib. Həmin iynəni anası bu yaxınlarda evdə görüb, ağlayıb. Güllə ona dəyəndə, deyib, bu qədər yol gəlmişik, geri dönməyə haqqımız yoxdur".

Qeyd edək ki, Əli Nur Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsüdür. Oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1633   Tarix: 20 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 209
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 198
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.