Övlad acısı yaşamış azərbaycanlı məşhurlar

Övlad acısı yaşamış azərbaycanlı məşhurlarHəyatda heç kim heç nədən sığortalanmayıb. İnsan bəzən ona zərbənin nə zaman və haradan gələcəyini bilmir. Bu zərbələrdən ən böyüyü və ən ağrılı olanlarından biri də övlad itkisidir. Övlad acısını yaşayanlar arasında məşhur simalar da var. Budəfəki yazımızda isə məhz həmin sənətçiləri araşdırdıq.

BiG.AZ oxu.az-a istinadən sözügedən araşdırmanı təqdim edir:

Oğlu Rəhimin vaxtsız gedişi ilə beli bükülən, gözlərinə kədər çökən müğənni İbrahim Borçalı həyatın ona yaşatdığı ən ağır zərbə olan oğul itkisini ürəyinə dərd, çiyinlərinə yük edir. Müğənninin 20 yaşlı oğlu 2020-ci ildə yol qəzası nəticəsində dünyasını dəyişib. Bu dərddən qəddi əyilib, beli bükülsə belə, ona ehtiyac duyan ailəsinin yanında olmaq məcburiyyəti müğənnini həyata bağlayır. Oğlundan xatirə qalan şəkillər, əşyalar, videogörüntülər indi İbrahim Borçalının tək təsəllisidir.

Əməkdar artist Zöhrə Abdullayeva da övlad acısı yaşamış məşhurlardandır. Z.Abdullayevanın 47 yaşlı oğlu 2018-ci ildə beyin xərçəngindən vəfat edib. Oğlunu itirən sənətkar bu hadisədən sonra özünə qapanır və səhhətində ciddi problemlər yaranır. Uzun müddət səhnədən və efirlərdən uzaq düşən Abdullayeva xəstəliyi ağırlaşandan sonra 30 kq arıqlayaraq yeriməkdə də çətinlik çəkir. Əməkdar artist nadir xəstəlik sayılan sklerodermiyaya tutulur. Beləcə, övlad həsrətinə dözə bilməyən Zöhrə Abdullayeva 2021-ci ildə 68 yaşında dünyasını dəyişir.

Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev də gənc yaşında dünyasını dəyişib. Fərid 2012-ci ildə vərəm xəstəliyindən vəfat edib.

"Mən çox çətin, ağır həyat keçirmişəm. Ana-ata qayğısı görməmişəm. Mən oğlumu böyütdükdən sonra onu özümə ata, qardaş bilirdim. Bir kimsəsiz adamam, arxa görmək istəyərdim. Təəssüf, bu da qismət olmadı".

Bu sözləri mərhum Xalq artisti oğlunun ölümü ilə bağlı açıqlamasında demişdi. Daim üzündə gülüş olan, insanların ürəyinə yol tapmış, amma bütün bunlara baxmayaraq, acı tale yaşamış aktyor 2021-ci ildə COVID-19-dan vəfat edib.

Dillər əzbəri bəstələri ilə yanaşı, acı taleyi ilə də yadda qalan bəstəkar Nailə Mirməmmədlini həyat övlad itkisi ilə də sınayıb. Bəstəkarın oğlu 2002-ci ildə 16 yaşı olarkən dənizdə boğularaq dünyasını dəyişib. Oğlunun ölümündən sonra da kədər N.Mirməmmədlidən əl çəkməyib. 2007-ci ildə həyat yoldaşı, özü kimi bəstəkar Hikmət Mirməmmədli və anası vəfat ediblər. Onların ardınca isə böyük qardaşı dünyasını dəyişib. 2021-ci il yanvarın 4-də isə özü qəfil ürəktutmasından vəfat edərək sevənlərini yasa boğub.

Hər zaman üzü gülən, şad-xürrəm görməyə alışdığımız mərhum Xalq artisti Səməd Səmədov da illər öncə övlad dağı görüb. Onun sözlərinə görə, oğlu polis işləyirmiş. 24 yaşlı oğlu axşam içkili vəziyyətdə olan şəxslərin dava etdiyini görüb, bunları ayırmağa çalışan zaman həlak olub. Qeyd edək ki, 74 yaşlı ifaçı ötən il müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Tanınmış aparıcı Afaq Gəncəlini də həyat övlad acısı ilə sınağa çəkib. Afaq 2015-ci ildə 13 yaşlı övladı Qədirxanı xərçəng xəstəliyindən itirib.

Əməkdar artist Kübra Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ildə 46 yaşında həbsxanada dünyasını dəyişib. Qeyd edək ki, Əməkdar artistin oğlu Bakıda aptekə basqın etməkdə təqsirləndirilərək 14 il müddətində azadlıqdan məhrum edilmişdi.

Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyev ötən il 41 yaşında vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Xalq artistinin iki oğlu var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2099   Tarix: 10 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.