Bakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTO

Bakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTO2021-ci il aprelin 1-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 12 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur.

Lent.az-ın xəbərinə görə, daxil olan məlumat əsasında həmin evə gedən əməliyyatçılar orada yaşayan, 1979-cu il təvəllüdlü Qərənfil Baxşəliyevanın yoxa çıxdığının şahidi olublar.

Həmçinin, mənzilin divarında, sanitar qovşağının sağ tərəfində və evin giriş qapısında, üzərində qanabənzər ləkələr müşahidə ediblər. Aprelin 2-də Qərənfil Baxşəliyevanın cəsədi qırmızı rəngli xalçaya bükülmüş vəziyyətdə Qaradağ rayonu ərazisində yerləşən göldə aşkar edilir.

Dərhal Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Qərənfil Baxşəliyevanın meyitində 16 ədəd xəsarət izi aşkar edilir. Qadının ölümünə isə beyin toxumasına qansızma səbəb olub.

Baş vermiş qətllə bağlı Qərənfil Baxşəliyevanın ögey qızı, 1999-cu il təvəllüdlü Günay Məmmədova və kürəkəni, 1993-cü il təvəllüdlü Həmzə Verdiyev şübhəli şəxs qismində saxlanılıblar.

Lent.az sözügedən cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Həmzə Verdiyev rəsmi nikahda olan arvadı Günay Məmmədovanın atası Firdovsi Məmmədova məxsus nömrəsiz fərdi evdə yaşayıb. Qayınanası Fövqiyyə Məmmədovanın vəfatından bir müddət sonra qayınatası Qərənfil Baxşəliyeva ilə evlənib. Qadının həmin evə vərəsə kimi iddialı ola biləcəyini fikirləşərək, gələcəkdə ev bölgüsündən məhrum etmək üçün Günay Məmmədova ilə birlikdə onu öldürməyi qərarlaşdırıblar. Bu məqsədlə, 2021-ci il martın 25-i saat 19 radələrində Firdovsi Məmmədov Qaradağ rayonunun Səngəçal qəsəbəsində iş növbəsində olmasından istifadə edərək, evin dəhlizində, arxadan Qərənfil Baxşəliyevaya yaxınlaşıb, əlindəki baltanın küp və iti hissələri ilə əvvəlcə özü, sonra həyat yoldaşı, qadının onu öldürməmələri barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə baş nahiyəsinə çoxsaylı zərbələr endiriblər.

Sonra meyiti xalçaya büküb, guya qadının küsüb evdən getməsi görüntüsünü yaratmaqla, cinayəti gizlətməkdən ötrü mərhumun paltarlarını, pul kisəsini və şəxsiyyət vəsiqəsini çemodana yığıblar. Daha sonra meyiti, baltanı və çemodanı "Renault" markalı, 99-SR-187 dövlət nömrə nişanlı avtomobillin yük yerinə yerləşdiriblər. Gizlində onları aparıb Lökbatan-Puta magistral yolunun kənarında yerləşən gölə atıblar.

İş üzrə dindirilmiş Həmzə Verdiyev bildirib ki, 2001-ci ilə qədər Astara şəhərində, həmin ildən etibarən isə Bakı şəhərinin Xəzər rayonunda yaşayıb. Binə qəsəbəsində yerləşən 136 saylı tam orta məktəbi 2010-cu ildə bitirib. 2018-ci ilə qədər fərdi qaydada rəngsaz kimi çalışıb, sonra müxtəlif taksi şirkətlərində sürücü işləyib. Günay Məmmədovanı da taksi fəaliyyəti ilə məşğul olan zaman tanıyıb. Belə ki, Günayı atası və xalası ilə birlikdə "Bakı Sağlamlıq Mərkəzi"ndən Biləcəri qəsəbəsinin M.Aslanov küçəsində yerləşən evlərinə aparıb:

"Məndə onun nömrəsi qalmışdı. Sonra onunla əlaqə saxladım və münasibətlərimiz yarandı. 2019-cu il fevralında nişanlandıq və martın 14-də toyumuz oldu. Həyat yoldaşımın anası Fövqiyyə Musayeva onkoloji xəstəlikdən vəfat edəndən sonra, atası Firdovsi Qərənfil Baxşəliyeva ilə qeyri-rəsmi ailə həyatı qurdu. Bu Günaya çox pis təsir etdi. Bu səbəbdən onunla atası arasında tez-tez mübahisələr olurdu. Noyabrın 19-da bizim qızımız dünyaya gəldi. 2021-ci ilin yanvar ayında biz qayınatamın evinə köçdük".

Təqsirləndirilən şəxs bildirib ki, Günayla Qərənfilin arasında mütəmadi söz-söhbət yaranıb: "Ögey anası Günaya onlarla birlikdə yaşaya bilmədiyini, uşağın səsindən əsəbiləşdiyini deyirdi. Hətta qadın evi satacaqları ilə bağlı danışırdı. Günay isə ona evin anasına məxsus olduğunu deyərək satılmasına qarşı çıxırdı".

Həmzə Verdiyev qeyd edib ki, 2021-ci il martında Günay ona artıq Qərənfillə bir evdə yaşaya bilmədiyini və onu öldürmək qərarına gəldiyini deyib:

"Arvadıma bunu tək bacarmazsan dedim və onu sakitləşdirməyə çalışdım. Lakin fikrinin ciddi olduğunu gördüm və qadını birlikdə öldürməyi təklif etdim. 4-5 gün Qərənfili necə öldürəcəyimizi düşündük. Uzun müzakirədən sonra qərara gəldik ki, qətli Firdovsi gecə növbəsində olan gün törədək və meyiti Qaradağ rayonu ərazisində yerləşən gölə ataq. Martın 25-i saat 18 radələrində övladımı aparıb Günayın xalasıgilə qoydum və evə qayıtdım. Qərənfil evdə idi. O, hamam otağının qapısını açmaq istəyəndə arxadan balta ilə başına iki zərbə endirdim. Günay qonaq otağının qarşısında dayanıb bizə baxırdı. Ona dedim ki, televizorun səsinin artırsın. Qadın üzü üstə yerə yıxılan kimi ardıcıl 3-4 dəfə də zərbələr vurdum. Günay qorxudan qışqırırdı. Ona sakitləşməsini, artıq bu işə başlamışıqsa sona çatdırmalı olduğumuzu bildirdim. Günay sakitləşdi və gördü ki Qərənfil hələ ölməyib. Bıçağı götürdü və onun başına daha 3 zərbə endirdi. Bizim əsas məqsədimiz qadını tez öldürmək və hadisə yerini təmizləmək idi. Günayın vurduğu zərbələrdən sonra artıq Qərənfil öldü. O, tam hərəkətsiz vəziyyətdə uzanmışdı. Biz onu yerdə olan qırmızı rəngli xalçaya bükdük. Qadının guya evdən çıxıb getməsi səhnəsini yaratmaq məqsədi ilə ona məxsus paltarları və pul kisəsini qırmızı rəngli çemodana yığdıq. Kimyəvi vasitələrlə döşəmədə, tavanda və divarlarda olan qan ləkələrini sildik. Bu müddət ərzində Firdovsi dayanmadan Qərənfilin mobil telefonuna zəng edirdi. Günay telefonu açdı və Qərənfilin geyinərək evdən getdiyini dedi. Daha sonra meyiti maşının yük yerinə qoyduq. Avtomobilə əyləşib, plan üzrə Sulutəpə, ardınca Xocasən dairəsi istiqamətində hərəkət etdik. Lökbatan-Puta yolunda, avtomobil hərəkətdə olarkən Günay pəncərədən baltanı tulladı. Bundan 400 metr sonra maşını saxlayıb çemodanı suya atdıq. Daha sonra xalçaya bükülmüş meyitə mişar daşı bağlayıb gölə tulladıq. İşi bitirib evə qayıdanda Firdovsi zəng etdi və bizi 4-cü polis şöbəsinə çağırdı. Şöbəyə getdik və hadisə ilə bağlı izahatlarımızı verdik".

Təqsirləndirilən Günay Məmmədova qeyd edib ki, martın 25-də mübahisə edərkən Qərənfil Baxşəliyeva onun anasını və qızını söyüb. Qərənfil fiziki cəhətdən zəif qadın olub. Onu tək öldürüb, əri Həmzə yalnız evdəki izləri və meyiti gizlətməyə köməklik edib. Baxşəliyevanı öz istəyi ilə öldürüb, əməlinin uzunmüddətli cəza ilə nəticələnə biləcəyini dərk edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Oruc Baxşəliyev ifadəsində göstərib ki, bacısı Qərənfil Baxşəliyeva 2015-ci ildə Türkiyədə həmkəndliləri Samit Məmmədovla ailə həyatı qurub. Həmin vaxtlar onun valideynləri digər bacı-qardaşları ilə birlikdə İstanbul şəhərində yaşayıblar. Uşaqları olmadığına görə 2017-ci ildə bacısı boşanıb. 2019-cu ildə Qərənfil Firdovsi Məmmədovla qeyri-rəsmi ailə həyatı qurub və Bakı şəhərinə köçüb. Qərənfilin sözlərinə görə, yoldaşının birinci nikahdan olan qızı Günay əri Həmzə ilə yaşadıqları evə köçdükdən sonra aralarında mülklə bağlı mübahisələri yaranıb.

Firdovsi ona evi sataraq ayrı-ayrı evlər almaq istədiyini, bununla da həmin mübahisəyə son qoyacağını deyib.

2021-ci il martın 26-da Firdosi ona zəng edərək Qərənfilin evdən çıxıb, getdiyini söyləyib. Narahat olaraq, Naxçıvandan Bakıya gəlib və 4-cü Polis Şöbəsinə gedib, bacısının itkin düşməsi ilə əlaqədar izahat verib. Aprelin 2-də Qərənfilin Günayla Həmzə tərəfindən qətlə yetirildiyini bilib, meyitini təhvil almaq üçün Binəqədi rayon Patoloji Anatomiya şöbəsinə gəlib.

Şahid Firdovsi Məmmədov ifadəsində göstərib ki, martın 25-i saat 19 radələrində arvadı Qərənfil telefon zənglərinə cavab vermədiyi üçün, qızına zəng edib. Günay Qərənfilin paltosunu geyinərək, harasa çıxıb getdiyini deyib. Bacısı İmarətlə telefonla əlaqə saxladıqda, sonuncu ona Qərənfilin telefonundan Nərgizin telefonuna "namaz qılım, gələcəm" məzmunlu mesaj gəldiyini söyləyib. Bunu eşidəndə o, şübhələnib. Belə ki, arvadı heç kimə mesaj yazmayıb, o, "WhatsApp"la yalnız zəng etməyi bacarıb. Ona görə də dərhal Qərənfili axtarmaqlarını tapşırıb. Evlərinə gedən bacısına və digər yaxınlarına Günay və Həmzə onun çıxıb, getdiyini bildiriblər. Onun xahişi ilə qohumları polisə zəng edib, Qərənfil Baxşəliyevanın yoxa çıxması ilə bağlı məlumat veriblər. Özü işdən icazə alıb saat 23 radələrində evə gəlib:

"Günayla Həmzə evdə yox idi. Mənzilə daxil olanda divarın və tavanın üzərində qanabənzər ləkələr gördüm. Tez yataq otağına baxdım. Qərənfilin bəzi paltarları, içərisində şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantası və qırmızı rəngli çemodan yox idi. Qızıma zəng edib tez evə gəlməsini tələb etdim. Lakin o gəlmədi. Bundan sonra mən şübhələndim".

Şahid Cəmilə Verdiyeva bildirib ki, martın 26-da oğlu Həmzə həyat yoldaşı ilə gəlini Günay ad günü ilə əlaqədar onlara gəliblər. Çay içərkən gəlini ögey anası Qərənfilin namaz vaxtı onları təhqir etdiyini və paltarlarını geyinərək çıxıb, getdiyini deyib. Bundan sonra Həmzə 4-cü polis şöbəsinə və prokurorluğa dəvət olunduqda o, narahat olub. Amma oğlu qadının yoxa çıxmasından xəbərsiz olduğunu bildirib. Bir həftədən sonra o eşidib ki, Həmzə ilə Günay həbs olunublar.

Məhkəmə iclasında Həmzə Verdiyev ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, cinayətin törədilməsində iştirak etməyib, Qərənfil Baxşəliyevanı onun həyat yoldaşı qətlə yetirib.

Günay Məmmədova özünü qismən təqsirli bilib. Məhkəmədən xahiş edib ki, onun övladı Sevgi Verdiyeva xalası Ülviyyə Novruzovanın himayəsində qalsın.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza verilməsini istəyib.

Məhkəmə Həmzə Verdiyevin və Günay Məmmədovanın əməllərini CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə) maddələri ilə tövsif olunmasını əsaslı sayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə Həmzə Verdiyev 19, Günay Məmmədova isə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Bakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTOBakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTOBakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTOBakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTOBakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTOBakıda qadın əri ilə birgə ögey anasını öldürüb gölə atdı: ŞOK cinayətin TƏFƏRRÜATI - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1797   Tarix: 03 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar

28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub. "Report" xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır. Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikista

01.03.2026 260
.

Çili Çinin tibbi gəmisinə əhaliyə yardım etməyə icazə verməyib

Çili, Çin xəstəxana gəmisinin göyərtədə tibbi xidmət göstərməsinə icazə verməyib və gəminin yerli sakinləri müalicə etmək səlahiyyətinin olmadığını bildirib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, qərar ABŞ-ın sualtı rabitə kabeli layihəs

01.03.2026 137
.

FHN rəsmisi: "Daxil olan müraciətlərin 80 faizi əsassız və yalandır" - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə hər gün orta hesabla 6-8 min müraciət daxil olur. Təəssüf ki, daxil olan zənglərin 75-80 faizi əsassız, yalan və ya yanlış məlumatlara əsaslanan müraciətlərdir. BİG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, bu rəqəmlər FHN-in "112"

01.03.2026 138
.

Aİ "Drujba" boru kəmərinə ekspert missiyasının göndərilməsi üçün Ukrayna ilə danışıqlar aparır

Avropa Komissiyası (AK) Macarıstanın Baş naziri Viktor Orbanın zədələnmiş "Drujba" boru kəmərinin vəziyyətini yoxlamaq üçün missiya təşkil etmək təşəbbüsünü alqışlayır. "Report" Avropa bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseld

01.03.2026 118
.

"Pirelli" Bəhreyndə planlaşdırılan təkər testini ləğv edib

"Formula-1"in 2011-ci ildən bəri yeganə təkər təchizatçısı olan "Pirelli" Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Bəhreyn Beynəlxalq Avtodromunda planlaşdırılan ikigünlük yağış təkəri testini ləğv etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə saytı məlumat yayıb. Testin təhlükəsizli

01.03.2026 118
.

Zelenski: Ukrayna XİN Belarus üzrə xüsusi nümayəndə hazırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik korpusda kadr dəyişikliklərini, Avropa üzrə Belarus və Belarus diasporası üzrə xüsusi nümayəndə təyinatını elan edib. "Report" xəbər verir ki, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsindəki hesabında videomüraciət zamanı danışıb

01.03.2026 127
.

Xameneinin yerinə O TƏYİN OLUNDU - FOTO

Ayətullah Əlirza Ərafi yeni ali rəhbər seçilənə qədər ölkəni müvəqqəti idarə edən İranın Rəhbərlik Şurasına daxil olub. TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Siyasi Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi Şurasının rəsmi nümayəndəsi Möhsin Dehnavi bildirib. Qeyd olunub ki, yeni ali lider seçilən

01.03.2026 659
.

Onları işdən çıxarmaq qanunla qadağandır

Bəzi kateqoriyadan olan işçilərin işdən çıxarılması qadağandır. -ın məlumatına görə, bu, Əmək Məcəlləsinin 79-cu maddəsində əksini tapıb. Belə ki, hamilə və 3 yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğvinə yol verilmir. 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər də bu kateqoriyaya daxildir

01.03.2026 197
.

Əraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək

ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib. "Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə

01.03.2026 159
.

TOP MP3