Bu gün 16 yaşlı qız zorla ƏRƏ VERİLİR: Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə bilmirlər
Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qız zorla ərə verilir.
Bizim.Media-ya bu barədə kənd sakinləri məlumat veriblər.
Belə ki, Zeynəb Umar qızı Məmmədova aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovla bu gün qeyri-rəsmi nikaha daxil olacaq. Məlumata görə, Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır.
Kənd sakinlərinin sözlərinə görə, qız iki ay əvvəl Sərxan Rüstəmov tərəfindən qaçırılıb. Bu gün isə toy baş tutacaq.
Kiçik Dəhnə kənd bələdiyyə sədri Əlvida Calalov Bizim.Media-ya məsələdən xəbərsiz olduğunu bildirib. Bələdiyyə sədri aqressiv tərzdə kənddə qaz, işıq, su, zibil və digər məsələlərlə məşğul olduğunu deyib:
"Mən nə deyə bilərəm? Nəyimə lazımdır ki... Bilmirəm, kim-kimi alır, kimi-kimə verirlər. Qeydiyyat icra nümayəndəsində gedir", - deyə bələdiyyə sədri cavab verib.
Kənd ərazi nümayəndəsi Seyran Manafovun sözlərinə görə, ailə bu gün cütlüyə nişan mərasimi keçirir:
"Toyun sahibi şəhid atasıdır. Deyir, qocalmışam, nəvəmə nişan edirəm və istəyirəm, xeyir işlərini görüm. Qanunsuz olduğunu bilirik. Polis də xəbərdardır. Nə edə bilərik?"
Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov isə toyun baş tutmaması üçün səlahiyyətləri çərçivəsində addım atdıqlarını qeyd edib.
"Rəhbərlik Sərxan Rüstəmovun babası Tapdıq Rüstəmovu fərdi qaydada qəbul edərək azyaşlının nikaha girməsinin qanunsuz olduğunu izah edib. Ona qanunvericiliyin tələbi izah olunub. Amma Tapdıq müəllim özünü aqressiv aparır və oğlunun şəhid olduğunu əsas gətirərək nəvəsinə toy edəcəyini israr edir.
Şəhid atası olduğu üçün yumşaq tərzdə izahat işləri apardıq və toyun yolverilməz olduğunu anlatmağa çalışdıq. Rəhbərlik bu barədə ərazi üzrə polis rəisini də məlumatlandırıb və müvafiq tapşırıq verib. Ola bilsin ki, bu gün toyu etməyə cəhd etsinlər. Amma aidiyyəti qurumlar bundan xəbərdardır. Hər halda polis vaxtında məsələyə müdaxilə edəcək və qanunvericiliyin tələbini hər iki ailəyə izah edəcək.
Maraqlıdır, Tapdıq müəllim bu qədər müdaxiləyə və izahata niyə məhəl qoymur? Yaxşı olar ki, normal şəkildə anlayıb, toydan vaz keçsinlər. Nə tələskənlikdir ki? Belə nüanslara görə biz də çətin durumda qalırıq", - deyə o bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirib:
"Daxil olmuş məlumatla əlaqədar hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub və araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, ötən il Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdı. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H. ilə 1991-ci il təvəllüdlü M.S.-in evləndirilməsi faktı öz təsdiqini tapmışdı. Yeniyetmənin valideynləri polisə dəvət olunaraq izahatları alınmışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1560 Tarix: 04 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
19:00 0 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
18:50 0 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
18:10 0 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130