Varlı olmağa mane olan 6 vərdiş hansıdır?

Varlı olmağa mane olan 6 vərdiş hansıdır?Varlı olmağa mane olan 6 vərdişi təqdim edirik:

1. Son qəpiyinədək xərcləmək

Bu – bizim cibimizə ağır zərbə vuran və bizi çətin vəziyyətə salan təhlükəli vərdişdir. Əgər siz əldə etdiyinizin hamısını sərf edirsinizsə, çətin gün üçün nəzərdə tutulan ehtiyat fonduna sahib deyilsinizsə, deməli, işinizdən məhrum olsanız və ya uzun müddətlik xəstəliyə tutulsanız, ayaqda qala bilmək üçün vasitələriniz olmayacaq.

Nə etməliyik?

Hər maaşın azı 10 faizini kənara atmaq lazımdır. Bu üsulla siz stabil şəkildə öz yığımlarınızı artıracaqsınız.

2. Lazım olandan çox yemək almaq

Bu, mürəkkəb bir problemdir. Qida təkcə orqanizmi enerji ilə təmin etmək üçün nəzərdə tutulmayıb, o, həm də əyləncə növüdür. Buna görə də ərzaqın alınması da müflisedici faktor ola bilər.

Bir dəfə, maraq üçün, mağazada olarkən ətrafdakı insanların zənbillərinə baxın. Bəzilərinin zənbillərində düyü, ət, süd məhsulları, tərəvəzlər və meyvələr görəcəksiniz. Digərlərində isə – eyni şeydir, lakin bunların yanında çipslər, konfetlər, qazlı içkilər, kolbasa və qida adlandırılması çətin olan başqa məhsulları da görəcəksiniz. Bu cür "əlavələr" çeki qəşəngcə artırırlar, lakin onlarsız keçinmək həm olduqca asandır, həm də sağlamlığa xeyirdir.

Lakin hətta balanslaşdırılmış menyuda belə, əgər eyni məhsuldan artıq alsanız, lazımsız sərfiyyata yol verə bilərsiniz. Nəticədə eyni şeydən lazım olandan çox alınmış həmin məhsulun son istifadə tarixi bitir, soyuducunuzun içərisindəkilər xarab olur və sonda da zibil yeşiyinə atılır. Pullar isə mənasızcasına xərclənmiş olur.

Nə etməliyik?

Mağazaya getməmişdən öncə, nə alacaqlarınızı yaxşıca götür-qoy edin və onların siyahısını tutun. İstifadə müddəti tez bitən məhsullardan çox almayın. Gəlirinizə uyğun olaraq, əyləncə üçün aldığınız qidaya sərf etdiyiniz büdcəni məhdudlaşdırın.

3. Borc içində üzərək yaşamaq

Əgər sizin leksikonunuzda "Əşi, borc/kredit götürərəm" ifadəsi varsa, bu, təhlükədən xəbər verən əlamətdir. Bu, sizin maliyyəyə yüngül yanaşdığınızın sübutudur. Ən müstəsna hallarda borc almaq lazımdır və gündəlik ehtiyaclar üçün yox.

Adi xərclər üçün pulunuz çatmayanda, ancaq iki çıxış yolu var: az xərcləmək və ya daha çox qazanmaq. Bu vəziyyətdə kredit/borc – maddi durumunuzu daha da bərbad etməyin ən "yaxşı" yoludur.

Nə etməliyik?

İlk olaraq xərclərinizi qeydə alın ki, problemin harada olduğunu anlaya biləsiniz. Adətən, hətta "maaşım mənə güclə çatır" deyənlərin belə mənasız xərcləri olur. Gəlirinizi artırmağın yollarını da gözdən keçirin.

4. İmpulsiv alış

Əldə edilməsini planlamadığınız istənilən şey də spontan alışa aiddir. Emosiyaların təsiri altına düşərək, insanlar, bir qayda olaraq, elə də lazımlı olmayan şeyləri alırlar. Çox az adam impulsiv şəkildə unitazın yuyulması üçün mayeni alır. Bunun əvəzində isə, insanın səbətində – istər real, istərsə də virtual, – şampunun 10-cu flakonu və ya oynamağa vaxt tapmayacağınız növbəti kompüter oyunu olmuş ola bilər.

İmpulsiv bazarlıq sizə qısa müddətli həzz verəcək, amma büdcədəki kəsirlər isə hələ uzun müddət sizinlə olacaq.

Nə etməliyik?

Ən ideal variant olaraq məsələni psixoloqla tədqiq edə bilərsiniz: siz spontan bazarlığı dopinq və ləzzət almağın asan yolu kimi istifadə edirsiniz. Bu, özünə görə bir pis vərdişdir və nəyə görə daim buna ehtiyac duyduğunuzu müəyyən edə bilsəniz, ona qalib gələ bilərsiniz.

Üstəlik, əgər sizin asılılığınız elə də ciddi deyilsə, sadə bazarlıq siyahısı və siyahıdan kənara çıxma qadağası kömək edə bilər. Zərurət olmadan ticarət mərkəzlərinə getməyin və internet-mağazaların bildirişlərindən abunəliyinizi dayandırın, bir sözlə, yoldan çıxaran faktorları aradan qaldırın.

5. Əyləncəyə həddindən çox xərcləmək

Planlama, büdcələşdirmə və sağlam düşüncə tez-tez "Əşi, bir dəfə yaşayırıq da" cümləsi isə üz-üzə gəlir. Nəticədə də, siz təhlükəsizlik yastığınızdan olan pulları (sizi çətin vəziyyətə salacaq) tətilə sərf edirsiniz, toy üçün uzun müddətlik kredit alırsınız və bayram süfrəsi üçün elə bir bazarlıq edirsiniz, sanki, sonuncu dəfə yeməyə hazırlaşırsınız. Hətta həftə sonları belə cibinizə sarsıdıcı zərbələr endirir.

Nə etməliyik?

Əyləncə xərcləri büdcənizdə qeyd edilməlidir. Gəlirinizin neçə faizini əyləncəyə sərf etməyə hazır olduğunuzu müəyyən edin və bu rəqəmdən yayınmayın. Unutmayın ki, əyləncə məsələlərində qənaət etmək, "Mən bunu özümə rəva bilmirəm" cümləsi kimi ayıb deyil.

6. Pis vərdişlər

Pis vərdişlər həm sağlamlığınıza, həm də cibinizə ziyan vurur. Məsələn, onlardan biri: əgər siz gündə 1 ədəd 2.5 manatlıq siqaret qutusu alırsınızsa, ildə 912.5 AZN pulu mənasızcasına sərf edirsiniz. Ciddi rəqəmdir, elə deyilmi?

Nə etməliyik?

Pis vərdişlərinizə nöqtə qoymalısınız. Tərgitməyiniz, sizi perspektivdə həkim xidmətlərindən də xilas edə bilər.

Demokrat.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1445   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 195
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 201
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 250
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 102
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 244
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 194
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 193
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 162
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 156
.