5 000 manatlıq cərimə: Marketlərə ət haradan GƏTİRİLİR? - AÇIQLAMA
Azərbaycanda açıq və pərakəndə ət satışı geniş olsa da, son vaxtlar insanlar normal ət almaq üçün daha çox marketlərə üz tuturlar. Əvvəl küçə və yol kənarlarında kəsilmiş ətə üstünlük verilirdisə, indi durum bir qədər dəyişib.
İnsanlar iri market və supermarketlərdə səliqə ilə düzülmüş ət çeşidlərini almağa daha çox maraq göstərirlər. Çünki supermarketlərdə satışa çıxarılan bütün ət məhsullarının Qida Təhlükəsizliyi Agentliyi və baytarlar tərəfindən təhlükəsizlik sertifikatı olur.
Qaydaya görə, belədir. Məsələ burasındadır ki, istehlakçıların çoxu həmin arayışı nə satıcılardan tələb edir, nə də bəzi ət məhsullarının üzərində əks olunması vacib olan məlumatların niyə yer almadığını soruşurlar.
Maraqlıdır, supermarketlərə ət haradan gətirilir? Satışa çıxarılmadan ət məhsullarının tərkibi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılırmı?
"Azad İstehlakçılar" İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, istənilən marketdə Qida Təhlükəsizliyinin arayışı və icazəsi olmadan ət satışı həyata keçirilə bilməz:
"Supermarketlərin bəzilərinin özlərinin təsərrüfatları var. Əksəriyyətinin isə yoxdur. Buraya malı vermək üçün mütləq baytarlıq və Qida Təhlükəsizliyi Agentliyinin arayışı olmalıdır. Yalnız bu halda ət dükana daxil ola bilər. Sözügedən qurumların arayışları olmadan ətin dükanda satışı qadağandır. Bu arayışlar olmadan satış həyata keçirilərsə, həmin müəssisələri fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq cərimələr gözləyir. Hər market ət satışı ilə məşğul ola bilməz.
Ət satışı həyata keçirmək üçün mütləq Qida Təhlükəsizliyi Agentliyindən razılıq alınmalıdır. Əsas məsələ sanitar tələblərə cavab verən infrastrukturun olmasıdır. Ət "soyuq zəncir" sistemində istehlakçıya təqdim olunmalıdır.
Lazımi avadanlıqlar sanitar qaydalara uyğun deyilsə, elə yerdə AQTA ət satışına icazə vermir. Bir sözlə, heyvanlar fermadan satışa gələnə qədər AQTA tərəfindən izlənilməlidir. Onu daşıyan, kəsən, saxlayan "soyuq zəncir"lə hərəkət etməlidir.
Bəzən və əksər hallarda heyvanların müəyyən yerinə baytar möhürü vurulur. Sovet vaxtından bu, ifşa edilmiş bir möhürdür. İndi necə olduğunu bilmirəm. Satıcılar tərəfindən vurulduğu üçün insanların buna inamı itib. Lakin vacib şərtlərdən biridir".
Eyyub Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər qablaşdırılmalıdır:
"Onun üzərində buraxılma və yararlılıq tarixi, istehsalçı firmanın və s. adı olmalıdır. Amma marketlərin 90 faizində bu yoxdur. Azərbaycanda cəmi bir müəssisə var ki, o cür əti qablaşdırır. Başqa bir problem də var. Qida Təhlükəsizliyi Agentliyinin və yaxud baytarın verdiyi arayış orada olan ətə aiddir, ya yox? Bu məsələ ölkədə həll olunmamış qalır".
Ekspert bu sahədəki cərimələrdən də danışıb. O bildirib ki, AQTA tərəfindən marketdə ət satışının olduğu müəyyən edilərsə, lakin onun müşahidəedici sənədləri, eləcə də qurumun arayışı yoxdursa, qidaya yararlı olsa belə, satıcını 500-600 manat cərimə gözləyir.
Ətin müəyyən parametrlərinə görə qidaya yararsız olması müəyyənləşərsə, fiziki şəxsləri 1 500-2 000 manat, hüquqi şəxsləri 4 000-5 000 manat arası cərimə gözləyir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1358 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 258 Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd
09.11.2026 184 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
09.11.2026 226 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 194 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
09.11.2026 203 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 123 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
09.11.2026 198 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 140