Kim yatmış, kim oyaq? - MOTİVASİYA

Kim yatmış, kim oyaq? - MOTİVASİYAİnsan dünyaya gələrkən bəzi şeylərdə seçim etmə şansına sahib olmur. Doğulduğu ailə, cəmiyyət və ölkənin təsirlərilə böyüyür. Həyatına icazə verilən, görüb doğru sandığı və eşitdiklərilə yön verməyə başlayır.

Bəzi anlar olur ki, insan nələrinsə yanlış getdiyinin, yaşadıqlarının və seçimlərinin onu xoşbəxt etmədiyinin fərqinə varır. Ancaq çoxusu bundan qorxaraq geri çəkilir, bu hissin ona nə demək istədiyindən qaçır.

Əslində o andan insanın özü ilə savaşları başlamış olur. Həyat ona ayılıb, özünə, əsl kimliyinə dönməyi təklif edərkən o bundan yayınmağı daha etibarlı hesab edir. Beyin stabilliyi və sabitliyi sevdiyi üçün asanlıqla risk etmə cəsarəti tapmır. Qarşıda onu nələr gözlədiyini görməkdən çəkinir.

Sonra elə bir zaman yetişir ki, etdiklərindən əsl zövqü, dadı ala bilmir, yaşadıqlarına anlam verməkdə, məna tapmaqda əziyyət çəkir, ağlayır, stress və depressiya vəziyyətində ölümü arzu edir.

Bu zaman artıq insan "Mənə nə lazımdır? Nəyi buraxmışam? Həyatımda nə yoxdur? Nədir boş olan?" suallarına cavab axtarsın və nəhayət bunun ardınca "Mən nə edə bilərəm? Bu vəziyyəti necə dəyişə bilərəm?" sualları ilə aydınlanmalar yaşayacağı uzun yola çıxmış olsun.

Bəzi şeylər bizə acılı və ağrılı yollarla gələ bilir. Lakin elə bu bizim şəxsiyyət və biliklərimizi dərinləşdirib, möhkəmləndirir. Düşüb, yenidən ayağa qalxmağa çalışarkən daha müdrik oluruq. Mənəviyyatımıza dərin anlam və məna gəlir, özümüzə və həyata daha çox vermək bacarığı ilə qalxırıq.

Ayıq-sayıq olmaq həyata şüurlu yanaşmaq, fərqində olmaq deməkdir. Yuxulu zehin isə negativdir, problem sevəndir. Yuxuda olmaq hadisələrə, situasiyalara şüursuz yanaşmaq və dərk etmədən yaşamaqdır. Fərqində olduğumuz qədər yaşayırıq, bu həyatdan o qədər həzm edib, zövq ala bilirik.

Bu səbəbdən özümüzü tanımaq, daxilimizə doğru uzun kəşf yoluna çıxmaq lazım gəlir. Uğur daxildə gedən proseslərdən irəli gələrək xoşbəxtlik yaradır. Bu yolda ürəkdən hiss edib, anlayaraq qoyduğumuz məqsədlər isə bizim şüurlu seçim etdiyimizi göstərir.

"Özümü harada və necə görürəm?" düşüncəsilə daha mükəmməl versiyamızı, obrazımızı yaratdıqca məqsədlərimizə gedən yolu daha həyəcanlı edirik və bu amalda disiplinli hərəkət etmək üçün daha həvəsli oluruq.

Şüurlu, ayıq olan insan ətrafında baş verənlərin onun xeyrinə olacaq nüanslarını, həyatına gələn şans və imkanları, mesaj və işarələri görə, anlaya və tuta bilir. İndiki anı hiss etməyi seçən insan ilahi axına təslim olaraq, onun içində ondan bir parça kimi yaşamağı bacarır və o zaman həyatı daha axıcı, rahat, balansda və zövqverici hala çevrilir. İstədiyi səviyyəyə gəlmək onun üçün əziyyət yox, əyləncə dolu nailiyyət olur.

Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir də hələ o zamandan "yatmış"lara sarkazm işlədərək, "bəlkə ayılar" mesajını verməkdən yan keçməyib:

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın...

"Ayıq"ların sayı günbəgün artsın ki, insanlar həyatın gözəlliyini duymağa, onlara hədiyyə verilən ömrü faydalı keçirtməyə layiq olsunlar.

Unutmayaq ki, "oyaq" fərdləri çox olan cəmiyyət bizi tərəqqi dolu gələcəyə, sevgi dolu nəsillərə aparar...

Günay Afsar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2054   Tarix: 26 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 200
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

09.11.2026 194
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.