"Nərmin işi"ində üzləşmə oldu: YALAN DEYİRSƏN...

"Nərmin işi"ində üzləşmə oldu: YALAN DEYİRSƏN...Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ-ın APA-ya istinadən xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən ifadə verib.

O, əvvəlki prosesdə ifadə verən kənd sakini Ülfət Əliyevin ifadəsi əsasında məhkəməyə çağırılıb. Ülfət Əliyev məhkəmədə Nərminin meyiti tapılmamışdan iki-üç gün əvvəl Arif Quliyevin onlara gələrək gecə Nərminə aid paltar ya ayaqqabının onların qapısına atıla biləcəyini dediyini bildirib.

Bu ifadəyə görə Arif Quliyev məhkəmədə Ülfət Əliyevlə üzləşdirilib. O, prosesdə Ülfət Əliyevə elə bir söz demədiyini, onu niyə belə ifadə verməsinə təəccübləndiyini bildirib:

"Mən onlara yanvarda yox, noyabrda getmişəm. Onda uşağı hər yerdə axtarırdıq, onlara da uşağı axtarmağa getmişdim".

Ülfət Əliyev isə onun yalan danışdığını deyib: "Niyə yalan deyirsən? Ayıbdır. Ad gününə görə yanvarın 1 və 2-də mənim qonaqlarım vardı. Ona görə dəqiq yadımdadır ki, ayın ya 3-ü, ya da 4-ü idi. Yoldaşım gəldi ki, Arif səni çağırır, çıxdım, onda dedin..."

Arif Quliyev Ülfət Əliyevlə aralarında heç bir problem olmadığını, onu yalan danışmayan biri kimi tanıdığını deyib.

Daha sonra məhkəmədə ittiham olunan şəxslə təcridxanada eyni kamerada saxlanılmış Rəvan İsmayılov ifadə verib. Rəvan İsmayılov əvvəlki ifadəsində İlkin Süleymanovun yuxuda uşaq öldürdüyünü sayıqladığını deyib. Digər kamera yoldaşları isə ifadələrində İlkin Süleymanovun kamerada təqsirsiz olduğunu dediyini açıqlayıblar. Həbsdə olduğu üçün əvvəlki prosesdə onlayn qaydada ifadə verən Rəvan İsmayılov məhkəməyə gətirilib.

İlkin Süleymanovun vəkilləri şahidin təkrar ifadə verməsi barədə vəkillərin, prokurorun vəsatət vermədiyini, ona görə də onun məhkəməyə gətirilməsinin əsassız olduğunu bildiriblər.

Hakim isə prokurorun ötən məhkəmədə Rəvan İsmayılovun təkrar dindirilməsini istədiyini qeyd edib.

Rəvan İsmayılov ifadəsində bildirib ki, İlkin Süleymanovun təqsirsiz olması barədə digər kamera yoldaşlarına heç nə deməyib. O, İlkin Süleymanovun kamerada uşağı öldürdüyünü etiraf etdiyini bildirib.

Vaxtilə İlkin Süleymanovla eyni kamerada saxlanılan iki nəfər isə prosesdə Rəvan İsmayılovun yalan danışdığını deyib.

Hakim Dadaş İmanov onların zaldan çıxarılmasına göstəriş verib.

Proses iyunun 14-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1679   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15:30 0
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.

ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

18:00 0
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.