Öd xəstəliyinin cavanlaşmasına səbəb "fast food"lar, həyat tərzinin dəyişməsi və hərəkətsizlikdir

Öd xəstəliyinin cavanlaşmasına səbəb "fast food"lar, həyat tərzinin dəyişməsi və hərəkətsizlikdirQadınlar arasında bu xəstəlik daha çox yayılıb. Hər 3 qadından birində bu xəstəliyi müşahidə etmək olur. Daşlar həm ölçü, həm də rəng baxımından, fərqli, rəngarəngdirlər. 3-5 sm olan kisədən 8-sm olan daş çıxır. Xəstəlik isə özünü, əsasən, bayramlarda büruzə verir.

"Öd kisəsindən qiymətli daş çıxdı", "Xəstənin öd kisəsindən 25 dekorativ daş çıxarıldı", "Öd kisəsindən 114 daş çıxdı", "Xəstənin 10 illik öd daşı çıxarıldı"... Öd kisəsi ilə bağlı "google" axtarış sistemində bir çox belə məlumatlara rast gəlmək olur. Hələ öd daşlarının şəkilləri daha təəccüblüdür. Bəziləri miqdarı, bəzilər isə rəngləri ilə valeh edir. Bəs bu daşlar nədən və necə yaranır? Öd kisəmizin "daş karxanası"na çevrilmə səbəbi nədir? Yaxud orqanımızı daşlardan qorumaq üçün nə etməliyik?

"Daş ən çox qadınlarda yaranır"

Ümumi bariatrik cərrah, öd daşı həkimi Ruslan Ağayev "Kaspi"yə açıqlamasında bildirdi ki, dünyada və ölkəmizdə ən çox icra edilən əməliyyat öd kisəsinin çıxarılmasıdır. Ən çox müraciət edən isə qadınlardır. Çünki qadınlar arasında bu xəstəlik daha çox yayılıb. Həkimin sözlərinə görə, hər 3 qadından birində bu xəstəliyi müşahidə etmək olur. Xəstəliyin yaranma səbəblərinə gəldikdə, həkim vurğulayır ki, hələ tibbə məlum deyil: "Amma əsas faktorlar az hərəkətlilik, yağlı qidalar, nəzarətsiz pəhriz, ac qalmaq, artıq çəkidir. Qadınlarda daşlar xüsusilə, hamiləlik dövründə yaranır. Bundan əlavə, qadınlar ac qalaraq arıqlamaq istəyirlər. Ac qaldığı müddətdə öd kisəsi normal işləmir və buna görə də, orada durğunluq və daş yaranır. Daşın yaranma prosesi bir gündə olmur. Öd kisəsində əvvəlcə qatılaşma olur, sonra çöküntü yaranır, daha sonra daş formalaşır. Qatılaşma və çöküntü mərhələsini buraxmaq olmaz. Problem vaxtında aşkar edildikdə daşın yaranmasının qarşısını almaq olar".

Ağızda acılıq, küt ağrı və lal daş...

Ağızda acılıq, sağ qabırğa altı nahiyədə küt, kürəyə vuran ağrı öd kisəsinin siqnallarından biridir. Lakin həkim deyir ki, bəzən öd kisəsində daş olsa da, şikayət olmur. El arasında buna "lal daş" deyirlər: "Qatılaşma və çöküntünü ultrasəs müayinədə görmək olur. Adi ultrasəs müayinəsini ildə bir dəfə etdirsək, qatılaşma, çöküntü mərhələsini aşkarlayıb, ona uyğun müalicə almaq olar".

Cavanlaşan xəstəliklər

Öd daşlarına son zamanlar 20-30 yaşlı insanlar arasında rast gəlinir. Həkim deyir ki, xəstəliyin cavanlaşma səbəbləri genetik modifikasiya olunmuş qidaların tərkibi, "fast food"lar, həyat tərzinin dəyişməsi, hərəkətsizlikdir: "Təəssüf ki, belə tendensiya təkcə öd kisəsi xəstəlikləri ilə bağlı deyil. Bütün xəstəliklər cavanlaşıb. Öd kisəsi, ürək xəstəlikləri, onkoloji, oynaq xəstəlikləri, təzyiq, şəkər cavanlaşan xəstəliklərdəndir. Əvvəl 30-35 yaşında şəkər xəstəsi görmək olmazdı. Amma indi hətta 20 yaşında insanda belə şəkər var".

Öd kisəmizi necə "işlədək"?

Xəstəliyin qarşısının alınmasına gəldikdə, həkim bildirir ki, ən önəmli faktor qidalanmadır: "Öd kisəmiz gündəlik işləməlidir. İşləməsi üçün normal qidalanmalıyıq. Yəni gündə 3 dəfə qida qəbul etməliyik. Əksər hallarda iş şəraitimizlə bağlı buna əməl edə bilmirik. Səhər yeməyi yeyirik, günorta işlə məşğul olur, bir də axşam yeyirik. Ortada böyük bir fasilə yaranır. Həmin fasilədə də öd kisəsi işləmədiyi üçün avtomatik çöküntü, qatılaşma verir və uzun müddət davam etdikdə, daş yaranır. Buna görə də, ən azından gündə 3 dəfə qida qəbul etməliyik".

"Aclıq ödün düşmənidir"

İkinci şərt isə hərəkətlilik, aktivlikdir: "Artıq çəkidən təbii şəkildə qurtulmaq lazımdır. Özbaşına pəhriz saxlamaq olmaz. Bəzi insanlar bütün günü ac qalır, adını pəhriz qoyurlar. Ac qalmaqla pəhriz saxlamaq çox zərərlidir. Aclıq ödün düşmənidir. Ən əsası, gündəlik heç olmasa 1-2 litr maye qəbul etməliyik".

3 sm-lik kisədə 8 sm-lik daş...

Həkim deyir ki, öd kisəsindən çıxan daşlar fərqli və rəngarəng olurlar: "Həm ölçü , həm də rəng baxımından fərqli olur. Məni ən çox heyrətləndirən əməliyyatlardan biri öd kisəsindən 8 sm ölçüsü olan daşın çıxmasıdır. Öd kisəsi, adətən 3-5 sm civarında olur. Amma onun içində 8 sm-lik daş formalaşmışdı. Yaxud xəstəmiz olub ki, öd daşı öd kisəsini deşərək qarın boşluğuna tökülmüşdü".

Öd daşlarını üzə çıxaran bayramlar

Mütəxəssis vurğulayır ki, öd əməliyyatlarını ən çox bayramlarda edir: "Öd əməliyyatlarını ən çox Yeni il, Novruz və Ramazan bayramlarında edirik. Öd sancıları, əsasən, dolma, aş yeyəndən sonra olur. Məsələn, öddə daş var, xəstənin xəbəri yoxdur və şiddətli ağrıdan sonra müraciət edir. Bayramlar ərəfəsində milli mətbəximizin yeməkləri öd kisəsinə sancı verir. Yağlı qidalar öd kisəsinin daha çox işləməsinə səbəb olur və bu zaman daşlar öd kisəsinin boynuna pərçim olur, kanala düşür".

Həkim öd kisəsində daş olduğu halda oruc tutmağın düzgün olmadığını söyləyir: "Ramazan ayında gün ərzində 12 saatdan çox qida qəbul etmirik. Əgər öd kisəsində daş varsa, oruc tutmaq olmaz. Həmin ərəfədə mədə boş qalır, birdən-birə qida qəbul etdiyimiz zaman öd kisəsi dərhal boşalmaq istəyir. Daş varsa, tərpənir və sancı verir".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1444   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12.10.2026 978
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 637
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 919
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 759
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11.10.2026 882
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 703
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 421
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 959
.

Məşhurlar ən çox bu kokteyli içir

Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.

25.10.2026 945
.