Nazilə Səfərli: "Alqayıt dedi ki, nəsildə bir kişi yoxdurmu, arvad çıxartmısız?"

Nazilə Səfərli: "Alqayıt dedi ki, nəsildə bir kişi yoxdurmu, arvad çıxartmısız?"Bu günlərdə Nazilə Səfərli sosial şəbəkə hesabından mədəniyyət nazirinə müraciət edərək "Bütün səfərlərə, qastrollara ancaq seçilmiş adamları göndərirsiniz, mən və mənim kimi yüzlərlə insan kənarda qalır. Qarabağa getmək özəl bir qabiliyyət tələb edir? Biz pisiksə, niyə əksəriyyətinizin balalarının toylarına dəvət edirsiniz, yaxşıyıqsa nə üçün o tədbirlərdən kənarda qalırıq" şəklində irad bildirmişdi. Lent.az olaraq istədik görək, şairə xanıma nazirlikdən cavab gəldimi, elə danışmışkən onun danışmaq sənətindən də, yəni tamadalıqdan da söz saldıq.

- Nazilə xanım, Mədəniyyət Nazirliyindən müraciətinizə cavab gəldi?

- Heç br cavab gəlmədi, elə bil heç belə bir müraciət olmayıb.

- Sizə şair yox, tamada deyəndə bu sizi əsəbiləşdirir?

- Zəlimxan Yaqub Xalq şairi idi, amma toy aparırdı, tamada ağıllı, nüfuzlu adama deyiblər ki, böyük bir məclisi idarə eləyə bilsin.

- Yalnız qadın məclislərini idarə edirsiniz, yoxsa ...?

- Kişi də bizim atamız, qardaşımız. O nə deməkdir?

- Tamada kimi işə başlamaq çətin deyildi?

- Kişi tamadalar qadın tamadaları qəbul edə bilmirdilər. Mən yeni-yeni toy aparmağa gedəndə toylarda ən çox tamadalıq edən Alqayıt, Ağalar Bayramov idi. Meydan onların meydanıydı. Onlardan bir az sonra Pünhan İsmayıllını tanıdım. Yəni o bəlkə də meydanda vardı, mən tanımamışdım.

- Bir zamanlar, Alqayıt üzdə olan müğənnilər qədər məşhur idi, kasetləri, səsyazmaları yayılırdı, üzünü tanımasaq da, səsini tanıyırdıq, sevirdik.

- Birdən-birə bilirsiniz nə baş verdi? Bir Nazilə çıxdı və Alqayıtdan 3 dəfə baha qiymətə toya getməyə başladı. Alqayıt məni toy bazarından çıxarmağa çalışırdı, efirdən "nəsildə bir kişi yoxdurmu onun qabağına arvad çıxartmısız, bunun sərxoşu, içkilisi var" demişdi.

- İlk qadın tamada siz idiniz?

- Bəli.

- Bəs necə oldu ki, tanınmayan biri olaraq, şöhrəti Azərbaycandan kənarlarda yayılmış Alqayıtdan daha baha qiymətə toya getdiniz?

- Birdən-birə deyəndə, əvvəlcə yaxınların, qohumların məclislərində danışırdım. Sonralar danışıq qabiliyyətimi görüb, məclislərini mənə həvalə edirdilər. Sonra bir gün məcburi köçkün gəncin toyunu aparmalı oldum. Kəlbəcərli idi. Kasıb, imkansız ailələrdə toy olanda elə məni çağırırdılar.

- Elit toylara qapılar necə açıldı?

- 2003-cü il idi. Hörmətli, nüfuzlu bir qardaşımızın qapısında fəhlə işləyən bir oğlan var idi. Ev sahibi olan həmin qardaşımız baxır ki, fəhlənin nə üçünsə kefi yoxdur, işləsə də halı özündə deyil. Soruşur ki, nə olub? Fəhlə cavab verir ki, sevdiyim qızı ərə verirlər. Ev sahibi də, "sən qızı qaçırt, toyu mən edirəm" deyir. Fəhlə oğlan qızı qaçırdır və ev yiyəsi də təcili məclis düzənləyir. Mənə dedilər sabah toydu, səni də toyu idarə eləməyə çağırırlar. Aldım əlimə mikrofonu. Yalandan deməyim ki, çox rahat idim, həyəcan da var idi. Özümü psixoloji hazırladım ki, çaşmaq, kəkələmək, güvəni itirmək olmaz. Beləcə toyu layiqli şəkildə yola verdik.

- Bununla belə Nazilə Səfərli adı çox sonralar məşhurlaşdı. Şou aləminə gəlişinizdən sonra. Bu necə oldu?

- Günlərin bir günü müğənni Əlikram Bayramovu aldatdım. 8 Mart günü restoranlardan birində şou proqram təqdim edirdi. Düşündüm ki, evdə otura-otura nə təcrübə toplayacam, nə də irəliləyiş olacaq. Gəldim Əlikrama dedim ki, ver bu proqramı mən aparım. Soruşdu "sənin aparıcılığın, təcrübən varmı?". Başladım ki, bağ belə bostan belə, məndən yaxşı məclis aparan var? O da mənə inandı, estafeti verdi. Həmin gün mən publikanı ələ ala bildim .

- Bildiyimə görə ali təhsiliniz hüquq üzrədir. Şou dünyası hara, hüquqşünaslıq hara? Nə üçün bu peşəni seçdiniz?

- Mən öncə tamadayam. Təhsili sonra almışam. Hüquq diplomunu əlimə alanda toy karyeram artıq özünü göstərmişdi. Ona görə özümü hüquq sahəsində heç sınamadım.

- Amma incəsənət sahəsində oxuya bilərdiniz, hüququ seçdiniz. Niyə?

- Özümü ali təhsilli incəsənət xadimlərindən aşağı görmürəm. Bu gün Azərbaycanda çox insanın diplomu işlədiyi sahəyə aid deyil, onlara o sualı verən yoxdur. Qoyuna gedən quzuya getmir?

- İndi toylarımzda ən bahalı tamadalar kimlərdir?

- Onlar tamada sözünü özünə yaraşdırmırlar, toy aparıcısı deyirlər. Amma toy idarə edirsənsə, tamadasan. Məsələn, teleaparıcı Nəsib Nur, Saleh Bağırov yaxşı toy aparanlar sırasındadır.

- Amma yaxşı ayrı anlayışdır, bahalı ayrı...

- Elə adını çəkdiklərim həm də ən baha toy aparan tamadalardırlar.

- Qadın rəqibləriniz kimdir?

- Rəqib deyil bəyəndiyim xanım tamadalar var. Afaq Gəncəli, Nərgiz Cəlilova, Kamilə Babayeva çox güclü toy aparıcılarıdırlar.

- Toya öncədən hazırlaşırsınız? Ya sinədəftər olmaq yetir?

- Öncə ailəni tanıyıram, onların istəklərini öyrənirəm. Qazaxdakı toyla Qusardakı toyun nitqi eyni ola bilməz. Elə toy var orda şeir deyilmir, toy, ümumiyyətlə, poeziya gecəsi deyil. Elə yer var oranın publikasının öz tələbatı var. Nəzərə almaq lazım gəlir. Toyu təkcə idarə etmirəm. Təşkil də edirəm. Dekor, dizayn bədii heyət, müğənnilərin sıralanması. Elə eləməlisən heç kim narazı qalmasın. Toy elə başlı başına getmir. Mənim oğlumun toyundan hamı danışdı. Bunu ən xırda təfərrüatına qədər özüm etmişdim

- Yəni şirkətiniz var? Məsələn rəqqasə Fatimənin xınayaxdı təşkil edən balaca bir şirkəti var.

- O barədə məlumatım yoxdur. Toy təşkilatçılığı üçün obyektdə oturub müştəri gözləmək lazım deyil. Obyekt mənim telefonumdur. Bir kabinetdə oturub müştəri gözləmək boş adamın işidir. Mən boş adam deyiləm.

- Ayda nə qədər toy dəvəti alırsınız?

- Pandemiyaya görə vəziyyət məlum idi. Qabaqkı kimi toylar yoxdur. Çox şeyləri azaltdılar toyla bağlı. Bir yandan da yaxşı oldu. Belə də olmalıydı.

- Şəxsi fikrimdir. Məncə xınayaxdı məclislərini bu məclisləri təşkil edənlər yenidən dəbə saldılar. Bir ara nişan, xınayaxdı kimi məclislər sırf xərc-borc az olsun deyə ixtisar olunmuşdu. Hər şey elçilik və toyla bitirdi.

- Xınayaxdını dəbə elə mən saldım.

- Qazanc yoxsa ənənələri yada salmaq məqsədilə?

- Keçmişdə qız toyu olmazdı. Qızın ancaq xınası olardı, gəlin köçərdi toyu oğlan edərdi. Ənənələri qaytardıq.

- Tamadalar toy sahibindən nə qədər zəhmət haqqı tələb edir?

- Tamada var 50 manata gedir, tamada var 5000 manata. Markalanmış adlar var ki, onlar 7000 manatdan aşağı razılaşmırlar.

- Siz özünüzü bu sahədə brend sayırsınız?

- Bəli.

- Nazilə xanım, təki toy olsun.

- Bəli, arzu edən hər kəsə Allah bu gözəl günü nəsib eləsin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1825   Tarix: 02 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

21:30 0
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 0
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

19:30 0
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

18:30 0
.