DƏHŞƏT: "Optimal Elektronika" MMC-nin satdığı telefon müştərinin əlində partladı - VİDEO
"Optimal Elektronika" MMC-nin satdığı telefon müştərinin əlində partlayıb.
Sonxeber.az-a müraciət edən Saatlı rayon sakini Arif İmanov bildirib ki, 2020-ci ilin avqust ayının 1-də "Optimal Elektronika" MMC-nin Saatlı rayon filialından 1 il zəmanətlə aldığım "Samsung Galaxy A11" markalı telefon keyfiyyətsiz çıxıb:
"Aldığım gündən bəri telefondan istifadə edikcə qızdığını gördüm. Bir müddət keçdikdən sonra telefonda barmaq izi tanınması funksiyası işləmədi. Sonuncu gün isə telefonun həddindən artıq qızdığını hiss etdim. Dərhal onu əlimdən yerə atdım. Həmin an telefon alışıb yanmağa başladı. Əgər onu zamanında əlimdən yerə atmasaydım, çox güman ki, özüm də xəsarət alacaqdım. Mən yenidən "Optimal Elektronika" MMC-nin Saatlı rayon filialına gedərək telefonumun yandığını söylədim. Mağazadan mənə yanmış telefonun qalıqlarını gətirməyimi istədilər və bildirdilər ki, 20 gündən sonra servisdən xəbər gələcək.
Telefonu kreditlə götürmüşdüm. Kreditin 262 manatını ödəmişdim. 78 manat borcum qalmışdı. 20 gündən sonra servisdən mənə xəbər gəldi ki, guya mən telefonun yalnız üz və arxa qapağını gətirmişəm.
Zəng etmədiyim yer qalmadı. Hələ utanmaz-utanmaz məndən 78 manat kredit borcunu istəyirlər. 2 ildir ki, şikayət etmədiyim yer qalmayıb. Amma hələ də cavab verən olmayıb. Müvafiq qurumlardan xahiş edirəm ki, mənim şikayətimə baxsınlar.
Ümumiyyətlə, videodan da gördüyünüz kimi, "Optimal Elektronika" MMC insanlara keyfiyyətsiz məhsul sataraq, həm onların cibinə girir, həm də həyatları üçün təhlükə yaradır".
Arif İmanovun bizə göndərdiyi videonu təqdim edirik:
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1432 Tarix: 20 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 184 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
09.11.2026 197 Azərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
09.11.2026 209 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
09.11.2026 243 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 139 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
09.11.2026 198 Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
09.11.2026 195 Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd
09.11.2026 184 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 140