"3 qardaşım xərçəngdən rəhmətə gedib"
"Çətin idi. Anamın son nəfəsinə çata bilmədim. Bu da pandemiyaya görə oldu. Yollar bağlı idi. Bir gün sonra səhər mənə zəng vurdular ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən. Mən gedənə qədər yolda (red. Bakıdan Balakənə) anam rəhmətə getdi. Dedilər ki, ananınızın nəşini götürmək lazımdır. Qış idi, hava tez qaralır, soyuq idi, yağış yağırdı, yol uzaq idi".
Axşam.az xəbər verir ki, bunu Əməkdar artist Nailə İslamzadə "O üz" proqramında qonaq olarkən söyləyib.
O, pandemiya səbəbindən anasının son anlarında yanında ola bilməməsindən təsirləndiyini vurğulayıb:
"Postda dayanan şəxsə dedim ki, tez getməliyəm, anamın dəfninə çatmalıyam. Dedi ki, sizin adınız portalda yoxdur. Belə hadisələr oldu, anamın son nəfəsinə çata bilmədim. Bu, mənə çox pis təsir etdi. Bəlkə də anamın mənə deyiləsi sözü vardı.
O ki, qaldı anamın yasına, qardaşlarım da rəhmətə getmişdi, ona görə bütün işlər mənim üzərimdə idi. Anam başı bağlı, namaz qılan qadın idi. Yaşlı idi. Deyirdi ki, ölsəm, yasım urvatlı olsun. Hər şeyin yerli-yerində olmasını xoşlayırdı. Vacib deyildi ki, yeməyi gəlib hamı evdə yesin. Yeməklər bişdi, paylandı. Hər şeyi necə lazımdır, öz qaydasında etdim ki, anamın ruhu şad olsun. Mənə elə gəlir ki, anamın ruhu bütün bunları gördü, hiss etdi".
N.İslamzadə üç qardaşını xərçəngdən itirdiyini deyib:
"Bizim böyük ailəmiz olub. Dörd qardaşın bir bacısı olmuşam. Hamıdan kiçik evdə mən idim. Uşaqlığım çox gözəl keçib. Qardaşlarımın hamısı yaxşı oxuyurdular. Böyük qardaşım 11 yaş məndən böyükdür. Üç qardaşımın üçü də rəhmətə gedib. Böyük qardaşım isə Moskada professordur. Elmi konfranslara gedir, oradan mənə paltarlar gətirirdi. Əlinin içində baxırdılar mənə. Ailəmizin imkanları geniş olmayıb. Atam müəllim olub, anam isə beş uşaq böyüdüb. Hamısını oxudub, təhsil verib. Amma heç zaman məhrumiyyətlər yaşamamışam evdə.
Əvvələr Balakənə gedəndə hamı həyətə yığışardı, şənliklər olardı, kabab çəkilir, masalar qurulardu. İndi isə bunların heç biri yoxdur. 3 qardaşım xərçəngdən rəhmətə gedib. O qədər boşluq var ki, Balakənə gedib valideyinlərimin və qardaşlarımın qəbrini ziyarət edirəm, dualar oxuyub, gül qoyuram. Balakən məni çox çəkir. Amma ora gedəndə qəmgin oluram. O vaxtları xatırlayıram, amma artıq yoxdur".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPlastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR
Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib
18.09.2021 5899 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 "Həmin Xalq artistlərinə pullar vermişəm"
Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım
16.09.2021 1964 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120