İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb.
Bildirilib ki, dərman preparatları bu cür obyektlərin 2-3 kilometrliyində paylanır.
ABŞ-nin yeni hədəfinə çevrilə biləcək Nətənz yaxınlığındakı yeraltı "Pickaxe Mountain" kompleksi xüsusi diqqət mərkəzindədir.
"Bəli, biz yod paylayırıq. Hər müharibə dövründə bunu nüvə obyektlərinin iki-üç kilometrliyində yaşayanlara verməyə çalışmışıq", - deyə qurumun rəsmisi Britaniya nəşrinə bildirib.
Eyni zamanda, İranın sosial şəbəkələrində "Pickaxe Mountain" ərazisində nüvə partlayışı baş verəcəyi təqdirdə görülməli olan tədbirlərlə bağlı videotəlimat yayılın. Həmin materialda kompleksdən ən yaxın şəhərlərə qədər olan məsafə qeyd olunur: Nətənzə 27 km, İsfahana 188 km və Tehrana 359 km.
Müəlliflər xəbərdarlıq edirlər ki, partlayış zamanı torpaq və suxurların radioaktiv hissəcikləri atmosferə qalxaraq yüzlərlə kilometr əraziyə yayılma ehtimalı var. Onların ehtimalına görə, yaxınlıqdakı sakinlərin radioaktiv yağıntılardan qorunmaq və sığınacaqlara getmək üçün cəmi 10-15 dəqiqə vaxtı ola bilər. İnsanlara qapalı məkanlara daxil olmaq, çölə çıxmamaq və rəsmi məlumatları izləmək tövsiyə edilir. "Pickaxe Mountain" kompleksi Nətənzdəki uranzənginləşdirmə müəssisəsindən 1.5 kilometrdən bir qədər cənubda yerləşir. Peyk görüntülərində yeraltı tunellərə dörd möhkəmləndirilmiş giriş, daxili yollar və genişləndirilən mühafizə zolağı nəzərə çarpır.
Analitiklərin hesablamalarına görə, kompleksin bəzi hissələri 80-100 metr dərinlikdə yerləşə bilər. Bununla belə, onun dəqiq təyinatı məlum deyil: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri bu obyektdə heç vaxt olmayıblar. Peyk şəkilləri də obyektdə sentrifuqaların, zənginləşdirilmiş uranın və ya digər nüvə materiallarının olub-olmadığını müəyyənləşdirməyə imkan vermir. Amerikalı jurnalist Taker Karlsonun noyabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın İrana qarşı nüvə silahından istifadə imkanını nəzərdən keçirdiyi barədə səsləndirdiyi fikirlərdən sonra narahatlıqlar daha da artıb.
Tramp özü əvvəllər nüvə silahının tətbiqi zərurətini açıq şəkildə istisna etsə də, yeraltı kompleksə yeni hücum ehtimalını mümkünsüz saymamışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 61 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib
13:20 147 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 123 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
13:39 200 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
15:50 98 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 0 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:
16:01 85 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:42 0