Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə" açılması təmin edilib.
Bununla bağlı Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.
Belə ki, mayın 27-i saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1669 Tarix: 27 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Hazırda ölkə ərazisindəki 100-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, onlardan 343 nəfəri "Dini etiqad azadlığı haqqında"
30.08.2026 145 XƏBƏRDARLIQ! Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək... - PROQNOZ
Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam isə intensiv və qısa müddətl
30.08.2026 218 Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər
Rusiyanın Moskva vilayətinin Orexovo-Zuyevo şəhər dairəsinin Kabanovo kəndində altıncı sinif şagirdinin qətlində şübhəli bilinən iki məktəbli saxlanılıb. "REN TV"yə istinadən xəbər verir ki, şübhəlilər 15 və 16 yaşlı qızlardır. Məlumata görə, yeniyetmələr cinayəti əvvəlcədən planlaşdırıblar
30.08.2026 183 Azərbaycan banklarının xalis xarici aktivləri 21 %-ə yaxın artıb
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 10,1 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i müqayisədə 2,5 %, ilin əvvəlinə nisbətən 23,9 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 20,
30.08.2026 156 Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 179,28 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləğ
30.08.2026 141 Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb
Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb. "The Paper"qəzet
30.08.2026 141 Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb
Yaponiyada insanlara ayı hücumlarının kəskin artması fonunda 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarına qədər 14 mindən çox ayı məhv edilib. xarici mediaya istinadla bildirir ki, 2025-ci il ərzində ayı hücumları nəticəsində 13 nəfər həyatını itirib. Ümumilikdə ötən il ölkədə 230-dan çox insan ayıları
30.08.2026 162 Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub
Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb. "İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında "Qafqaz" federa
30.08.2026 116 Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Nepalda genişmiqyaslı daşqından sonra itkin düşənlərin sayı 1 924 nəfərə çatıb, 579 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən məlumat yayıb. Hakimiyyət orqanlarını
30.08.2026 171