"TEKNOFEST Azərbaycan" yaddaşlara həkk olundu

"TEKNOFEST Azərbaycan" yaddaşlara həkk olundu28 May - Azərbaycanın dövlət müstəqilliyinin qeyd edildiyi gün Bakıda Azərbaycan və Türkiyə respublikalarının dövlət rəhbərləri, bir çox dövlət rəsmilərinin iştirakı ilə möhtəşəm "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı keçirildi. Bütün dünya üçün son dərəcə cəlbedici olan növbəti "TEKNOFEST" festivalının məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Çünki bundan əvvəl bir qıra beynəlxalq tədbirlər, dünya səviyyəli idman yarışları, intellektual forumların keçirilməsi zamanı qazanılan təcrübə buna əsas verirdi.
Müasir elm və tərəqqinin ən son nümunələrinin nümayiş etdirildiyi platforma olan "TEKNOFEST"in beynəlxalq ictimaiyyət üçün çox cəlbedicidir. Bu festival müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır.
"TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən sərgi bu festivalın özü qədər əzəmətli və faydalı olub. Azərbaycanın qocaman elm və təhsil müəssisələrinin, ayrı-ayrı dövlət qurumlarının bu tədbirə hazırlıq səviyyəsi festival çərçivəsində həyata keçirilən müsabiqələrdə özünü göstərdi.
Prezident İlham Əliyevin festivaldakı çıxışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı, dünyaşıhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncəri və "TEKNOFEST"in təşkilatçısı Selçuk Bayraktarı salamlayaraq onlara festivalda və onun təşkilində iştirakına görə minnətdarlığını bildirdi.
TEKNOFEST müasir elm və mədəniyyət forumudur. Burada nümayiş etdirilən müasir uçan aparatlar məhz elmin gücü və qüdrəti ilə hava məkanında məharətlərini göstərir. Həmçinin, bu sahədə qazanılan istənilən uğur və nailiyyət müasir həyatda yeni-yeni mədəniyyət nümunələri ortaya çıxararaq, bütövlükdə kulturologiya səltənəti formalaşdırır.
TEKNOFEST-in iştirakçıları əsasən yeniyetmə və gənclərdir. Təbii ki, burada uşaqların maraqlarının da böyük olduğunu nəzərə almaq lazımdır. Hansı ki, zamanın hökmü ilə yeniyetmə və gənclər sürətlə yerlərini həmin uşaqlara verirlər. TEKNOFEST-in faydalı iştirakçısı olmaq, gələcək həyatını bu formul üzərində qurmağı arzu edən yeniyetmə və gənclər, ilk növbədə, dəqiq elmlərin sirlərinə yiyələnməlidirlər.
Keçirilən festival çərçivəsində yaxın gələcəkdə Azərbaycan və Türkiyənin ortaq texnopark təsis etməsinə dair mühüm çağırışlar eşidildi. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanmaqla artıq bu sahədə ilk addım atılıb.
Azərbaycanın son illər beynəlxalq tədbirlərin fəal təşkilatçısına çevrilməklə müasir dünyanın ayrılmaz tərkib hissəsi kimi həm beynəlxalq təcrübəni məharətlə mənimsəyir, həm də öz standartlarını təbliğ edir. Ölkə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında milli Azərbaycan standartları anlayışının təqdim olunması mühüm amildir. Bu vaxtda qədər Bakını müasir dünyanın yeni fikir və düşüncə mərkəzi olduğunu bildirən ekspertlər "TEKNOFEST Azərbaycan" çərçivəsində qazanılan uğurlar sayəsində Azərbaycanı elm və texnologiyaların nümayiş məkanı olduğunu ifadə etməyə başlayıblar.

Tufan Məmmədov – iqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 998   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 195
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 201
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 250
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 102
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 244
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 194
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 193
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 162
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 156
.