DİM üzr istəmişdi, imtahanda yenə problem oldu
Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturaya və dissertantura səviyyəsində ingilis dili üzrə qəbul imtahanında ardıcıl ikinci dəfə problem yaranıb.
Bu iddia ilə "Qafqazinfo"ya doktorantlar müraciət ediblər. İyunun 12-də keçirilən imtahanda dinləmə bloku üzrə qurğuda yaranan problem səbəbindən imtahan verə bilməyən şəxslər bu gün növbəti dəfə oxşar hadisə ilə üzləşiblər:
"Bu gün "speaking" - danışıq bloku üzrə DİM-in inzibati binasında təşkil edilən imtahanda səsyazma qurğularında yaranmış problemlə əlaqədar namizədlər yenə çətinlik yaşayıblar. Bizə problemin üç-dörd saat sonra aradan qaldırılacağı deyilib. Bununla razılaşmayanlara isə iyunun 19-u 17:00-da imtahana gələ biləcəkləri deyilib. Biz artıq iki dəfədir ki, stres yaşayırıq. Sözsüz ki, bu, bizim nəticələrimizə də təsir edir".
Qurumun mətbuat xidmətindən cavab olaraq qurğulardan istifadə ilə əlaqədar problem yarandığını təsdiqləyiblər. Qeyd olunub ki, məsələ yerində həll olunub və hazırda imtahan prosesi davam edir:
"Danışıq bloku imtahanı kompüter proqramı və digər texniki qurğular vasitəsilə həyata keçirilir. Bununla əlaqədar proqramın demo versiyası da bir neçə gün əvvəl iştirakçılara təqdim olunub və həm danışıq bloku üzrə ümumi məlumat, həm də imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunub. Bir neçə namizədin imtahanda bəzən təlimatı doğru yerinə yetirməməsi, bəzən isə qurğulardan istifadə ilə əlaqədar gecikməsi müşahidə olunub. Ancaq məsələ yerində həll olunub və imtahan hal-hazırda davam edir. Namizədlər imtahanda iştirak edirlər".
DİM-dən bildirilib ki, danışıq bloku imtahanları ayın 19-dək davam edəcək.
Qeyd edək ki, iyunun 12-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları zamanı istifadə olunan dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllığı (əvvəl monoloq, sonra dialoq) və onlara cavab vermək üçün kitabçada olan dinləmə mətnləri (əvvəl dialoq, sonra monoloq) üzrə sualların ardıcıllığı dəyişik verilmişdi. Qurum baş verən uyğunsuzluqla əlaqədar bütün imtahan iştirakçılarından üzr istəmişdi. Dinləmə mətnlərinin cavablandırılmasında çətinlik çəkən iştirakçıların müraciəti əsasında DİM tərəfindən onların bu imtahandakı yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacağı bildirilmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1159 Tarix: 16 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
14:40 182 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
21:15 1 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
20:45 1 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
21:30 1 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
19:15 145 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
20:40 9 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
20:15 100 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
14:34 189