Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir.
"Qafqazinfo" xəbər verir ki, Britaniyanın rəqəmsal, mədəniyyət, media və idman naziri Liza Nandi 16 yaşdan kiçik uşaqların "eBay", "Facebook Marketplace", "Vinted" və "Depop" kimi alış-veriş platformalarından istifadəsini məhdudlaşdırmaq üçün yeni təşəbbüslə çıxış edib.
Hökumət rəsmilərinin və hüquq müdafiəçilərinin qənaətinə görə, bu saytlardakı daxili çat və mesajlaşma bölmələri yad şəxslər tərəfindən uşaqların istismar edilməsi riskini artırır. Britaniyanın "The Children's Society" xeyriyyə təşkilatı bildirib ki, bəzi bədniyyətli istifadəçilər məhz bu platformalar üzərindən pul müqabilində uşaqlardan uyğunsuz fotolar tələb ediblər.
Hökumətdəki mənbələr 16 yaşdan kiçik uşaqların həmin platformalarda ciddi risklərlə üzləşdiyini təsdiqləyən çoxlu sübutların olduğunu və uşaqların internetdə qorunması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayırlar.
Xatırladaq ki, Britaniya hökuməti bu ilin iyun ayında 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi üzərində işə başladığını elan edib.
Layihə çərçivəsində sosial media platformaları ilə yanaşı, oyun və canlı yayım tətbiqlərindəki mesajlaşma funksiyalarının məhdudlaşdırılması, uşaqların qadağaları aşmaq üçün istifadə etdiyi VPN xidmətlərinə çıxışın bloklanması nəzərdə tutulur.
Hökumət rəsmiləri sosial medianın uşaqların psixi sağlamlığına zərər vurduğunu, zorakılıq və təhlükəli məzmunların yayılmasını asanlaşdırdığını bildirirlər. Qanunvericilik aktının ilin sonunadək parlamentdən keçməsi və gələn ildən etibarən mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 88 Tarix: 09 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi
12:19 243 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 215 Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya
11:33 184 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 215 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 1 Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları
Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava
11:37 167 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 163 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
15:06 164 Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 196