Tanınmış idmançı Azərbaycan çempionatında çıxış edəcək

Tanınmış idmançı Azərbaycan çempionatında çıxış edəcəkKikboksinq üzrə kişilər və qadınlar arasında keçirilən XXVI Azərbaycan çempionatında 1/4 final görüşləri davam edir.

Bu gün saat 17:00-dan etibarən başlayacaq yarımfinal görüşlərində Azərbaycanın tanınmış kikboksçuları mübarizəyə qoşulacaqlar.

Bunların arasında peşəkar kikboksçu, Ukraynada yaşayan azərbaycanlı Alim Nəbiyev ilk dəfə yerli çempionatda debüt edəcək.

O, Zabit Səmədovun adını daşıyan döyüş klubunu təmsil edəcək. "Glory" turnirində çıxışları ilə tanınan Alim Nəbiyev 81 kq çəki dərəcəsində "Full Contact" versiyası üzrə mübarizə aparacaq.

Bundan başqa, Azərbaycanın dünya çempionları - federasiyanın I vitse-prezidenti Ramal Aslanov (-75 kq, "Dinamo" İdman Cəmiyyəti), Eduard Məmmədovun tələbəsi olan Anar Məmmədov (-57 kq, ZV Döyüş Akademiyası) və Bəhram Rəcəbzadə (+91 kq, "Altın Qurd") yarımfinaldan mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Sərhədçi İdman Olimpiya Mərkəzində sabah keçiriləcək final görüşləri "İdman" telekanalı vasitəsilə canlı göstəriləcək.(oxu.az)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1080   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dünya bu görüntülərdən danışır - Fotolar

Bu gün tarixin 23-cü mundialının - DÇ-2026-nın qalibi müəyyənləşib. Axşam.az xəbər verir ki, həlledici görüşdə son çempion Argentina İspaniya yığması ilə üz-üzə gəlib. Nyu-York yaxınlığındakı "New York New Jersey Stadium"da keçirilən görüşdə İspaniya dünya çempionu olub. Bu, Argentina üçü

20.07.2026 682
.

DÇ-2026: Fərdi mükafatlar kimlərə qismət oldu?

2026 FIFA Dünya Çempionatının qızıl medallarını boynundan asan İspaniya millisi, turnirin fərdi mükafatlarına da tam mənada damğa vurub. Qaynarinfo xəbər verir ki, çempionatın ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı və ən yaxşı gənc futbolçusu mükafatlarının hamısı "qırmızı furiya"nın üzvlərin

20.07.2026 600
.

ABŞ argentinalı futbolçuların siyasi pankart qaldırmasına münasibətini açıqladı

Rəsmi Vaşinqton dünya çempionatı (DÇ-2026) oyunlarında argentinalı futbolçuların Folklend adaları ilə əlaqədar etirazlarını bildirmək hüququnu müdafiə edir. xəbər verir ki, bu barədə "Sky News" telekanalının əməkdaşı Rob Harris məlumat verib. Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunu

18.07.2026 491
.

Haalandın qeyri-adi qidalanması: Çiy süd içir, gündə 6 min kalori qəbul edir

Erlinq Haalandın Norveç milli komandasının forması ilə parladığı qarşısıalınmaz performansının arxasındakı sirlər açılıb. Erling Haaland gündə təxminən 600 kalori qəbul edir və 1.95 metrlik nəhəng bədənini qidalandırmaq üçün gündə altı dəfə yemək yeyir. -ın xarici mediaya istinadən xəbərinə görə, onu

12.07.2026 667
.

UEFA Avropa Liqası: "Qarabağ"ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlanıb

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib. "Report"un məlumatına görə, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək. Ona həmyerliləri Ciovanni Baççin

18.07.2026 456
.

DÇ-2026: Dünyanın ən güclüsü İspaniya oldu (YENİLƏNİB)

2026 FIFA Dünya Çempionatının böyük finalında planetin iki nəhəng futbol ölkəsi - İspaniya və Argentina yığmaları qarşı-qarşıya gəlib. Qaynarinfo xəbər verir ki, Nyu-Cersidəki "MetLife" stadionunda keçirilən və gərginliyi son saniyəyə qədər davam edən tarixi qarşılaşma "qırmızı furiya"nı

20.07.2026 450
.

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub. "Report" Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət milli sablya növü üzrə komanda yarışında 13-cü olub. İlk görüşdə Kanada yığmasın

01.08.2026 184
.

DÇ-2026: İkinci finalçı müəyyənləşdi

Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub. Qaynarinfo-nun məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqəd

16.07.2026 520
.

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar. Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar. Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçun

25.07.2026 229
.

TOP MP3