İki liderin "TEKNOFEST " festivalından dünyaya verdiyi tarixi mesajlar

İki liderin "TEKNOFEST " festivalından dünyaya verdiyi tarixi mesajlarBakıda 26-29 may tarixlərində ilk dəfə möhtəşəm "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı baş tutdu.
Bu festival təkcə texnoloji kəşflərin, yeniliklərinnümayiş olunduğu sərgideyil həm də iki qardaş ölkənin dövlət başçılarının birlikdə dünyaya verdiyi mesajlarla da yadda qaldı.Beləki, Mayın 28-də - Müstəqillik Günündə Prezident İlham Əliyev və Prezident Rəcəb TayyibƏrdoğanın festivalda çıxış edərək, olduqca mühüm açıqlamalar verməsi, birgə hədəfləri, prioritetləri elan etmələri törənin ən mühüm hissəsi oldu desək,yanılmarıq.
Azərbaycan Prezidenti xatırladıb ki, 104 il öncə müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurub: "Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır".
Prezidentin iki qardaş ölkə arasında bütün sahələrdə - istər hərbi sahə olsun, istərsə də siyasi-diplomatik, iqtisadi-humanitar, yaxud mədəni-texnoloji sahələr – bütün sferalarda ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu xüsusi qabartması, "Türkiyənin artan gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür" tezisinə diqqət çəkməsi əlbəttə ki, boşuna deyildi. Bu bir daha "Bir millət, iki dövlət" olmanın təzahürü idi.
Doğrudan da, artıq bizi istəməyən dairələr belə, qəbul edir ki, Türkiyə-Azərbaycan tandemi regionda sülh və sabitliyin, inkişaf və rifahın əsas qarantına, erməni separatizmi və faşizmini əsas önləyici faktoruna çevrilib. Bu reallıq fonunda İlham Əliyevin aşağıdakı sözləri xüsusi məna kəsb edir: "Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir".
Festivalda Prezident xüsusi ilə gənclərə səslənərək Türk dünyasının böyük oğullarından nümunə götürməyə da çağırış edib: "Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və "TEKNOFEST"in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur "Bayraktar" PUA-ların ixtiraçısı SelçukBayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. SelçukBayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar".
Bəli, müasir gənclər həyat və fəaliyyətlərinə, türk dünyasına münasibətdə məhz bu cür şəxslərdən də örnək götürməlidirlər. Axı biz bu şəxslərin timsalında qazanılan uğurları görmüşük...
Festivalda Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğanın çıxışında da təbii ki, önəmli mesajlar və çağırışlar kifayət qədərdir. O, 2022-ci ilin iki qardaş ölkə üçün önəmli olmasını vurğulayıb. Xatırladıb ki, cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyik yubileyidir. Şübhəsiz, buna yönəlik tədbirlər də davam edəcək.

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 195
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 201
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 250
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 102
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 244
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 194
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 193
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 162
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 156
.