Azərbaycanda daha üç ölkəyə quşçuluq məhsulları ilə bağlı QADAĞA

Azərbaycanda daha üç ölkəyə quşçuluq məhsulları ilə bağlı QADAĞAMonqolustan, Qabon və ABŞ-ın bəzi əyalətlərindən diri quş və quş əti məhsullarının idxalı və ölkə ərazisindən tranzitinə məhdudiyyət qoyulub.

BiG.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Monqolustanın Ömnöqovi vilayətində dabaq, Qabon Respublikasının Estuar əyalətində, Amerika Birləşmiş Ştatlarının Oklahoma və Vaşinqton ştatlarında isə yüksək patogen quş qripi (YPQQ) xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Ömnöqovi vilayətində diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən Qabon Respublikasının Estuar əyalətindən, Amerika Birləşmiş Ştatlarının Oklahoma və Vaşinqton ştatlarından OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan, Qabon Respublikasından və Amerika Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 02 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pakistanın informasiya naziri: "352 əfqan hərbçi öldürülüb"

Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib ki, Pakistan silahlı qüvvələri ilə toqquşmalar zamanı azı 352 əfqan hərbçi öldürülüb, 535-dən çoxu isə yaralanıb. xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Pakistan ordusu qonş

01.03.2026 95
.

Budanov Ukrayna ilə bağlı danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib

Ukrayna cəbhədəki döyüş əməliyyatları ilə paralel davam edən Rusiya ilə sülh danışıqlarının müsbət nəticəsinə inanır. "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Kirill Budanov bəyan edib. Onun sözlərinə görə, bir çoxlarının dialoqa skepti

01.03.2026 137
.

Martın 3-də ilin ilk Ay tutulması olacaq

Martın 3-də ilin ilk Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq. Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadis

01.03.2026 149
.

"Belə davam etdikcə dünya daha da pisləşəcək"

Aktyor Haluk Bilginer Türkiyə-Almaniya Film Festivalının açılışında çıxış edib. Axşam.az xəbər verir ki, aktyor son dövrlər dünyada baş verənlərə münasibət bildirib:. "Dünyanı utanmaz insanlar idarə edir. Utanmağı bilməyənlər idarə etdiyi müddətcə dünya daha da pisləşəcək. Bizə utanan insanlar lazımdır

01.03.2026 167
.

"Adda Dental" klinikasından şikayət: Həkim səhlənkarlığı baş verib?

Müalicə üçün həkimə aparıldı, ağzını bağlaya bilmir . Gülnar Abdullayeva bildirir ki, 12 iyul 2025-ci il tarixində "Adda Dental" klinikasında övladına üst çənə darlığı diaqnozu ilə ortodontik plastinka yerləşdirilib. Lakin bir müddət sonra uşağın sağlamlığında ciddi problemlər yaranıb. Validey

01.03.2026 169
.

Zelenski: Ukrayna XİN Belarus üzrə xüsusi nümayəndə hazırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik korpusda kadr dəyişikliklərini, Avropa üzrə Belarus və Belarus diasporası üzrə xüsusi nümayəndə təyinatını elan edib. "Report" xəbər verir ki, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsindəki hesabında videomüraciət zamanı danışıb

01.03.2026 127
.

Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur?

"Avto Kredit" adlı təşkilat müxtəlif avtomobilləri girov saxlamaqla yüksək faizlə vətəndaşlara qanunsuz kredit verir . Azərbaycanda son illər avtomobil krediti, yaxud lizinq, girovu ilə pul verilməsi artıb. Sosial şəbəkələrdə reklam olunan müxtəlif təşkilatlar avtomobili girov saxlamaqla vətəndaşlarl

01.03.2026 155
.

Quba 1 saylı Körpələr Evi Uşaq Baxçasına ayrılan ərzaq hara daşınır?

Vətəninfo.az-ın redasksiyasına, Quba 1 saylı Körpələr evi Uşaq baxçıasının 65 yaşaı tamama olmasına baxmayaraq hələ də müdirə kimi çalışan Mehbarə Fərəməzova ilə bağlı bir sıra iddia dolu məlumat daxil olub. Məlumatda iddia edilir ki, müdirə Mehbarə Fərəməzova baxçaya ayrılın ərzaqları baxçadan çıxardara

01.03.2026 201
.

Fransada 15 milyon nəfərin şəxsi məlumatları sızdırılıb

Fransada tibbi proqram təminatı hazırlayan "Cegedim" şirkətinə qarşı kiberhücum nəticəsində 15 milyon vətəndaşın şəxsi məlumatları sızdırılıb. -ın "France 2" telekanalına istinadən verdiyi xəbərə görə, kibercinayətkarların əlinə adi pasiyentlərlə yanaşı, tanınmış siyasətçilərin,

01.03.2026 133
.

TOP MP3