"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər

"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb.

"RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərinə əsasən, sistemlərin fəaliyyət göstərmədiyi 12 saat ərzində maliyyə itkiləri yüksək həddə çatıb. Mütəxəssisin ehtimallarına görə, ümumi zərər milyardlarla dollarla ölçüləcək. Burada həm birbaşa, həm də dolayısı ilə yaranan zərərlər nəzərdə tutulur.

Ekspert qeyd edib ki, bəzi müştərilər biznesin davamlılığının təmini və qəzadan sonra bərpa planlarını işə salsalar da, əksər şirkətlərin ehtiyat variantı olmayıb və onlar ciddi çətinliklərlə üzləşiblər. O, belə bir hadisənin baş verməsindən dərin şok yaşadığını etiraf edib.

Bir müddət əvvəl verilən məlumatlara görə, "Microsoft"un işindəki problemlər səbəbindən Avstraliya Federal Polisi (AFP), Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) də zərər çəkib. Sistemdəki nasazlıqlar dövlət qurumlarına, məktəblərə və ali təhsil müəssisələrinə də təsir göstərib.

ABŞ korporasiyasından bildirilib ki, serverlərin fəaliyyətinin bərpası prosesi davam etdirilir və artıq bəzi bölgələrdə bunu qismən həyata keçirmək mümkün olub. "Downdetector" platformasının məlumatına əsasən, cümə axşamı axşam saatlarında istifadəçilərdən "Microsoft"un bir neçə xidmətinin fəaliyyətində yaranan kəsintilərlə bağlı kütləvi şikayətlər daxil olub. Müraciətlərin böyük qismi ABŞ-də qeydə alınıb. Belə ki, 131 min nəfər "Outlook", 46 min nəfər "Microsoft 365", 5.8 min nəfər "Copilot", 4.5 min nəfər isə "Microsoft Teams" xidmətlərindəki problemlər barədə məlumat verib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 56   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 274
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12.11.2026 469
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 350
.

2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı

Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə

14.11.2026 251
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14.11.2026 373
.

Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR

Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya

12.11.2026 596
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14.11.2026 202
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 414
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 577
.