Ərdoğan Yunanıstana yunan dilində sərt xəbərdarlıq etdi

Ərdoğan Yunanıstana yunan dilində sərt xəbərdarlıq etdiTürkiyə prezident Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" hesabında yunanca mesajlar paylaşaraq Yunanıstana xəbərdarlıq edib.

O, bildirib ki, Türkiyə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək.

"Türkiyə heç kimin haqqı və hüququnu pozmur, lakin heç kimin öz haqqı və hüququnu pozmasına da imkan verməyəcək.

Ölkəmizin materik ərazisindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Şərqi Aralıq dənizindəki Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin doğruluğunu beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq.

Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmaq, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə cəhd etmək sonu fəlakətlə nəticələnəcək səylərdən başqa bir şey deyil.

Yunanıstan Avropa Birliyinin üzvü olsa da, birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir.

Biz NATO daxilində hər cəhətdən ən yüksək tələbləri qarşılayan bir müttəfiq olaraq, son iki ildə hərbi nümayəndə heyətimizin görüş dəvətlərinə belə cavab verməyən Yunanıstanın təxribatlarını sakitliklə qarşıladıq.

Ancaq görürük ki, bizim səbrimiz, soyuqqanlılığımız qarşı tərəfdən yanlış anlaşılır.

Biz Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan, peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın.

Türkiyə Egeydəki hüquqlarından əl çəkməyəcək və lazım gəldikdə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək", - dövlət başçısı qeyd edib./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1355   Tarix: 09 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr

15:20 120
.

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib. Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonr

14:30 128
.

Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı

Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayınd

13:00 139
.

Rostov yaxınlığında "Ozon"un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb

Rostov vilayətində "Ozon"un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb. "Report" xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb. "Ozon"un məlumatına görə, ötən gecə logistika obyektlərindən bir

29.08.2026 197
.

Merts Leypsiq hava limanında dron hücumuna görə Rusiyanı günahlandırmaq niyyətindədir

Almaniya kansleri Fridrix Merts Leipsiq hava limanında pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq və Moskvaya qarşı genişmiqyaslı sanksiyalar elan etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Politico" və "Welt am Sonntag"

12:30 139
.

ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır

ABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-nin dövlə

18:30 0
.

Buna görə 70 manat dövlət rüsumu alınacaq

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Unikal" xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyya

00:11 246
.

Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib

00:27 274
.

Səhv karta göndərilən pul necə geri alınır?

Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur. Bank ekspert

00:24 302
.